Yıxıb bu könlüm evin, eyləyib viran, getmə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!Yoxumdu tabü tavan firqətə, cavan, getmə!
Fəda olum sənə mən, səndən ayrıla bilməm,Yəqin, fəraqın edər qəddimi kəman, getmə!
Səninlə rövşən idi qəlbim, ey gözüm nuri!Güman ki, təng ola bu canıma cahan, getmə!
Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,Doyunca görməmişəm, getmə bir zaman, getmə!
Çıxaydı kaş gözüm, görməyeydi hicranın,Ölüncə, bil, edərəm naləvü fəğan, getmə!
Səbahədək oturub çəkmişəm cəfalerini,oyum bərabərisən indi, elaman, getme!
Yəqinen, əl çəkəcək dostü aşinalərdən,Kimi düşəcək çöllərə aman, getmə!
Səninlə kim, açılıb qəlbimin şükufeleri,Ümvət eylə, əzizim, edib xəzan, getmə!
Di yumma gözlərini, qoy görüm doyunca səni,Özümə cari edib eşk, hem rəvan, getmə!
Maqta — the closing couplet bearing the poet’s pen name. Tərehhüm eyle mənə, dərdü mehnətim çoxdur,Qoyub bu hicri-bela içrə Natəvan, getmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/natavan-yixib-bu-konlum-evin-eyleyib-viran-getme
Use ← → keys to move, R for a random poem
More by this author
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Poems by other poets · Separation
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
Heyran olduğumYoxsan yoxam,Varsan varam,
Ayağa qarqarVar olsun Qarabağ, əcəb səfadı,Başa Xaçın axar, ayağa – Qarqar.