Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Bu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.
Dinc qulağım, yaxud yeddi ilDeyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.
Din söhbətləriKeçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?
Oktyabr inqilabı və şaxseyOktyabr inqilabı barəsində çoxları çox şey yazırlar və hey yazmaqdadırlar, amma mən qorxuram bir şeyi unudub yaddan çıxaralar.Gərək biz hamımız bunu etiraf edək, yəni boynumuza alaq ki, Oktyabr inqilabı bir para insanları işdən salıb, lap bədbəxt elədi. Mən o adamları deyirəm ki, mahi-məhərrəmdə onların ixtisası, onların peşəsi imam təziyəsinin “yubiley” bayramını icarəyə götürmək idi.
Oruc tutanlar və oruc tutmayanların hesabıAmerikada Şərqi öyrənən cəmiyyətin axır vaxtlarda bir risaləsi çapdan çıxıb nəşr olunmaqdadır. Nyu-Yorkda təb olunan “Pusferton” qəzeti bu kitabçanın bir neçə maraqlı məlumatını öz qəzetində dərc eləyibdir və bu məlumatı Moskvada Şərqi öyrənən cəmiyyətin məcəlləsindən əxz edib, biz də burada oxucularımızın nəzərinə verməyi əhəmiyyətdən xali görmürük.Amerika cəmiyyətinin üç nəfər üzvü – ki, adlarını burada zikr etməyi artıq hesab edirik – keçən il İrandan Bakıya da gəlmişlər ki, bizim onlardan xəbərimiz olmayıb. Onlar bizim məclislərimizin bir neçəsində rəməzan ayında olublar və idarədə oruc yeyənlərin və oruc tutanların əhvalını və miqdarını öyrəniblər və siyahi ediblər. Məzkur müsafirlər gördüklərini öz dəftərçələrində birbəbir təfsilən qeyd ediblər.
Qurban bayramı və quldur yığıncağı“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?
İkinci sənayeləşdirmə istiqrazıBir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.
Məktəbdə çarşab, yaxud çarşabda məktəbSəkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.
Namaz qılan və tramvay çəkənBirisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar.
Yeni ibtidai məktəbdə Azərbaycan diliBudur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər.Bu adətə biz də əməl eləyirik.
Biblioqrafiya (Ziya Paşa və Derjavin)Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.
Əzizim Məmmədəli! (18 avqust 1910)30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum.Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.
Əzizim Məmmədəli! (25 oktyabr 1910)Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim.Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin.
Əzizim Məmmədəli! (2 yanvar 1911)Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.
Əziz Həmidə! (1913)Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram.Sənin Cəlilin
Həmidə! (24 fevral 1919)Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil
Müzəffər! (6 fevral 1923)Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.
Əzizim Həmidə! (25 avqust 1923)Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.
Əzizim Həmidə! (28 avqust 1923)Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil
“Kommunist” qəzetəsi idarəsinəRəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara.“Molla Nəsrəddin” məcmuəsi müdiri:
Məmməd Səid! (31 yanvar, 1925)Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.
Əzizim Eynəli Sultan! (13 iyul 1925)Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil
Həmidə! (10 iyun 1926)Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.
Həmidə! (13 iyul 1926)Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.
Həmidə! (Borjom, 20 iyul 1926)Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.
Həmidə! (28 fevral 1929)Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.
Nəsrulla Qənbərli yoldaşa!13 iyul (1930), Bakı*Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun.
Midhət! (26 dekabr 1930)Kislovodsk*Məni sanatoriyadan buraxırlar: yayda gəlmək lazımdır.