بیا ساقی از من مرا دور کنجهان از می‌ لعل پر نور کن

Ey saqi, dur, məndən bu mənliyi at!Gəl, üzüm suyundan cahanı parlat!

میی کاو مرا ره به منزل بَرَدهمه دل برند او غم دل برد

Bir şərab ver, məni mənzilə salsın,Çox könül alan var, o, kədər alsın.

جهان گرچه آرامگاهی خوش‌استشتابنده را نعل در آتش‌است

Qalana cənnətdir dünyanın halı,Tələsən adamın oddadır nalı.

دو در دارد این باغ آراستهدر و بند ازین هر دو برخاسته

Bu bəzəkli bağda iki qapı var,Yoxdur heç birində qıfıl, bənd, açar.

در‌آ از در باغ و بنگر تمامز دیگر درِ باغ بیرون خرام

Birindən gir, bağı görüncə dolaş,O biri qapıdan çıxıb uzaqlaş.

اگر زیرکی‌، با گلی خو مگیرکه‌ باشد به‌ جا ماندنش ناگزیر

Ağlın var, gül ilə olma həmnişin,Çünki qalmağından deyilsən əmin.

در این‌ دم که داری‌، به شادی بسیچکه آینده و رفته هیچ است هیچ

Bu anı xoş keçir, hər şeydən vaz keç,Gələcək və keçmiş çünki heçdir, heç,

نه‌ایم آمده از پی دلخوشیمگر کز پی رنج و سختی‌ کشی

Dünyaya gəlmədik zövqə, işrətə,İşimiz qatlanmaq ağır zəhmətə.

خر‌ان را کسی در عروسی نخواندمگر وقت آن کاب و هیزم نماند

Eşşəyi toylara kimdir çağıran,Çağrılır su, odun bitdiyi zaman.

گزارندهٔ نظم این داستانسخن راند بر سنت راستان

Bu gözəl dastanı yazan ravilərDoğrular dilindən belə nəql edər:

که چون آتش‌ِ روز‌ِ روشن گذشتپر از دود شد گنبدِ تیز‌گشت

Elə ki gündüzün atəşi söndü,Fələklər tüstüdən dona büründü.

شب از ماه بربست پیرایه‌ایشگفتی بود نور بر سایه‌ای

Ay doğub yaraşıq verdi gecəyə,Gözəldir aydınlıq düşsə kölgəyə.

طلایه ز لشگرگه هر دو شاهشده پاس‌دارنده تا صبحگاه

Hər iki ordunun sabaha qədərKəşfiyyat qolları keşik çəkdilər.

یتاقی به آمد شدن چون خراسنیاسود دراجه از بانگ پاس

Onların səsindən bir dəyirmantəkBilməzdi burclar nədir dincəlmək.

بسا خفته کز هیبت پیل مستسراسیمه هر ساعت از خواب جست

“Cəbhədə dincəlim” deyə yatanlarFillər nərəsindən diksinib qalxar.

غنوده تن مرد از رنج و تابنظر هر زمانی درآمد ز خواب

Vücudu zəhmətdən yorulmuş insan,Gözünü açardı yatdığı zaman.

نیایش کنان هر دو لشگر به رازکه‌ای کاشکی بودی امشب دراز

Yalvarır, yaxarır hər iki əsgər:Bitməsin bu gecə, olmasın səhər,

مگر کان درازی نمودی درنگبه دیری پدید آمدی روز جنگ

Bir qədər geciksin, uzansın zaman,Bəlkə gec açılsın döyüşə meydan.

سگالش چنان شد دو کوشنده راکه ریزند صفرای جوشنده را

Unudub kinini iki tacidarBəlkə sübh etməyə versinlər qərar.

چو خورشید روشن برآرد کلاهپدیدار گردد سپید از سیاه

Al Günəş tacını qoyduğu zaman,Elə ki ayrıldı qaralıq ağdan,

دو خسرو عنان در عنان آورندره دوستی در میان آورند

İskəndər və Dara gəldi meydana,Ürəklə düşsünlər dostluq ardına.

به آزرم خشنودی از یکدیگربتابند و زان برنتابند سر

Şəfqətlə, hörmətlə edib barışıq,Xeyirli işə qol qoysunlar artıq.

چو دارا در آن داوری رای جستدل رای‌زن بود در رای سست

Bu işdə istədi tədbir və çara,Kimsədən düz cavab almadı Dara.

سوی آشتی کس نشد رهنموننمودند رایش به شمشیر و خون

Sülh üçün bir nəfər olmadı rəhbər,Dedilər: bu işi qılınc həll edər.

که ایرانی از رومی‌ِ بیش‌خوردبه قائم کجا ریزد اندر نبرد‌؟

İranlı rumludan acizdir məgər?Onlar bu savaşda qazanmaz zəfər.

