XIX

Getdikcə Mehman təcrübi işə daxil olur, rayonu tanımağa başlayırdı. Rayon partiya komitəsi katibi Vahidov incə, cavan prokuroru çox sevir, onunla söhbət etməkdən zövq alır, arabir onunla şəhər kənarına gəzməyə çıxırdı. Gənc prokurorun raykom katibi Vahidovla belə qoşa gəzməyi Kamilovu bərk darıxdırırdı: “Dünən yox, srağagün bura təşrif gətirən, ağzından süd qoxusu gələn bir para prokuror hara, bir rayonun siyasi ştab naçalniki, saçlarına dən düşmüş bir raykom katibi hara?” – deyə o, üz-gözünü turşudurdu. Baxdıqca, fikir verdikcə, Kamilov bu cəhəti öz sinəsinə sığışdıra bilmirdi. Buna görə o öz katibi Sərrafzadəyə, müstəntiq Murtuzova tapşırıq verirdi ki, bu qoşa gəzən adamları gözdən qoymaq olmaz. Yoxsa niyə bu söhbətdən doymasınlar?.. Ya niyə kənar bir adamı söhbətə daxil etməsinlər?!.Əlbəttə, Sərrafzadə canla-başla bu vəzifəni yerinə yetirməyə başlamışdı. Qadınlar arasında gedən söhbətləri o öz bacısı Zərrintac vasitəsilə toplayır, Kamilovun ovcuna qoyurdu. Murtuzov isə prokurorluq idarəsində baş verən ən kiçik hadisələr haqqında Kamilova məlumat verdi.

Suleyman Rahimov194434 min
Gülən balıq

Gün çıxan tərəfdə bir məmləkət vardı. Bu məmləkətin bir padşahı vardı. Bu padşah nə yerə sığırdı, nə də göyə... Dil tərpədənin dilini kəsdirir, baş qaldıranın başını vurdururdu. Əmrini yerinə yetirməyənin, bir sözünü iki eləyənin boğazına yağlı kəndir keçirtdirib, meydanlarda qurdurduğu dar ağaclarından asdırırdı. Bu padşah rəiyyətin-rəncbərin dərisini soydurur, xəzinəsini lal-cavahiratla doldururdu.Padşah öz sarayından çıxıb məmləkətin hansı vilayətinə yollansa hamı onun pişvazına çıxır, qabağında səcdəyə düşürdü. Əyilib atının dırnaqlarından öpməyənlərə divan tutdururdu. Başı zülmə qarışan padşah nə məmləkətdə əməlli-başlı bir yol çəkdirir, nə də susuz yerlərə su çıxartdırırdı. Bu padşah nə eldə-obada bir məktəb-mədrəsə açdırır, nə xəstələr üçün mərizxana dərdinə qalırdı. Padşahın yan-yörəsini bürüyən vəzir-vəkilin də işi-peşəsi ancaq, “bəli, beçeşm” demək idi. Şayəd bir gün vəzir-vəkildən birisi padşahın gözünə bir cürə, şübhəli dəysə, gecəsinə onun başı fərmanda idi. Buna görə də padşahın vəzir-vəkilini bir-birindən seçib ayırd eləmək çox müşkül bir iş idi. Baxanda bu vəzir-vəkilin hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb eyni vaxtda dururdu... Onların hamısı bir cürə hərəkət edir, padşahın hüzurunda bir-birinə baxa-baxa bir dərəcədə ucadanmı, astadanmı gülürdülər. Bunlardan heç birisi başqa birisindən ayrılmır, nə səsini endirir, nə də qaldırırdı. Padşahın gözü vəzir-vəkilin üstünə çevrilib ağarcağın hamısı birdən sarısını udur, hamısı eyni rəngə-rufa düşürdü... Padşahı mədh etməyənlər, onun şücaətindən vəsf açmayanlar qaranlıq və rütubətli zindanlara doldurulur, burada yarıac, yarısusuz saxlanılır, sonra da göysüz-göyərtisiz quru boş səhralara sürgün edilirdi.

Suleyman Rahimov23 min
Arpaçay əfsanəsi

Qədim vaxtlarda Muğanda iki elat olurdu. Elatın birinin qoyun sürüləri ağ, o birininki isə qara idi. Qoyun sürüləri ağ olana “Ağqoyunlu” qoyun sürüləri, qara olana “Qaraqoyunlu” deyirdilər. Hər iki elatın qoyun sürülərindən başqa, yalmanlı at ilxıları, buynuzlu mal-qaraları, əyriboyun dəvələri var idi. Hər iki elat öz sərhədinə çox çətin sığışırdı. Payızda-qışda aranda, yazda-yayda yaylaqda otlaq üstündə həmişə savaş gedirdi. Birdən o tərəf o tərəfdən, bu tərəf də bu tərəfdən öz çuxalarını çıxarıb sol qoluna dolayıb, bəlgə düzəldir, adamlar qızışır, qol-qılça sınır, baş-göz dağılırdı. Gah bu onun, gah da o bunun otlaq sərhədini tuturdu. Arada ədavət artır, düşmənçilik güclənirdi... Canı cəzana gələn hər iki tərəfin başbilən ağsaqqalları bir gün Muğanda arada olan sərhəd təpə üstünə toplaşdılar. Məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, daha dava-dalaş olmasın, arada qan qohumluğu başlasın, bir-birinə yapışıqlıq-qonşuluq yaransın. Bu tayfa, o tayfa sözü bilmərrə götürülsün, tayfalar bir-birinə qız versin, qız alsın. Belə də oldu. Daha sərhəd dava-şavası düşmədi, otlaq üstündə heç bir çəkişmə-didişmə getmədi. Elatların oğlan-qızları bir-birinə qarışdı. Oğlan-qız toyunda, el bayramlarında zurnanın cingiltisi, nağaranın gumbultusu, sazın-sözün sədası sümüklərə düşdü. Cavanlar ağ-qara çuxada əl-ələ tutuşub yallı getdilər... Cavanları belə görən bığıburma kişilər, kəlağayılı qadınlar, bunlardan sonra qocalar, qarılar cərgələndilər, barmaq barmağa keçirib yallı getdilər. Babanın birisi o tərəfdən, birisi bu tərəfdən gülə-gülə üz-üzə, göz-gözə baxdılar. Qohumların yallıları bir-birinə qarışdı.Günlərin bir günü Ağqoyunlu elatının qızı ilə Qaraqoyunlu elatının oğlu Ağgöllə Qaragöl arasında başlanan el şənliyində görüşüb, bir-birini sevməyə, yavaş-yavaş dillənib danışmağa başladılar:

Suleyman Rahimov16 min
L

Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”

Suleyman Rahimov194419 min
Məhtaban 21

Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!

Suleyman Rahimov16 min
XX

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

Suleyman Rahimov194418 min
XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

Suleyman Rahimov194420 min
XXXVIII

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.

Suleyman Rahimov194419 min