Vətən oğlu
Page 2 of 2 · 50%
2
Bizdə də, Zahidgildə də toya hazırlıq gedirdi. Zahid diplom işini bilirmişdi. Mən hələ çalışırdım. O, axşamlar gəlib mənə kömək edirdi. Dediyim kitabları tapıb gətirir, sitatların üzünü köçürür, qaralanmış vərəqələri ağardırdı.
Yaym əvvəllərində Zahidi hərbi stola çağırdılar. Bir il gedəsi oldu.
Çağırış məntəqəsinə qədər onu özüm yola saldım. Mənə təsəlli verir, azı həftədə bir məktub yazacağına and içirdi, tez-tez cavab yazmağı xahiş edirdi:
– Heç bir hazırlıq işi üçün, - deyirdi, - özünü yorma. Sağlıq olsun, özüm qayıdan kimi, hər şeyi düzəldəcəyəm. Sən diplom işini bitir, sonra otur dincəl, çox yorulmuşsan, sınıxmışsan.
Öz yaxın yoldaşlarmdan bir neçəsi ilə onu Uzaq Şərqə yola salırdıq.
Qatar hərəkət fitini verib stansiyadan çıxdı. Qəlbim də onunla, pəncərədən çəkilməyən, əl edib, mənimlə vidalaşan sevgilimlə getdi.
Mən diplom işimi bitirəndən sonra, həm onun tapşırığını yerinə yetirmək, həm də Bakının bərk iyul bürkülərindən qurtulmaq üçün məktəbdən putyovka alıb Kislovodska, sanatoriyaya getdim.
Deyə bilərəm ki, bu yay ömrümün ən əziz, ən arxayın yaylarından biri idi. Məktəbi yaxşı bitirdiyim üçünmü, sevgimə nail olduğum üçünmü, sanatoriyanın dinc, təmiz və təmin olunmuş əyləncəli həyatından xoşlandığım üçünmü, vaxtımı təbiət döşündə, gül-çiçək içində keçirdiyim üçünmü, nə isə bu günlər mən özümdə diləgəlməz bir xoşhallıq, xoşbəxtlik hiss edirdim.
Məni gözlənilməz və nagahani bir intizar tapdı. Bu o günlər idi ki, düşmənlərin qudurğanlığı həddini aşmışdı. Qəzetlər Yaponiya samuraylarının Uzaq Şərq sərhədlərində bizim torpağımıza soxulduğunu xəbər verirdilər. Bu xəbərlər xalqı həyəcana gətirmişdi. Milyonlarla zəhmətkeş müqəddəs Sovet torpağını qorumaq üçün candan-başdan keçməyə hazır olduqlarını bildirir, samuraylara nifrət yağdırır, onlara qəti zərbə vurulmasını tələb edirdilər.
Qəzetlər Xasan gölü ətrafında olan döyüşlərdən xəbər verirdilər. Mən ikitərəfli narahat idim. Sanatoriya həyatı daha nəzərimdə yox idi. Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım. Kənar, səssiz xiyabanlarda başıaşağı gəzinir, Zahidi düşünürdüm. Mənə elə gəlirdi ki, o yanımdadır. Budur, onun möhkəm əlinin istisi ovcumdadır. Solumda yeriyən addımlarından qum xışıldayır, mənalı söhbəti qulağımda səslənir...
Başımı qaldıranda teleqrafxana lampalarının işığı üzümə düşdü. Anama teleqram vurdum. "Çox nigaranam, mənə bir xəbər!"
Əsəbi barmaqlarım qələmi elə bərk sıxırdı ki, pero kağızda yerimirdi.
Bütün gecəni gözümə yuxu getmədi. Alacağım sabahkı cavabı dü- 00 şünürdüm: "Anam yəqin ki, Zahiddən nigaran olduğumu bilir, ondan aldığım məktub, ya teleqramdan məni xəbərdar edəcəkdir".
İki gün səbirsizliklə gözlədiyim cavab məni daha da əsəbiləşdirdi. Anam yazırdı: "Biz yaxşıyıq, nigaran olma!"
Zahiddən heç bir xəbər bilə bilmədim. Evimizin də bir xəbər almadığına inandım. Məktub alsaydılar, mənə bildirərdilər. Bir də fikirləşirdim: "Bəlkə bu, anamın sadəlövhlüyündəndir. Bəlkə mənim teleqramımı duya bilməmişdir. Bəlkə də onun məktublarını əziz bir sovqat kimi yığıb, qayıtmağımı gözləyir?"
Bu təsəvvürlər, şübhəsiz, məni rahat edə bilməzdi. Qəzetləri oxumaqla təsəlli tapırdım. Sərhəddə vuruşan döyüşçülərimizin dünyanı heyrətə salan qəhrəmanlığına sevinirdim. Zahidi də unuda bilmirdim. Cəbhədən gələn ümumi xəbərlərdən onun halını bilmək istəyirdim, sanki onun haqqında ayrıca yazılacaqdı...
Hər səhər qəzet kiosku açılmamış növbəyə dururdum. Narahat dayandığımı kənardan baxanlar da hiss edirdilər. Qəzet üçün dayananların içində qırmızı paltarlı, sarışın bir qız var idi. O öz növbəsini gözləməyə dözə bilmirdi. Yanaşıb kənardan, mən baxdığım qəzetə baxırdı. Onun bu hərəkəti mənə qəribə gəlmirdi. Lakin mənim əhvalımı hiss etmədiyinə, yaxud hiss edib, maraqlanmadığına acığım tuturdu. Tanış olmasaq da, dillənməyə məcbur oldum:
– Mənim cəbhədə adamım var, sizə nə olmuşdur?
O, üzümə baxdı, sonra gözlərini qəzetin sütunlarına çevirib cavab verdi:
– Sizin bir adamınız oradadırsa, mənim minlərlə qardaşlarım oradadır, mənim müqəddəs vətən torpağım oradadır.
3
Mən qəzetləri oxuyub, radionu dinlədikcə sanki Zahidi görürdüm. Gah hücumda, tozlu-dumanlı havalar içində dəstə ilə irəliyə doğru yüyürdüyünü, silahını bayraq kimi göyə qaldırıb - "Ura!" çəkdiyini görür, sevincimdən nə edəcəyimi bilmirdim. Xəyalımda canlanan qəhrəmanların qalibiyyət səsini hamı eşitsin deyə hər şeyi susmağa, dinləməyə çağırmaq istəyirdim.
Zahid cavandır, komandirdir. Ştabda oturmaz, atəş xəttində vuruşar!
Odur, səngərə sığınmış, dizini yerə qoyub atan, iifüqdə başı tərpənən düşmənləri bir-bir dənləyən Zahid deyilmi? O, necə də əsəbidir! O boylanır, qartal kimi cummaq istəyir, hirsindən dişi-dodağım kəsir. Amandır, Zahid, səngərə sin, güllə yağır!
Bəzən də onu xəstəxanada görürəm. Başına ağ dəsmal bağlanmışdır, rəngi solmuş, üzünü yanaqlarına qədər tük basmışdır. Nə qədər də sınıxmışdır - əl sümükləri şəbəkə kimi görünür. O, gənc, həsrət nəzərlərini çevirib, başı üstündə dayanan şəfqət bacılarına baxır. Qaraxallı, ağxalatlı qız əyilib, onun nə istədiyini soruşur. O cavab vermir, solğun gözləri ilə ağır-ağır sağına-soluna baxıb susur! Şəfqət bacısı onu anlaya bilmir.
Gözəl qız, mehriban qız, özünü yorma, Zahid ayrı adam axtarır, inandığı, könül verdiyi bir etibarsızı axtarır...
Of... bu xəyallar nə qədər ağırdır! Başımdan ağrı qopur, gözlərimə qaranlıq çökür. Xəyallar, bir bıçaq kimi qəlbimə sancılan xəyallar, məndən uzaq olun, dağlara, daşlara!