چو فردا فشاریم در جنگ پایز رومی نمانیم یک تن به جای

Səhərki döyüşlə qızışar meydan,Rumludan salamat qoymarıq bir can”.

بدین عشوه دادند شه را شکیبیکی بر دلیری یکی بر فریب

Daranı aldatdı belə sözlərlə,Birisi hiyləylə, biri hünərlə.

همان قاصدان نیز کردند جهدکه بر خون او بسته بودند عهد

Daranın düşməni iki sərkərdəBuna səy edirdi hər an, hər yerdə.

سکندر ز دیگر طرف چاره سازکه چون پای دارد دران ترکتاز

İskəndər düşündü nə tədbir qursunKi, Dara önündə dağ kimi dursun.

خیال دو سرهنگ را پیش داشتجز آن خود که سرهنگی خویش داشت

O iki sərdarı tutdu nəzərdə,Öz igidliyinə güvəndi bir də.

چنین گفت با پهلوانان رومکه فردا درین مرکز سخت بوم

Rum əsgərlərinə dedi İskəndər:“Bu qatı mərkəzdə olunca səhər.

بکوشیم کوشیدنی مرد‌واررگ جان به کوشش کنیم استوار

Ər kimi çalışmaq, çarpışmaq gərək,Canı dişə yığıb igidlik etmək.

اگر دست بردیم ماراست ملکوگر ما شدیم آن‌ِ دارا‌ست ملک

Bu dünya bizimdir çalsaq qələbə,Daranın olacaq yeyərsək zərbə.

قیامت که پوشیدهٔ رای ماستبود روزی آن روز فردای ماست

Deyirlər insana gizlidir məhşər,O məhşər görünər bizə bu səhər”.

به اندیشه‌هایی چنین هولناکدو لشگر غنودند با ترس و باک

Hər iki ordu bu düşüncələrlə,Gecəni keçirdi dərin kədərlə.

چو گیتی در روشنی باز کردجهان بازی دیگر آغاز کرد

Dünyaya pəncərə açınca ziyaBambaşqa bir oyun başladı dünya.

به آتش بَدَل گشت مشتی شرارکلیچه شد آن سیم کاووس وار

Bir ovuc qığılcım oldu bir atəş,Bir komac kimiydi parlayan Günəş.

درآمد به جنبش دو لشگر چو کوهکز آن جنبش آمد جهان را ستوه

Dağ kimi tərpəndi hər iki ordu,Dünyanın ürəyi titrəyib durdu.

فریدون‌نسب شاه‌ِ بهمن‌نژادچو برخاست از اول بامداد

Firidun və Bəhmən nəvəsi əjdərYuxudan səhərlə qalxdı bərabər

همه ساز لشگر به ترتیب جنگبرآراست از جعبه نیم لنگ

Ordunu sazladı, düzəltdi meydan.Parladı ox, kaman, qılınc və qalxan.

ز پولاد‌، صد کوه بر پای کردبه پایین او گنج را جای کرد

Yüzlərcə polad dağ dikəltdi onda,Xəzinə dayandı onun altında.

چو بر میمنه سازور گشت کارهمان میسره شد چو رویین حصار

Sağ qolun işləri bitdikdən sonraSol qolu çevirdi polad hasara.

جناح از هوا در زمین برد بیخپس آهنگ شد چون زمین چار میخ

Cinahlar kök atdı yerə havadan,Yer kimi çarmıxa çəkildi meydan.

جهاندار در قلب‌گه کرد جایدرفش کیانی‌ش بر سر به‌ پای

Mərkəzdə durmuşdu cahan Günəşi,Başının üstündə Kəyan dirəfşi.

سکندر که تیغ جهان‌سوز داشتچنان تیغی از بهر آن روز داشت

Dünyanı yandıran qılıncı məgərBu günçün saxlardı böyük İskəndər!

برانگیخت رزمی چو بارنده میغتگرگش ز پیکان و باران ز تیغ

Yağdıran buludtək meydan dopdolu,Yaydan ox yağırdı, qılıncdan dolu.

جناح سپه را به گردون کشیدسُمِ بارگی بر سر خون کشید

Ordunun qolları göyə dayandı,Atların dırnağı qana boyandı.

گرانمایگان را بدانسان که خواستبفرمود رفتن سوی دست راست

Ən seçmə igidlər ordudan bir-birSağ-sola keçməyə alırdı əmr.

گروهی که پرتابیان ساختشانچپ انداز شد بر چپ انداختشان

Əmrlə inamsız kəslər hər yerdənTərpənib, sol qolda tutdular məskən.

همان استواران درگاه راکز ایشان بدی ایمنی شاه را

Kimin ki, əmindi sədaqətindəSaxladı mərkəzdə - öz xidmətində.

