Contents
  1. 1
  2. 2
  3. 3

Page 2 of 3 · 33%

2

Payızın soyuq günlərində ağzından buğ çıxa-çıxa Kommunist küçəsilə başıaşağı yeyin gedən boz paltolu adamı kim görməmişdir? Onun üzündən, gözündən, baxışından, yerişindən tələsmək yağır. Elə gedir ki, deyərsən: yerə dəysə, min parça olar. Sürtülməkdən rəngi dəyişmiş köhnə və "hamilə" portfelini bu qoltuğundan o birinə verir; gah əlini cibinə qoyur, gah damağındakı papirosu barmaqları arasına alıb sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da yeyinləyir. Bəzən görürsən Kəmtərov qopdu, nə qopdu! Tramvay sürətlə ötdüyü halda quş kimi atılıb minir, milis ağzını açmamış çıxardıb bir üçlük verir, qəbz almaq istəmir. Uzaq tanışlarına bir işarə ilə salam verir. Yaxın tanışlarını görür, görməzliyə vurur. "Müftə yerə niyə vaxt itsin?" Vaxt alan hər bir əyləncə Kəmtərovun düşmənidir. Onu ictimai yerlərdə görməzsən. İş yerində ancaq vacib, ad yoxlanan iclaslara gələr, adını qeyd etdirib, xəyal kimi gözdən itər. Teatr, kinolar barədə yoldaşlardan eşitdiyilə kifayətlənər.

Bəzi yazıçılarla şəxsən tanış olduğundan, əsər oxumağa ehtiyac duymaz. Qohum-əqrəbası rayondadır. Buradakılar isə Kəmtərovun ünvanını ələ keçirə bilmirlər. Kəmtərovun şəxsi, ictimai həyatı beləcə öz qaydasındadır.

O, ailədə daha ciddi, daha səliqəlidir. Bir adam onun evindən səs-küy, qalmaqal eşitməyib. Qapı açıq olanda olur, olmayanda girvənkəlik qıfıl qarovul çəkir, evə quş səkmir. Kəmtərov səhər saat onda yuxudan qalxır. Deyəcəksiniz, onda işə gedən adam heç olmasa bir saat tez durmalıdır. Doğrudur, durmlıdır, amma unutmayın ki, yazıq Qulam mətbəədən, təshih işindən tez qayıdanda gecə saat dörddə, beşin yarısında qayıdır. Necə qayıtdığından özünün də xəbəri olmur. Qəzetin axır səhifələrini mürgüləyə-mürgüləyə, alnı tıqqıltı ilə stola dəyə-dəyə oxuyur. Birtəhər özünü evə salır, çul kimi düşür.

Qulam olmasın, siz olun, saat doqquzda dura bilərsinizmi?

Kəmtərovun səslənən bir stol saatı var. Qulağının dibində qoyur. Vaxta on dəqiqə qalmış saat qışqırır. Kəmtərov dəli kimi yuxudan qalxır, tələm-tələsik geyinir, qapını bağlayıb qaçır.

Leylanın da işi Qulamınkından əskik deyildi.

Atalar deyib: "Arvad ərinə oxşayar". Xülasə, baş elə qarışmışdı ki, Qulamın Leyladan, Leylanın Qulamdan xəbəri olmurdu. Qulam gecə mətbəədən qayıdanda sevgilisini yatmış görürdü. Leyla səhər işə gedəndə Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca kağız yazıb, stolun üstünə qoyurdu: "Qulam, qayğanaq bişirəsi olsan, yumurta bufetin alt gözündədir, yağ da taxçada". Qulam da gedəndə Leyla üçün kağız qoyub gedirdi. Onların arasında əməlli-başlı bir məktublaşma var idi. Ancaq markasız, poçtalyonsuz ötüşürdülər.

Leylanın məktubları bu məzmunda idi: "Dəyişiklərini tiyanın içinə tulla, paltaryuyana göndərəcəyəm!" "Açarı asma. Çarhovuzun üstündəki kərpicin altına qoy, görən olmasın". "Redaksiyadan dalınca gəlmişdilər, zəng vur".