Bu tənha düşüncələrdən ayrılıb parka çıxmışdım. Yoldaşlarım məndən muştuluq istədilər.
Primorye döyüşçülərinin düşməni məğlub etməsi, torpağımızın samuraylardan təmizlənməsi haqqındakı son məlumatı qəzetdə oxudum. Qəzetlər bu qələbənin ayrı-ayrı səhnələrini təsvir edən maraqlı yazılarla dolu idi. Biz həvəslə bir-bir oxuyurduq. İç səhifədə "Vətənin oğlu'' adlı bir oçerk çap olunmuşdu. Sanki mənim qulağıma pıçıldadılar: "Oxu!"
Mən xırda hərflərlə yığılmış sətirlər arasında qara və iri hərflə yazılmış Zahid kəlməsini görəndə ürəyim döyündü, ayağa qalxdım, qəzeti yoldaşlarımın əlindən aldım, sanki hərfləri gözümlə yeyəcəkdim. Onlar mənim hərəkətimə heyran qaldılar. Soruşdular, qalxıb qolumdan tutdular, dönə-dönə dindirdilər. Lakin mən heç nə etmir, heç nə görmür, heç nə duymurdum. Bütün duyğularım gözümə cəmlənmişdi. Gözüm bir ada sancılıb qalmışdı. Ha istəyirdim, oxuyum, ha istəyirdim, görüm onun başında nə var, ha istəyirdim, tez bilim, səadətimdənmi, müsibətimdənmi yazırlar, lakin nəzərim sətirlərdə yerimirdi. Mən titrəyirdim, ixtiyarsız diz üstə çökdüm. Qəzet əlimdən düşdü. Yoldaşıma işarə elədim.
– Oxu, tez ol görüm, nə var?..
Onlar mənim bu oçerkdə adı çəkilən adamlardan birinə bağlı olduğumu duymuşdular. Ona görə ehtiyat edirdilər. Məni kədərləndirə biləcək heç nə demək istəmirdilər. Mən onların duruxmasına hirsləndim, bərk qışqırdım:
– Oxu, oxu, ay bacı, Zahidi oxu!
Yoldaşım ucadan oxudu:
"...Zahid adlı bir qəhrəman döyüşçünü on doqquz nəfər düşmən əhatə etmişdi. Gülləni dolu kimi yağdırırdılar. Mühasirədə, duman içində tək qalan o polad vücud, əl pulemyotu ilə düşməni yaxına qoymur, dumanda seçə bildiyi hədəfi dərhal aşınr, çətin dəqiqələrin ola biləcəyini düşünüb, patronu israf etmirdi. Düşmənlərin beşini öldürdü. Yeddi nəfəri isə "sürünə-sürünə irəliləyirdi. Görünür, düşmənlər qəhrəmanı diri tutmaq istəyirlərmiş. Zahid onların hənirtisindən yaxınlaşdıqlarını duyur, torpağı onların başına sovururdu. Onlar yenə irəliləyirdilər. Zahid birinin canavar kimi, həris gözlərini görür, əsəbiləşirdi, canından artıq sevdiyi sovet silahını bağrına basır, düşmən üzərinə ildırım kimi şığıyırdı. Uzaqda vuruşan döyüşçülər onun odlu səsini eşitmişdilər. O, düşməni vahiməyə salan nifrətlə bağırırdı:
– "Canavar, sənə silahımı vermərəm! Öl, murdar!.."
Mən ancaq buraya qədər dinləyə bilmişdim. Gözümü açıb özümü yatağımda gördüm. Qızlar məni təbrik edirdilər.
– Zahid sağdır. Zahid qəhrəmandır. Zahidi indi milyonlar tanıyır, əzizləyir. Gör nə yazılıb:
"...Belə böyük qəhrəmanları olan xalq məğlubedilməzdir!"
