Vicdan mühakiməsi
Page 2 of 5 · 20%
2
Bu həmin günlər idi ki, hitlerçi quldurlar Sovet ölkəsi üzərinə qəfildən basqm etmişdilər. Dişinəcən silahlanan quduz faşist qoşunları yollarımızı, binalarımızı dağıdır, şəhər və kəndlərimizi ayaqlayaraq, rast düşən adamlarımızı qırır, əsir edir, od yağdıra-yağdıra irəli gəlirdilər. Yaralı Vətən qəzəblə silahlanaraq, iri şir kimi ayağa qalxır, kükrəyirdi.
Kənddən itən Nazilədən bir xəbər verən olmadı. Kimi deyirdi: "Özünü Kürə atıb." Kimi də deyirdi: "Nadirin dalınca gedib". Kimi deyirdi: "Başqa bir oğlana, konduktora qoşulub, Uzaq Şərqə gedib."
Nə isə, bu qarışıq günlərdə adamı getməyən ailə yox idi. Yetim və ərsiz qızm dalmca düşən, soraqlaşan, axtaran da olmadı.
Dünyada nə qədər fəlakətlər, dəhşətlər, bəlalar olur-olsun, yenə də həyat qüvvətlidir. Həyat gücü həmişə, hər yerdə qalib çıxıb, yenə də çıxacaqdır.
Badsəba xanım beş ildən artıq ərə getsə, ailə qursa da, uşağı olmurdu. Qadm isə uşaq istəyirdi, yaman istəyirdi! Uşaq üçün əldən-ayaqdan gedirdi. Bu poliklinika mənim, o doktor sənin, o biri mamaça hamımızın... olmadı... Badsəba xanımı başa saldılar ki, onun vücudu zəifdir, uşaq doğması təhlükəlidir, olmaz!
Əri montyor Əsgər hey təsəlli verərdi ki:
– Ay Badsəba, canın sağ olsun. Uşaqdır, detdomdan birini götürüb böyüdərik, olar bizim oğlumuz. Təki canın sağ olsun, nə fikir eləyirsən!..
Elə də elədilər. Uşaq evindən birini götürüb böyütməli oldular. Ancaq Badsəba xanım uzaqgörən idi:
– Ay Əsgər, - deyirdi, - elə körpəsini götür ki, hələ gözü açılmamış, heç kəsi tanımamış olsun. Yoxsa 4-5 yaşında götürürsən, bir də görürsən səndən qabaq tanıdığı anası, atası var imiş.
– Kimi istəyirsən götür, nə deyirəm.
Həmin o uşaq ki, Səriyyə xala gətirib doğum evinə atmışdı, onun haqqında xadimə danışanda Badsəba xamm eşitmişdi.
– Haradadı o, mən götürüm saxlayım. Biz elə körpəni axtarırıq.
Xadimə uşağı alıb montyorun evinə gətirəndə bu evdə yaxşıca bir bayram oldu. Badsəba xanım evi təzədən yığışdırdı, sahmana saldı, uşağa xüsusi otaq ayırdı. Məsləhətçi həkim çağırdı. Süd anası tutdu, mağazalardan tapmayanda sandığı açdı, haçandan qalmış handabir ipək, qumaş, pamazı parçaları töküb uşağa növbənöv paltar tikdi. Xadimə: "Ata-anaya həsrətdir", - deyəndə ata-ana ad götürdü. Uşağa Həsrət adı verdilər. Badsəba xanım acı övlad həsrətini körpənin varlığı ilə söndürməyə, şirin vüsala çevirməyə başlamışdı.
Günlər keçir, Həsrət də dünyadan xəbərsiz, öz uşaq aləmilə montyor atasının, dərzi anasının min bir nəvazişilə evdə qayğısız, xoşbəxt böyüyürdü.
Badsəba xanım uşağın həyətdə oynadığını, qaranquş kimi o yan-bu yana, top dalmca qaçdığını, bülbül kimi danışıb, kəklik kimi qaqqıl-dayıb-güldüyünü gördükcə, özünü xoşbəxt hesab eləyir, bütün var-yoxunu Həsrətin yolunda göyə sovurmaqdan çəkinmirdi.