به قلب اندرون داشت با خویشتنچو پولاد کوهی شد آن پیلتن

Onları ordunun qəlbinə aldı,Tökmə bir dağ kimi göyə ucaldı.

برآمد ز قلب دو لشگر خروشرسید آسمان را قیامت به گوش

Qopunca nərələr iki ordudan,Qiyamət qopmuş zənn etdi asiman.

تبیره بغرید چون تند شیردرآمد به رقص اژدهای دلیر

Təbillər gurlayıb verdi səs-səsə,Qanlı əjdahalar başladı rəqsə.

ز شوریدن ناله کرنا‌یبرافتاد تب‌لرزه بر دست و پای

Kərənay səsindən tutuldu qulaq,Qorxudan titrədi bütün əl-ayaq.

ز فریاد رویین خم از پشت پیلنفیر نهنگان برآمد ز نیل

Filə minənlərin bağırtısındanNildəki nəhənglər qopardı fəğan.

ز بس بانگ شیپور زهره شکافبدرید زهره‌، بپیچید ناف

Şeypurun səsindən qopdu ürəklər,Bağırlar yarıldı, düşdü göbəklər.

ز غریدن کوس خالی دماغزمین‌لرزه افتاد در کوه و راغ

İçi boş təbillər coşduqca coşar,Zülmətlər içindən atılır oxlar,

درآمد ز بحران سر‌ِ بید‌برگگشاده بر او روزن درع و ترگ

Düşmənin köksünə nizələr sancar,Zirehdə, geyimdə pəncərə açar.

ز بس تیر باران که آمد به جوشفکند ابر بارانی خود ز دوش

O qədər yaylım ox yağdı hər yandanBulud yağmurunu atdı başından.

گران تیر باران کنون آمدیبه جای نم از ابر خون آمدی

İndi o yaylım ox düşsə zəminəBulud qan yağdırar yağış yerinə,

خروشیدن کوس رویینه کاسنیوشنده را داد بر جان هراس

Naylardan qopan o müdhiş gurultuEşidən kimsəyə verirdi qorxu.

جلاجل زنان از نواهای زنگبرآورده خون از دل خاره سنگ

Qarışıq səslərlə hayqırdıqca canÇaxmaq daşından da çıxarırdı qan.

به جنبش درآمد دو دریای خونشد از موج آتش زمین لاله‌گون

İki qan dənizi çalxandı birdən,Atəş dalğaları yüksəldi yerdən.

زمین کو بساطی شد آراستهغباری شد از جای برخاسته

Bürüdü hər yeri tufan atəşi,Ucalan toz-torpaq tutdu Günəşi.

به ابرو درآمد کمان را شکنجشتابان شده تیر چون مار گنج

Yayların bir daha qaşı çatıldı,Oxlar ilan kimi coşub atıldı.

ستیزنده از تیغ سیماب ریزچو سیماب کرده گریزا گریز

Civətək parlayan polad qılıncdanCivətək qaçırdı hər yerdə insan.

ز پولاد پیکان پیکر شکنتن کوه لرزنده بر خویشتن

Gövdələr əridən polad ox iləDağların gövdəsi titrədi belə.

ز نوک سنان چرخ دولاب رنگز پرگار گردش فرو مانده لنگ

Nizələr ucundan dövr edən fələkSeyrindən qalaraq oldu topaltək.

ز بس زخم کوپال خارا ستیززمین را شده استخوان ریز ریز

Toppuzlar o qədər çaxmışdı təpikYerin cəmdəyində qalmadı gəmik.

ز بس در دهن ناچخ انداختننفس را نه راه برون تاختن

O qədər sancılmış boğazlara ox,Artıq boğazlarda nəfəs yolu yox.

سنان در سنان رسته چون نوک خارسپر بر سپر بسته چون لاله‌زار

Ox oxun içinə girmiş tikantək,Qalxandan bəzənib yer gülüstantək.

گریزندگان را در آن رستخیزنه روی رهایی نه راه گریز

Qaçanlar üzünə qiyamət qopmuş,Nə yol var qaçmağa, nə də qurtuluş.

سواران همه تیر پرداختهگهی تیر و گه ترکش انداخته

Atlılar ataraq sonuncu oxu,Atmışdır kamanı, oxu, oxluğu.

در آن مسلخ آدمیزادگانزمین گشته کوه از بس افتادگان

Bir sallaqxanadır qanlı bucaqlar,Cəmdəklə yan-yana ucalmış dağlar.

به جان برد خود هر کسی گشته شادکس از کشته خود نیاورده یاد

Yalnız öz canının hayında hər kəs,Ölən yoldaşını yada gətirməz.