Mən oçerki başdan-ayağa bir də oxudum. Zahidin əsl qəhrəman kimi vuruşduğunu, mühasirədən aslan kimi çıxdığını yazmışdılar. Yaralandığını da yazmışdılar. Səhifənin ortasındakı şəklə baxdım. Deyəsən, rəssam bu şəklə mənim baxacağımı bilirmiş. Onun silah çəkib hücum etdiyini, bükülməz qollarını, məğrur başını, geniş köksünü nə gözəl çəkib! Geri daranan bu sıx və qara saçlar onunkudur. Rəssam yəqin, onu görmüşdür. Rəssam onu tanımamış deyil!
Mən bilet alıb Bakıya qayıtdım. Anamın dediyinə görə, bacısı yaralandığını eşidib, ərilə Uzaq Şərqə gedib.
Mən Zahidin adresini götürüb, vağzala getmək, bilet sifariş etmək istəyirdim. Atam mane oldu:
– Sənin getməyinə ehtiyac yoxdur, - dedi, - qayıt, otur yerində!
Anam da çox soyuq danışırdı:
– Hara gedəcəksən, ay qız? Ağlın azıb, nədir? Yollarda tək-tənhamı qalmaq istəyirsən? Qız oğlan dalınca getməz!
Xəyalıma gəldi ki, bəlkə, Zahidin başmda bir iş var. Bəlkə, anam qəsdən məni soyutmaq üçün, mənim qüssəmi azaltmaq üçün belə danışır. Qayıdıb soruşdum:
– Ay ana, yoxsa Zahiddən xəbər bilirsiniz? Düzünü deyin görüm, oğlan haradadır?
Anam duruxdu, atam da anama baxdı. Mən onların baxışmasına məna verə bilmədim.
Anam dedi:
– Nə olacaq, ondan ötrü niyə üzülürsən?
Onun sağ olmadığı haqqında şübhəm daha da artdı, ağlamaq məni boğdu. O biri otağa keçdim.
Anam yanıma gəldi. Qolumdan tutub aparmaq, təsəlli vermək istədi. Mən başımı aşağı salıb, gözümün yaşmı tökürdüm. Birdən anamın içini çəkdiyini eşitdim.
– Qonaq istəyirsinizmi?
Bu səsdə mən özümdən, səadətimdən, gəncliyimdən bir hiss duydum. Qışqırıb özümü Zahidin qucağına atdım.
O güldü və dedi:
– Yenə bunu kim incitmişdir? Sizə tapşırmamışdımmı? Ay Sitarə, bu nə halətdir, sənə ağlamaq yaraşmır. Məni təbrik et! Vətən torpağını düşmənlərdən təmizləməyimi təbrik et! Yoldaşının isti qam ilə qoruduğu bu müqəddəs torpağı təbrik et!
O, dəsmalla gətirdiyi qanlı torpağı mənə göstərdi və dedi:
– Yaralarım məni haldan salanda, bədənim bir yarpaq kimi yüngül olub sözümə baxmayanda hirsimdən torpağı xışmalamışdım. Xəstəxanada bu qanlı torpağı əzizləyib saxlatdım. Sevgilimə, dedim, hədiyyə aparacağam. Qoy bu torpaq mənim sədaqətim və ilqarım üçün böyük andım olsun!
Mən danışa bilmirdim, sevincimdən dünyanı bir parça nur görürdüm. Ailəmizə böyük bir şənlik üz vermişdi. Qonum-qonşu tökülüb gəlmişdi. Çay qoyan, xörək hazırlayan Zahidin hərbi geyiminə, döşündə gün kimi yanan ordeninə baxır, onun əlini sıxırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-veten-oglu
Use ← → keys to move, R for a random poem
More by this author
Ala-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.
Sancaq fabrikindəDirektor:– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!
İlk hədiyyə1Qəşəm kişi küsənərək deyirdi:
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
صنما نه میل مسجد نه سر کنشت ما راکه قمار عشق از این غم همه داد گشت ما را
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.