Oyuncaq olmazdı Həsrətə alınmasın, kitab, şəkil olmazdı, otağına gəlməsin. Hər üç gündən, beş gündən bir münasibət tapıb ona qonaqlıq eləyərdilər: "Bu, doğum günüdür." "Bu, Həsrətin musiqiyə gedən günüdür." "Bu, birinci "beş" alan günüdür." "Bu, uşağın ad qoyduğu, bu, diş dəyişdirməsi, bu, bağçaya getməsi günüdür..."
Həsrət altı yaşını bitirməmiş ona cürbəcür rus, Azərbaycan kitabları, təkcızıq, kərpic-kərpic dəftərlər, rəsm cihazı, yazı masası, qəhvəyi portfel, məktəb forması alınmışdı.
Badsəba xanım Həsrəti bir eşq, bir fərəh və sevinc ilə böyüdürdü ki, hər görən həsəd aparırdı.
Həsrətin məktəbə getməyi də ayrı bir tamaşa oldu. Badsəba xanım uşağı haqqında on kərə müəllimə təkrar-təkrar tapşırıb danışmaqdan, deyəsən, ləzzət alırdı. Uşaq da ayıq idi. Deyəsən, müəllimin xoşuna gəlmişdi. Onu qabaq sırada əyləşdirdilər. Adını, familini soruşanda hamıdan cəld, ucadan cavab verir, çoxdan təlim görmüş kimi, ciddi durub-otururdu. Xülasə, evdə olduğu kimi, məktəbdə də Həsrət uşaqların, böyüklərin əzizi, istəklisi idi. Montyor Əsgərin evindəki sevinc və səadətin, demək olar, 80 faizi bu gözəl, sağlam uşaq ilə bağlı idi. Həsrət böyüdükcə valideyninin: "oğul", "bala!", "quzum!", "ay ürəyimin bəndi!" kimi sözləri daha çox işlənir, bərk də təsir bağışlayır, ana-bala münasibətlərinə də yaraşırdı.
"Həsrət götürmə uşaqdır, doğma deyil!"
Badsəba xanımın da, Əsgərin də qorxduğu və nifrətlə qarşıladığı dəhşətli söz bu idi. Tanışlar, dostlar, əlbəttə ki, bu sözü ağızlarına almazdılar. Bu sözü uzaqdan eşidən, ailəyə yaxın olmayan, bir qədər də ürəkdən kasıb, quru, duyğusuz adamlar ağızlarına ala bilərdilər. Bunu eşidəndə isə ata-ananm başına qiyamət qopurdu:
– Sən doğum evində olmusan, uşağı öz əlinlə tutmusan, ay hə-pənd, ay vicdansız?..
– Bilmirəm, axmaq adamlar öz çörəyini yeyib, özgənin niyə sözünü danışırlar. Söhbət başınıza qəhət olub, ay diliyanmışlar!?.
Belə vaxtda Badsəba xanımın qəzəbinin hüdudu olmazdı. Tikiş maşımm mizrab kimi fırladar, qayçını atar, üsküyü götürər, üsküyü atıb, arşını götürər, parçaları qulac-qulac həvəs ilə ölçərdi, az qalardı cırıltısını yeddi qonşu o yanda eşitsin.
Rayonda bu cür "artıq-əskik" söhbət eşitməmək üçün montyor var-yoxunu yığıb-yığışdırdı, şəhərə köçdü.
Badsəba xanımı da "Səliqə" artelində işə düzəltdi. Qulağı dinc yaşamağa başladılar. Həsrət isə indi daha səkkiz yaşma qədəm qoyurdu. Ata da, ana da bərk hazırlıq görür, Həsrətin adma yaxşı bir piano almaq istəyirdlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-vicdan-muhakimesi
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.
Arxa əsgəri41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.
AtlıBu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.
Baldan əvvəl– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
Poems by other poets
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
BəzənibdirYarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,
Şöleyi-qəmdin mənivü səbrimi örtədi otŞöleyi-qəmdin mənivü səbrimi örtədi ot,Yoxu barım örtədi səndin yıraq təprədi ot.