ندارد کسی سوگ در حرب‌گاهنه کس جز قزاکند پوشد سیاه

Meydanda yox idi matəm saxlayan,Nə bir qara geyən, nə bir ağlayan.

سخن‌گو سخن سخت پاکیزه راندکه مرگ به انبوه را جشن خواند

Hər sözü ustası gözəl toxuyur:“El ilə qara gün bayramdır, toydur”.

چو مرگ از یکی تن بر‌آرد هلاکشود شهری از گریه اندوهناک

Əcəl pəncəsində ölsə bir nəfərGözündən yaş tökər ona bir şəhər.

به مرگ همه شهر ازین شهر دورنگرید کس ارچه بود ناصبور

Bütün bir şəhərçin saxlayaraq yasOndan uzaqlara kimsə ağlamaz.

ز بس کشته بر کشته مردان مردشده راه بر‌بسته بر ره‌نورد

İnsan cəmdəyilə dolmuşdur sağ-sol,Döyüşçülər üçün qapanmışdı yol.

بران دجله خون بلند آفتابچو نیلوفر افکنده زورق در آب

O qan Dəcləsini Günəş almışdı,Suya neylufərtək qayıq salmışdı.

سنان سکندر در آن داوریسبق برده از چشمه خاوری

Həmin vuruşmada böyük İskəndərGünəş çeşməsində saçmışdı zəfər.

شراری که شمشیر دارا فکندتبش در دل سنگ خارا فکند

Daranın qılıncı saldıqça şöləQızırdı daşların ürəyi belə.

چو لشگر به لشگر درآمیختندقیامت ز گیتی برانگیختند

Elə ki soxuldu ordu orduyaMəhşəri gözüylə gördü bu dünya.

پراکندگی در سپاه اوفتادبرینش در آزرم شاه اوفتاد

Dava meydanına yayıldı əsgər,Daranın canına var idi xətər.

سپه چون پراکنده شد سوی جنگفراخی درآمد به میدان تنگ

Ordular döyüşə girdiyi zamanOlduqca genəldi darısqal meydan.

کس از خاصگان پیش دارا نبودکزو در دل کس مدارا نبود

Yanında kimsə yox, yalnızdı Dara,Onunla etməyir kimsə müdara.

دو سرهنگ غدار چون پیل مستبر آن پیلتن برگشادند دست

İki sərxoş sərdar fil kimi coşdu,Filbədən Daranın üstünə qoşdu,

زدندش یکی تیغ پهلو گذارکه از خون زمین گشت چون لاله‌زار

Böyründən bir yara vurdular ona,Laləzar oldu yer, boyandı qana.

درافتاد دارا بدان زخم تیزز گیتی برآمد یکی رستخیز

Tacidar yıxıldı dərin yaradan,Sanki bir qiyamət kəsildi cahan.

درخت کیانی درآمد به خاکبغلطید در خون تن زخم‌ناک

Bir ağac yıxıldı Kəyan bağından,Yaralı bədəni qanına qəltan.

برنجد تن نازک از درد و داغچه خویشی بود باد را با چراغ

Dərdə tab gətirməz incə olanlar,Yel ilə çırağın nə dostluğu var?

کشنده دو سرهنگ شوریده رایبه نزد سکندر گرفتند جای

O iki qantökən, o iki xainQaçdılar yanına tez İskəndərin.

که آتش ز دشمن برانگیختیمبه اقبال شه خون او ریختیم

Dedilər: “Atəşə yaxdıq düşmanı,Taleyin uğrunda töküldü qanı.

ز دارا سر تخت پرداختیمسر تاج اسکندر افراختیم

İşini bitirdik, vurduq bir yara,Gözündə cahanı eylədik qara.

به یک زخم کردیم کارش تباهسپردیم جانش به فتراک شاه

İstərsən gözünlə gəl gör bu halı,Qanıyla boyansın atının nalı.

بیا تا ببینی و باور کنیبه خونش سُمِ بارگی تر کنی

Hünərlə öldürdük sizin düşməni,İndi sən yerinə yetir vədəni.

چو آمد ز ما آنچه کردیم رایتو نیز آنچه گفتی بیاور به جای

Bizə vəd demişdin ağır xəzinə,Doğru qal, vəfa et indi əhdinə”.

به ما بخش گنجی که پذرفته‌ایوفا کن به چیزی که خود گفته‌ای

İskəndər bildi ki, bu iki sərdarŞah qanı tökməyə olmuş həvəskar.

سکندر چو دانست کان ابلهاندلیرند بر خون شاهنشهان

Verdiyi peymana oldu peşimanHəyadan bir şölə çıxdı canından.

پشیمان شد از کرده پیمان خویشکه برخاستش عصمت از جان خویش

Adamın yaşıdı ölən zamandaHəyat ümidindən iz qalmaz onda.

