Var bu cahandan özgə bizim bir cahanımız,Surət bu aləm oldu bizə, ol məkanımız.

Zatına həyyü baqi demişlər bu cövhərin,Şol kim, bizim-cahanımız olmuş bu canımız.

Ey də’vət eyləyən bizi firdövsə, eylə bil,Cənnətdən özgə vardurur ə’la məkanımız.

Cövhər ki, dutdu aləmi rövşən günəş kimi,Andandır aşikara bu gənci-nihanımız.

Cövhərləri zühura gətirdi çü nitqi-həq,Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız.

Ol kim, bizim həqiqətimizdir xəyalımız,Yoxdur nişanı qılca, nə bilsin nişanımız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Sən bu Nəsiminin dilini anla, bil sözünKim, var bu dildən özgə bizim bir lisanımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets