Contents
  1. 1
  2. 2
  3. 3

Page 1 of 3

Hörmətli ədibimiz Ə.Haqvərdiyevə

1

– Yallah, yallah! Haradasan? Kefin necədir?

– Sən nə təhərsən?

– Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb.

– Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki.

– Neyləyək ki, bir görüşək?

– Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə...

– Sən evdə olacaqsan?

– Söz versən, gözlərəm.

– Gözlə, birtəhər eləyib gələrəm.

Bir-birinin əlini hərarətlə sıxan, əhvallaşan bu əziz dostlar görəsən kimdir?

Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız... Desəm onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz. Desəm onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: "Nə danışır bu!"

Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil. Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki, biriniz köhnə mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər.

Məsələ bunda deyil.

Bəs nədədir?

Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam.

Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də "xala-xatirin qalmasın" yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar. Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb.

Qulam Leylanın uğrunda İçərişəhərdə bıçaqlanıb, qulağının dibində yaranın yeri indi də durur və ölənəcən duracaq.

Qış da onları bir-birindən soyuda bilməz. Qulamın şorgöz oğlanlardan acığı gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa kişi olduğuna inanmaz.

Bəs bu istəklilər niyə belə çətin görüşür, az-az görüşürlər? Mümkün deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə görüşməyəsən. Ürəyinizə şübhə gələ bilər: "Bəlkə açıq deyilməsi ayıb olan səbəblər üçün görüşınəyə ehtiyac duymurlar".

Yox, heç yox!

Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq - kənar-guşə yerdə və ya namünasib qulluq deyil. İkisi də şəhərdə çalışır. Onların qulluğunda olan minlərlə qız, oğlan, ər, arvad, qəşəngcə yaşayır, günün çoxunu evdə öz külfətləri ilə olurlar.

Bəs bizim qəhrəmanların azarı nədir?

Bu, bir az köhnədən qalma azardır.

Başdan danışaq. Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa, biri Qulam Kəmtərovdur. Kəmtərovun nə eşqlə, nə sevda, nə həvəslə toy edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki, dünyanın bütün naz-neməti, kef və ləzzəti Leylanın üzündə cəmlənmişdir. Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq.

Kəmtərov düşünürdü ki: "Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaq-qabağa əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm".

Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz. Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və ehtiyaclar kişini məşğul etməyə başladı. Dünya gör-götür dünyasıdır.

Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant üzük, qulağında bahalı sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq Ələkbərin üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası gəlir. Leyla bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır, başını tərpədib arvadını inandırırdı:

– Bilirsən nə var, Leyla can, biz gərək işləyək! İşləyək. Lap möhkəmcə işləyək! Mənim də qeyrətim qəbul eləməz. Qıyıq Ələkbərin nəyi məndən artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək. Qonşular baxsın, yana-yana qalsın.

Leyla ərinin məsləhətindən çıxan deyildi. Təki pul olsun...

Kəmtərov əvvəlcə Leylaya bir iş soraqlaşdı. Leyla qızlığında maşinistkalıq etmişdi. Bu sənəti pis bilmirdi. Kəmtərov arvadına iki yerdə iş tapdı: Azərittifaqda və Ünvanlar bürosunda. Bir çox götür-qoydan sonra hələlik, rast gəlmişkən, hər iki yeri əldə saxlamağı məsləhət bildilər. Azərittifaqda iş səhər səkkizdən dördə qədər, Ünvanlar bürosunda axşam saat beşdən on birə qədər idi. Leyla iki növbə ilə işləməyə razı oldu. Kəmtərov, onu ev işindən, sil-süpürdən tamam azad etdi.

Leyladan arxayın olandan sonra Kəmtərov özünün boş vaxtlarını "doldurmağa" başladı. Kəmtərov zirək və savadlı adam idi. İş tapmaq onun üçün su içmək kimi asan bir şey idi. Özü nəşriyyatda tərcüməçi idi. Səhər saat ondan gedib, altıda çıxırdı. Bir saat dincini alandan sonra, yəni saat səkkizdən on ikiyədək layihə idarəsində olurdu. Fikirləşib gördü ki, iki növbədə işləsə də, arada yenə boş vaxtı var: "Səhər saat onadək yatmaq bu zəmanənin adamına, xüsusən "roskoşni" güzəran qurmaq istəyən bir abırlı kişiyə heç yaraşmaz. Yarım, ya bir növbə işi rahat apara bilərəm. Beş-altı yüz manat alsam, əlimi qaraltmaz ki..."

Kəmtərov daha bir yeni iş tapdı. Gecə saat on ikidən dördədək "İşıq" mətbəəsində korrektor vəzifəsi var idi. Ayın səkkizindən Qulam mətbəədə yeni əlavə qulluğa düzəldi.

Bu gün Kəmtərov toy gecəsindəkindən az sevinməmişdi. Haqq-hesaba vurub görürdü ki, özünün üç qulluğunu, Leylanın iki qulluğunu, bir az da "o yan-bu yandan" gələn əl xərcliyini yığıb-yığışdıranda bir neçə minə çıxır. İki-üç il belə getsə, çervonu yığıb-yığışdırmaq olmaz. Di qoy Ələkbər gəlsin, qıyıq gözü ilə gətir-götürümüzə baxsın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Turşuqeyrət

Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

19645 min
İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 min
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 min
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 min

Poems by other poets