فرو میرد امیدواری ز مردچو همسال را سر درآید به‌گرد

Dedi: “Harda batmış qana tacidar,Kəyan dövlətini bəzəyən sərdar?”

نشان جست کان کشور آرای کیکجا خوابگه دارد از خون و خوی

Hər iki qantökən düşərək önə,Yol göstərdilər öz azğın zülmünə.

دو بیداد پیشه به پیش اندرونبه بیداد خود شاه را رهنمون

Daranın düşdüyü yerə gəldilər,Yanında dostlardan yoxdu bir nəfər.

چو در موکب قلب دارا رسیدز موکب‌رو‌ان هیچ‌کس را ندید

Vücudu bulaşmış torpağa, qana,O Kəyan külahı düşmüş bir yana.

تن مرزبان دید در خاک و خونکلاه کیانی شده سرنگون

Olmuş qarıncaya Süleyman əsir,Tikanlı bir arı bir fili yeyir.

سلیمانی افتاده در پای مورهمان پشهٔ کرده بر پیل زور

Bəhmənin qoluna sarılmış ilan,Düşmüş İsfəndiyar tunc çardağından.

به بازوی بهمن برآموده مارز رویین در افتاده اسفندیار

Firidun baharı, Cəmin bağçasıXəzana uğramış, başlanmış yası.

بهار فریدون و گلزار جمبه باد خزان گشته تاراج غم

Keyqubad nəslinin vücudunu, bax,Gör necə dağıdır yel yarpaq-yarpaq.

نسب نامه دولت کیقبادورق بر ورق هر سویی برده باد

İskəndər tələsik endi atından,Daranın önündə durdu pərişan.

سکندر فرود آمد از پشت بوردرآمد به بالین آن پیل‌زور

Əmr etdi o xain sərkərdələri,Xaricə meyl edən iki rəhbəri

بفرمود تا آن دو سرهنگ رادو کج‌زخمه خارج‌آهنگ را

Möhkəm saxlasınlar, sonra İskəndərYerindən tərpəndi üzündə kədər.

بدارند بر جای خویش استوارخود از جای جنبید شوریده‌وار

Sürətlə yanaşdı xəstəyə sarı,Kəyan geyimindən açdı bağları.

به بالین‌گه خسته آمد فرازز درع کیانی گره کرد باز

Başını şahanə dizinə qoydu,Gecəni işıqlı gündüzə qoydu.

سر خسته را بر سر ران نهادشب تیره بر روز رخشان نهاد

Yuxudan gözünü açdığı zamanDedi: “Qalx bu qara qanlı torpaqdan!

فرو بسته چشم آن تن خوابناکبدو گفت برخیز ازین خون و خاک

Burax ki, solmada qurtuluş bağım,Qaralmaq üzrədir işıq - çırağım,

رها کن که در من رهایی نماندچراغ مرا روشنایی نماند

Böyrümü, bax, necə yırtmış bu dövran!Bağrımın altında böyrümdür pünhan.

سپهر‌م بدانگونه پهلو دریدکه شد در جگر پهلویم ناپدید

Pəhləvan, ey başım üstünə gələn!Qoru öz böyrünü mənim böyrümdən.

تو ای پهلوان کامدی سوی مننگهدار پهلو ز پهلوی من

Bu böyrüm buludtək sökülsə belə,Qılıncın acısı getməmiş hələ.

که با آنکه پهلو دریدم چو میغهمی آید از پهلویم بوی تیغ

Padşahlar başını burax, qaldırma,Bu dövran qırmışdır məni, sən qırma!

سر سروران را رها کن ز دستتو مشکن که ما را جهان خود شکست

O hansı əldir ki, uzanır mənə,Kəyanın tacıyla oynayır yenə.

چو دستی که بر ما درازی کنیبه تاج کیان دست‌یازی کنی

Əl saxla, qarşında Daradır duran,Günəşdən aydındır bu, deyil pünhan.

نگهدار دستت که داراست ایننه پنهان‌، چو روز آشکاراست این

Günəşim saralıb düşüncə dərdə,Üzümə çəkərsən lacivərd pərdə,

چو گشت آفتاب مرا روی زردنقابی به من درکش از لاجورد

Sərvi başaşağı görmə şərməndə,Elə bir padişah, belə bir bəndə!

مبین سرو را در سرافکندگیچنان شاه را در چنین بندگی

Xəstəyəm, zəhmətdən qıl məni azad,Haqqın rəhmətiylə məni eylə yad.

درین بندم از رحمت آزاد کنبه آمرزش ایزدم یاد کن

Dünyanın taxtında mənəm tacidar,Yerimdən tərpətsən məni, yer sarsar.

زمین را منم تاج تارک نشینملرزان مرا تا نلرزد زمین

Dadlı bir yuxum var, toxunma, burax,Odumu göy alsın, suyumu torpaq!

رها کن که خواب خوشم می‌بردزمین آب و چرخ آتشم می‌برد

Taxtından çevirmə yatan bir başı,İnlətmə, bu dünya tökər göz yaşı!

مگردان سر خفته را از سریرکه گردون گردان برآرد نفیر

Əcəlim yetişmək üzrədir, dayan!Məni öz halıma burax bir zaman!

زمان من اینک رسد بی‌گمانرها کن به خواب خوشم یک زمان

Fikrin tac çalmaqsa mənim başımdan,Azacıq aman ver, qoy çıxsın bu can!

اگر تاج خواهی ربود از سرمیکی لحظه بگذار تا بگذرم

Bu dünya mülkündən açınca kəmərBaşım da, tacım da getsə, yox zərər”.

چو من زین ولایت گشادم کمرتو خواه افسر از من ستان خواه سر

İskəndər ağladı: “Aman, tacidar,Nökərin İskəndər mənəm, şəhriyar!

سکندر بنالید که‌ای تاجدارسکندر منم چاکر شهریار

İstəməzdim görüm torpaqda səni,Öz qanına qəltan olan bədəni.

نخواهم که بر خاک بودی سرتنه آلودهٔ خون شدی پیکرت

Nə etmək, bir işdir olmuş dünyada,Təəssüf verərmi bu işdə fayda?

ولیکن چه سود‌ست کاین کار بودتأسف ندارد درین کار سود

Başını yenidən qaldırsan əgər,Kiçiklik edərdi sənə İskəndər.

اگر تاجور سر برافراختیکمر بند او چاکری ساختی

Heyhat, mən qocaman dənizlər aşdım,Köksümə qədər al qana bulaşdım.

دریغا به دریا کنون آمدمکه تا سینه در موج خون آمدم

Təəssüf, azmadım bu yollarda mən,Atımın dırnağı qopmadı nədən?

چرا مرکبم را نیفتاد سمچرا پی نکردم درین راه گم

Bu ağır günləri görməyəydim mən,Ah, eşitməyəydim Dara inlərkən.

مگر ناله شاه نشنیدمینه روزی بدین روز را دیدمی

And olsun hər qəlbi bilən sərrafa,Daraya ürəkdən istərəm şəfa.

به دارای گیتی و دانای رازکه دارم به بهبود دارا نیاز

Bir şüşə daş ilə qırılsa naçar,Çarə qapısına tapılmaz açar.

ولیکن چو بر شیشه افتاد سنگکلید در چاره ناید به چنگ

Əfsus, İsfəndiyar nəslindən sansız,Mülkün yadigarı sən idin yalnız.

دریغا که از نسل اسفندیارهمین بود و بس ملک را یادگار

Nə olur, mənə də ölüm qoşaydı,İskəndər və Dara qucaqlaşaydı.

چه بودی که مرگ آشکارا شدیسکندر هم آغوش دارا شدی

Nə etmək, istəklə gəlməyir əcəl,Məzara girilməz ölümdən əvvəl.

چه سودست مردن نشاید به زورکه پیش از اجل رفت نتوان به گور

Padşahın bir tükü gözümdə, inan,Daha qiymətlidir yüzlərcə tacdan.

به نزدیک من یک سر موی شاهگرامی‌تر از صد هزاران کلاه

Bu dərin yaraya bilsəydim çara,Edərdim, sağalsın deyə bu yara.

گر این زخم را چاره دانستمیطلب کردمی تا توانستمی

Nəyə lazım bu taxt, bu tac, bu şöhrət,Darasız qaldı bu möhtəşəm dövlət.

نه تاج و نه اورنگ شاهنشهیکه ماند ز دارای دولت تهی

Mən bu taxta, taca ağlayaram qan,Ayırmış Daranı təxtü tacından.

چرا خون نگریم بر آن تاج و تختکه دارنده را بر درافکند رخت

Yox olsun dünyadan elə gülüstan,Bağbanı xəstədir, acı tikandan.

مباد آن گلستان که سالار اوبدین خستگی باشد از خار او

Daranı öldürən dünyaya nifrət,Gündüzkən öldürür, verməyir fürsət.

نفیر از جهانی که دارا کش‌ستنهان پرور و آشکارا کش‌ست

Bir çarə etməyə imkan yox məndə,Bu gənc sərvə gərək ağlayam mən də.

به چاره‌گری چون ندارم توانکنم نوحه بر زاد سرو جوان

Anlat ki, istəyin, tədbirin nədir?Qorxunuz kimdəndir, ümid kimdədir?

