Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi.
Xanın təsbehiBakı ilə Tiflisin arasında dəmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bərdəyə, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şəhərinə. Ağdamdan sol tərəfə şosse yolu gedir çıxır Qarabulağ şəhərinə, buradan Cəbrayıla, Cəbrayıldan yol gedib çıxır Araz qırağına.Məşhur Xudafərin körpüsü həmin buradadır.
HamballarTarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
Qoşa balıncAvqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:
Atlar dayandıŞəhər dağın təpəsində qurulubdur. Evdə oturanda hər yana göz gəzdirib görürsən ki, dağ, daş, dərələr və çaylar--hamısı səndən aşağıdadır.Dağların hərəsi bir rəng çalır; çünki bunların eləsi var ki, meşələrlə örtülübdür. Amma dağların əksəri lütdürlər və bu lütlüyün hüsnü meşəli dağlardan da artıqdır; bunun səbəbi budur ki, dağların hərəsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rəng çalır. Ələlxüsus gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə.
Poçt qutusuNoyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Rus qızıTarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə.Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.
Yan tütəyiCavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir: yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun. Amma məni təəccübləndirən iki şey oldu: biri bu idi ki, camaat adəti həddən artıq gəlirdi və ikincisi də bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqda çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.
Şeir bülbülləriƏvət, əvət, o qadın iştə bak nasıl bakıyor,*Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.*
Çay dəsgahı1. Samavar 4. İstəkan 7. Maşa2. Padnos 5. Nəlbəki 8. Truba
KamançaFaciə, 1 pərdədə*Məclisdə olanlar
Üçüncü məclisMərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Molla FəzləliMinbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi:– Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam.
NigarançılıqTiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu.
Qəza müxbiriHekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
YığıncaqKəndin ortasında keçmiş mülkədar Kalışbəyin boş samanlığına kənd camaatı cəm olubdur: kimi bağdaş qurma, kimi çömbəlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çovuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir. Kəndlilər yenə gəlməkdədirlər. Əhvalat Qarabağın aran tərəfində kəndlərin birində vaqe olur.Məclisi kənd şura sədri Həsənəli bu sözlərlə başlayır və təzə içəri girən Zeynala üzünü tutub bir növ acıqlı deyir:
Birinci məclisBirinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.
Məşədi Sicimqulu “Kefsiz”Keçmiş günlərdən*“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.
İkinci məclisDəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).
Müsəlman ürəfa və danişməndlərinəXitabnamə*Müsəlmanlar!
Mirzə Fətəli Axundov dinlər haqqındaMən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
QuzuMəmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.
Konsulun arvadıNahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyaların birinin üstə oturdum; amma genə bilmədim ki, nə qayırım. Bir qoca rus arvadı bir balaca uşağın əlindən yapışıb yeridirdi. Uşağın əlindəki tağalaq çörəklərin hərdənbiri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. Sonra bir rus saldatı ilə bir rus arvadı qol-qola gəlib qabağımdan keçdilər. Kənarda bir neçə gəzib-dolanan görsənirdi; amma bunların heç birindən mənə bir mətləb hasil olmadı və az qalmışdı duram bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən nağafil çıxdı. Mən çox sevindim və haman saat xəyalıma gətirdim öz mənzilimi: bir tərəfdə əyləşib Rzaqulu, bir tərəfdə əyləşmişəm mən özüm və ikimiz də dünyanı yaddan çıxardıb, cummuşuq şahmat oyununa.Rzaqulunu görcək bir söz deməyib, düz getdim yapışdım rəfiqimin qolundan və başladım bizə tərəf çəkməyə. Rzaqulu dayandı və soruşdu:
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
ZəlzələZəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam.Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür.
Kişmiş oyunuƏhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?
OyunbazlarHəsənov – müəllimAban bəy – qumarbaz
İkinci məclisIkinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!