Contents
  1. 1
  2. 2
  3. 3

Page 3 of 3 · 67%

3

– De görüm, bir korrektor kimi səhifəni oxuyub, qol çəkmisən, ya

yox?

– Bu nə sözdü, yoldaş redaktor? Siz məni o qədər məsuliyyətsiz sayırsınız ki, guya oxumamış da qol çəkərəm?

– Demək, oxumusunuz?

– Əlbəttə, özü də kəlmə-kəlmə!

– Bəs bu nədir: "işləyirlər" əvəzinə "dişləyirlər" gedib?

Qulam qəzetin o yerinə diqqətlə baxdı. Ciddi vəziyyətini pozub dedi:

– Bu heç, buna səhv deməzlər! Gözdən qaçıb, yoldaş redaktor. Bir də, işləyib, dişləyib, ikisi də bir sözdür. Yəni düz gəlir. Bizim qaydamıza lap tuş gəlir ki, işləyən dişləyər, işləməyən dişləməz!

Redaktor qəzeti çəkib, Qulamın əlindən aldı:

– Neçə yerdə işləyirsən?

– Qulam dik-dik baxdı:

– Bunun məsələyə nə dəxli var?

– Soruşuram, neçə yerdə işləyirsən?

– Cəmisi bir-iki... - Nəşriyyatda çalışırsan?

– O heç... səhərdi o.

– Layihə idarəsi necə?

– Cəmisi bir altı saat.

– Zaqotzernoda necə?

– Yoldaş redaktor, o zdelnidir!

Redaktor hirsləndi:

– Yaraşarmı sizə, yaraşarmı bu qədər yerdə...

– Yaraşımasın o adamlara ki, işləmirlər. Biz ki gecə-gündüz çalışırıq, tər tökürük, bu da mükafatımızdırmı?

Redaktor ayağa qalxdı:

– Sizin bugünkü səhvinizin üstündən keçmək olar. Saydığım yerlərdən azad olunmasanız, sabah işə buraxılmayacaqsınız. Yorğun başla, üzgün zehinlə mətbuat işinə xeyir vermək olmaz!

Qulam qalxıb ətəklərini tovlaya-tovlaya, fikir içində yeni və pullu qulluq xəyalı ilə evə gəldi.

O axşam Leylanın da gözünə yuxu getmədi. Pambıq kimi atım-atım edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Ürəyinə min cür fikir gəlirdi: "Bu nə işdir! Yoxsa Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək istəyir? Yoxsa şeyləri yan bölüb, öz payını aparmaq istəyir? Bəlkə də heç bu zalım oğlu işləmir, bəlkə də vaxtını restoranlarda keçirir? Var-yoxunu şəraba, qumara qoyur?.. İnsanı nə tanımaq olar!"

Gecə də orucluq ayı kimi uzanırdı. Leyla gah durub yük yerini töküşdürür, anasının cehiz verdiyi ipək yorğanı, xalçanı axtarır, şaraqqıltı ilə bufetin gözlərini açıb, örtür, işıldayan hər şeyi götürüb diqqətlə baxır, gümüş qaşıqların itdiyinə inana bilmirdi.

Aləm yıxılıb yatdı. Radio susdu. Tramvaylar dayandı. Xoruzlar bir ağız səsləndi. Haçandan-haçana birdən həyətdə ayaq səsi eşidildi. Qulam içəri girib, Leylanı əli qoynunda, məyus oturmuş görəndə, əvvəl bir duruxdu, soruşmaq istədi ki: "Əzizim, niyə bu zamanacan yatmamısan?"

Gözü evin ortasına tökülmüş şeylərə sataşdı.

Leyla macal vermədən. Sökülmüş pərdələri, tökülmüş yükü iki əli ilə göstərib dedi:

– Bu nədir? Bu nə hərrac bazarıdır? Qulamın dili dolaşdı:

– Necə bəyəm, nə gedib?

– Mənim cer-cehizim hanı? Hanı mənim ev-eşiyim, paltarlarım, ata-ana yadigarlarım?..

Bunu deyib Leyla hönkür-hönkür ağladı. Qulamın rəngi saraldı.

– Bəs kim açıb bu qapını? - deyə təəccüblə soruşdu. Onların səsinə qonşular çıxdılar.

Sarıköynək qadından kim nə bilirdisə dedi. Leyla bir tərəfdə yıxılıb, hissiz qaldı. Qulam qonşulardan iki nəfər şahid götürüb, milis idarəsinə yollandı.

O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya gedirdi. Ancaq bilmirdi kimdən şikayət etsin. Sarıköynək qadındanmı, qonşularındanmı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Turşuqeyrət

Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

19645 min
İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 min
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 min
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 min

Poems by other poets