چه تدبیر داری مراد تو چیستامید از که داری و بیمت ز کیست

Söylə ki, hər sözün mənə bir fərman,İtaət etməyə bağlaram peyman”.

بگو هرچه داری که فرمان کنمبه چاره‌گری با تو پیمان کنم

Dara hiss edincə bu dost nəfəsi,Açdı gözlərini, şahanə səsi

چو دارا شنید این دم دل‌نوازبه خواهش‌گری دیده را کرد باز

Şəfqətlə ucaldı: “Ey uca baxtim,Tək sənə yaraşır bu tacım, taxtım.

بدو گفت کای بهترین بخت منسزاوار پیرایه و تخت من

Sorma bir ölüyə mən indi nəyəm?Xəzanə tutulmuş ölgün çiçəyəm!

چه پرسی ز جانی به جان آمدهگلی در سمومِ خزان آمده

Hər kəsin şərbəti buzla duruldu,Mənim şərbətimsə yalnız buz oldu.

جهان شربت هرکس از یخ سرشتبجز شربت ما که بر یخ نوشت

Varlığım qərq olmuş qan dənizinə,İçərim susuzdan alışır yenə.

ز بی آبیم سینه سوزد درونقدم تا سرم غرق دریای خون

Buluddan şığıyan bir şimşəyəm mən,Dodağım qurudur, sudadır bədən.

چو برقی که در ابر دارد شتابلب از آب خالی و تن غرق آب

Bu kuzə yanından sınıqsa bir az,Mumla, yapışqanla sağaltmaq olmaz.

سبویی که سوراخ باشد نخستبه موم و سریشم نگردد درست

Bu dünya eyləyir qarət hər yeri,Birisi gətirir, alır o biri.

جهان غارت از هر دری می‌بردیکی آورد دیگری می‌برد

Nə bu gün yaşayan bu gün əmindir,Nə köçüb qurtulan, heyhat, çətindir!

نه زو ایمن اینان که هستند نیزنه آنان که رفتند رستند نیز

Gör mənim günümü, haqqa doğru qal,Qorx belə bir gündən, məndən ibrət al!

ببین روز من‌، راستی پیشه کنتو نیز از چنین روزی اندیشه کن

Sözlərimi anıb dinləsən məni,Mənim kimi etməz bu fələk səni.

چو هستی به پند من آموزگاربدین روز ننشاندت روزگار

Bəhməndən mən igid deyiləm daha,Bir aman vermədi ona əjdaha.

نه من به ز بهمن شدم که‌اژدهابه‌خاریدن سر نکردش رها

Ya da igidəmmi İsfəndiyardan?Dünya zərbəsindən qurtarmadı can.

نه ز اسفندیار آن جهانگیر گردکه از چشم‌زخم جهان جان نبرد

Nəslimə əzəldən ölümdür qismət,Öldürən bu əmrə verir şəhadət.

چو در نسل ما کشتن آمد نخستکشنده نسب کرد بر ما درست

Olsun yeni taxtın qoy səninçin xoş,Mənimsə balıncım qalacaqdır boş.

تو سرسبز بادی به شاهنشهیکه من کردم از سبزه بالین تهی

Mənimçin ağlamaq lazım gəlirkən,Sorursan qəlbimin istəyini sən.

چو درخواستی که‌آرزو‌ی تو چیستبه وقتی که بر من بباید گریست

Könlümdə sevimli üç istəyim var:Üçü də şahanə bəxtinə yarar:

سه چیز آرزو دارم اندر نهانبر‌آید به اقبال شاه جهان

Birinci, günahsız ölümə görəRəftar etməlisən ədalət üzrə.

یکی آنکه بر کشتن بی‌گناهتو باشی درین داوری دادخواه

İkinci, sən Kəyan taxtını alsanOna heç bir zaman yetirmə ziyan.

دویم آنکه بر تاج و تخت کیانچو حاکم تو باشی نیاری زیان

Bu kinin toxmunu İranda əkmə,Kəyanın nəslinə xatimə çəkmə!

دل خود بپردازی از تخم کیننپردازی از تخمه ما زمین

Üçüncü, toxunma hərəmxanəmə,Saxla hörmətini, təhqir eyləmə!

سوم آنکه بر زیردستان منحرم نشکنی در شبستان من

Rövşənək qızımdır, olduqca göyçək,Əlimdə bəslənmiş bu gözəl mələk.

همان روشنک را که دخت منستبدان نازکی دست پخت منست

Öz süfrə yoldaşın etməklə ucalt,Süfrəyə incilər verir şən həyat,

به هم‌خوابی خود کنی سربلندکه خوان گردد از نازکان ارجمند

Könlünü çevirmə Rövşənəyimdən,Təbii, işıqla Günəş olur şən”.

