Vicdan mühakiməsi
Page 5 of 5 · 80%
Xülasə, iclasçılarm vəziyyəti mühakimə olunanların vəziyyətindən heç də yaxşı deyildi. Burada çox mətləblər aşkara çıxarmaq, çoxlarına qarşı ittiham qaldırmaq, bəzilərinə də afərin demək olar. Ona görə də mühakimə uzanır, qaranlıq nöqtələrin hamısı aydınlıq, aşkar, həqiqət işığı tələb edirdi.
Həsrət Naziləni yaxın qoymurdu: "Ana, bu arvad məktəbdə mənim dalımca gəzir." "Ana, bu arvad tutub mənim üzümdən öpdü". "Mən bu arvaddan qorxuram!.."
Ona Naziləni bir ana kimi təhvil vermək çox çətin, bəlkə faciəli bir iş olardı. Ana kimi müqəddəs bir xilqət haqqında uşaqda indiyəcən yaranan təmiz təsəvvürlər kirlənib puç ola bilərdi. Məhkəmə sədri Nazi ləni təhlili suallarla qısnaşdıranda tamamilə haqlı idi:
– Necə anasınız ki, övladı bir qadının evinə atıb qaçırsınız? Necə anasınız ki, bu səkkiz ilin müddətində uşaq ilə bir dəfə də maraqlanmırsınız? Kim sizə uşaq böyütməyə borcludur? Analıq hissiniz var idisə, büruzə verməli idiniz! Yalnız bioloji, fizioloji faktorlar analığı sübut üçün kifayət ola bilməz. Ana böyük, təmiz, müqəddəs bir addır. Ana olan, övladı üçün hər cür iztirab və məhrumiyyətlərə dözməlidir. Yalnız özü üçün deyil, həm də övlad üçün, ictimai tərbiyə üçün yaşamalıdır!..
Badsəba xanım məhkəmədə bütün böyük simaların kitablarından, sözlərindən, sovet qanunlarından misal çəkib uca səslə iddia edirdi ki: "Nazilənin Həsrətdə analıq haqqı olmamışdır. Uşağın həqiqi anası mənəm və mən də olmalıyam. Nazilə ancaq uşağa iftixar haqqı bəsləyə bilər. Hərçənd uşaq onu görmək istəmir, ancaq bu iftixar haqqından mən onu məhrum etmirəm, gəlib-gedə bilər, uşağa istədiyi nəvazişi mənim icazəmlə göstərə bilər, Həsrət isə mənim doğma balamdır, canım-ciyərimdir!"
İkinci iclasçı soruşurdu:
– Nazilə xanım, tutaq ki, bu uşaq özü də, fərz edək, razı oldu və siz bunu apardınız. Axı haraya aparacaqsınız? Bəyəm siz Badsəba xanım kimi qayğıkeş bir ananın qucağından, təmiz bir ailənin şəraitinidən yaxşı yerə aparacaqsmız onu?
– Mən ona yaxşı şərait düzəldərəm.
– Bağışlayın, bağışlayın! Sizin birinci şəraitiniz onu həqiqi, mən bunu bütün inamımla deyirəm, həqiqi valideyndən məhrum etmək olacaq. ikinci şəraitiniz onu ögey ata yanma salmaq olacaq.
– Mən ərə getməyəcəyəm!
– Daha pis! Başqa kişilər arasına salmaq olacaq. Üçüncü şəraitiniz: uşağın qəlbində ana kimi müqəddəs bir xilqət haqqında dumanlı, bəlkə də namünasib təsəvvürlər oyanmasına bais olmaq... Dördüncü şərait...
– Mən Badsəba xanımın çəkdiyi xərcləri ödəsəm, necə?
Badsəba xanım təhqir olunmuş kimi yerindən qalxdı, məhkəmə sədrinə müraciət etdi:
– İcazə verin!..
– Sakit olun, bacı!
Məhkəmə sədri üzünü Naziləyə tutub dedi:
– Vətəndaş Nazilə, gərək sizə məlum ola ki, dünyada elə mənəvi aləm, hisslər, fikirlər, təsəvvürlər aləmi var ki, alım-satıma, tərəziyə girməz! Badsəba xanım iftixara layiq həqiqi anadır. Onun bu müqəddəs əməyinə heç bir sərvət əvəz ola bilməz. Sizə də belə bir mizan-tərəzi gətirməyi məsləhət görmürəm. Həsrət onun oğludur, sizin həmin uşağın dünyaya gəlməsindəki haqqınızı danan yoxdur. Həsrət özü bir zaman hiss etsə ki, siz də ona həqiqi analar kimi anasınız, nə eybi var, daha yaxşı!
– Bəs mənim doğma uşağım mənə düşmür?
– Siz onu qundaqda küçəyə atıb gedəndə Badsəba kimi qayğıkeş, həqiqi analar olmasaydı, uşaq məhv ola bilərdi, ya yox?
– Soruşuram: uşağın salamat qalmasına nə əsas var idi?
– İndi ki, görürük, salamat qalıb!
– İcazə verin, onu böyüdən, bəsləyən, salamat saxlayan analar başını uca tutsun, kefə-ləzzətə uyub analıq vəzifəsindən uzaqlaşanlar, hazırına nazir olanlar yox!..
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-vicdan-muhakimesi
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.
Arxa əsgəri41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.
AtlıBu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.
Baldan əvvəl– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
BəzənibdirYarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,
Şöleyi-qəmdin mənivü səbrimi örtədi otŞöleyi-qəmdin mənivü səbrimi örtədi ot,Yoxu barım örtədi səndin yıraq təprədi ot.