Qulamın məktublarından ələ keçən bunlardır: "Qadası, mənim soyuz kitabçamı görməmisən? Tapsan, stolun yeşiyinə qoy". "Maşinkada yazmağa vaxtın olsa, bizim idarədə xaltura var, gətirim", "Adama cavab niyə yazmırsan? Dediyim məsələ necə oldu?"

Bu qısa və gündəlik məktublar Kəmtərovlar ailəsində yeganə və əsas münasibət idi.

Qulamla Leylanın sevgi və məhəbbəti bu məktubların qara, dolaşıq, tələsik xətlərindən keçirdi. İnsan hər şeyə alışarmış! Bu sevgili ər-arvad qurduqları yeni yaşayışa elə öyrənmişdilər ki, "köhnə" həyatı tamam unutmuşdular. Onlar indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var.

Doğrudur, Leyla yazırdı ki: "Açarı kərpicin altına qoy, görən olmasın", Qulam da çalışırdı ki, istəklisinin tapşırığını yerinə yetirsin; amma olacağa çarə yoxdur, açarı görən olmuşdu...

Bir Sarıköynək qadının hər gün saat ondan, Qulam gedəndən sonra gəlib, qayda ilə kərpicin altından açarı götürdüyünü, öz evi kimi Kəmtərovların otağını açdığını və tər-təmiz silib-süpürdükdən sonra çıxıb getdiyini qonşular görmüşdülər. Onları şübhədən çıxarmaq üçün Sarı-köynək qadın deyirdi: "Mənə özləri tapşırıb, bacılar, ürəyinizə bir şey gəlməsin".

Dili dinc durmayan qonşu qadınlardan biri Sarıköynək qadının gəlib-getdiyini Qulama dedi. Qulam güman etdi ki, Leylanın gətirdiyi qulluqçu qadın olacaq. Leyla da düşünürdü ki, Sarıköynək qadını Qulam çağırıb, səliqə-sahman üçün çağırıb. Eşidən kimi qonşuya sualı bu oldu:

– Cavandı, ya qoca?

– Ahıl adamdır, bir nazik...

Leyla Qulamın pis niyyətə düşmədiyini bilib, arxayın oldu. Daha bu barədə söhbəti artıq sayıb, qapıdan çıxdı.

Bu günlərdə belə məktublar yazılırdı: "Mənim ipək paltarımı hara qoymusan?". "Zayomları tapa bilmədim. Çıxart yoxlayaq, yenə uduş var". "Gümüş qaşıqlar haradadır?", "Dünən bir qadının başında, lap səninkinə oxşar bir şal gördüm. Az qalmışdım səni dəyişik salam".

Sarıköynək qadın isə öz işində idi. Hər gün gəlib evi süpürür, zəhmət haqqı üçün də ağlı kəsən, evdə gözə dəyən şeylərdən birini sarı köynəyinin altına vurub, soldat bazarına aparırdı. O, Qulamın da, Leylanın da iş-peşəsini, üst-alt paltarlarını, qulluq vaxtlarını yaxşıca öyrənmişdi. Odur ki, evə çox arxayın gəlib-gedirdi. Hətta bir dəfə "köhnə paltar alan" pullu müştərilərdən bir-ikisini özü ilə lap evə gətirmişdi. Qulamın bufetindəki şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb gətirənin sağlığına içmişdilər. Sonra yük yerindən yorğanlardan soyduqları ipəyi, çarpayı xalçasını, sandıq şeylərindən dəyərlisini ortaya töküb sövdələşmişdilər.

Pullu müştərilərlə yollaşandan, çervonları alıb yerbəyer edəndən sonra Sarıköynək qadın Qulamın məscidə dönmüş evinə baxıb, ürəyində demişdi: "Yox, balam, daha mən bir də bura nə üzlə gələ bilərəm!.. Həmişəlik xudahafiz!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Turşuqeyrət

Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

19645 min
İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 min
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 min
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 min

Poems by other poets