دل روشن از روشنک برمتابکه با روشنی به بود آفتاب

İskəndər söz verdi, Dara qaş çatdı,Söz verən qalxarkən söyləyən yatdı.

سکندر پذیرفت ازو هرچه گفتپذیرنده برخاست‌، گوینده خفت

Gecənin gözünə qaranlıq axdı,Bağdadı Kaxsız və Kərxsiz buraxdı.

کبودی و کوژی درآمد به چرخکه بغداد را کرد بی کاخ و کرخ

Kəyanın ağacı düşdü meyvədən,Oldu İsfəndiyar zirehi kəfən.

درخت کیان را فرو ریخت بارکفن دوخت بر درع اسفندیار

Dünyadan al Günəş qanad çəkincəYaqut içdi, şəvə daldı sevincə.

چو مهر از جهان مهربانی بریدشبَه ماند و یاقوت شد ناپدید

Böyük Dara üçün böyük İskəndərAğladı axşamdan sabaha qədər.

سکندر بدان شاه فرخ نژادشبانگاه بگریست تا بامداد

Özünə ağlardı görürkən onu,Bilirdi belə bir ölümdür sonu.

درو دید و بر خویشتن نوحه کردکه او را همان زهر بایست خورد

Əbləh atlı səhər gəlib üfüqdən,Axuru çəməndə yerləşdirirkən,

چو روز آخور صبح ابلق سوارطویله برون زد بر این مرغزار

İskəndər əmr etdi: Daranı artıq,Daxmaya qoymaqçın olsun hazırlıq!

سکندر بفرمود کارند سازبرندش به جای نخستینه باز

Günbədi daş qala, taxtı qızıldan,Qayrıldı ona bir müəyyən məkan.

ز مهد زر و گنبد سنگ بستمهیاش کردند جای نشست

Türbəsi bitincə bitdi hər zəhmət,Dara zəhmətindən oldular rahət.

چو خلوتگه‌ش آنچنان ساختندازو زحمت خویش پرداختند

Bədən qəfəsində nə qədər can var,Elə bir igidə hörmət var, şan var,

تنومند را قدر چندان بودکه در خانه کالبد جان بود

Bədəndən çıxınca dəyərli cövhər,Ona öz qadını arxa çevirər.

چو بیرون رود جوهر جان ز تنگریزی ز هم‌خوابه خویشتن

Qorxunc bir küləkdən sönərsə çıraq,Nə fərqi, köşk olsun yeri, ya torpaq.

چراغی که بادی درو دردمیچه بر طاق ایوان چه زیر زمی

Göydə ol, yerdə ol, fərqi yox bunun,Torpaqsan, yenə də torpaqdır sonun.

اگر بر سپهری وگر بر مغاکچو خاکی شوی عاقبت باز خاک

Şor sudan torpağa düşərsə balıq,Ölüncə qarınca yemidir artıq.

بسا ماهیا کو شود خورد مورچو در خاک شور افتد از آب شور

Dünya keçidinin qaydası budur,Gəldinsə dayanma, köçmək doğrudur.

چنین است رسم این گذرگاه راکه دارد به آمد شد این راه را

Birini ucaldar, atar ortaya,Birinə “məclisdən qalx” deyər dünya,

یکی را درآرد به هنگامه تیزیکی را ز هنگامه گوید که خیز

Göy günbəz altında gəl qurma büsat,Kəhrəba qələdə yaramaz nişat!

مکن زیر این لاجوردی بساطبدین قلعهٔ کهربا‌گون نشاط

Üzünü kəhrəba kimi saraldar,Əlbəsən lacivərd bir rəngə çalar.

که رویت کند کهربا‌وار زردکبودت کند جامه چون لاجورد

Aslanlar şəhrinə düşən bir ceyranQorxunc bir ölümü gözlər hər zaman.

گوزنی که در شهر شیران بودبه مرگ خودش خانه‌ویران بود

Köçməyə quş kimi qanad aç göyə,Şərabla məst olma “şən yerdir” deyə.

چو مرغ از پی کوچ برکش جناحمشو مست راح اندرین مستراح

İldırımtək şığı, bu dünyanı yax,Ancaq bu dünyada durma, ol uzaq!

بزن برق‌وار آتشی در جهانجهان را ز خود وارَه و وارهان

Pərvanə, səməndər “od” deyə gedər,Birisi yorğalar, biri iməklər.

سمندر چو پروانه آتش‌ رُوْ استولیک این کهن‌لنگ و آن خوش‌رُوْ است

Arpanın yerinə çöp yedi eşşək,Öldü sahibi də eşşək öləntək.

اگر شاه ملکست و گر ملک شاههمه راه رنج است و با رنج راه

Bir dövlət şahıdır, ya şah dövləti,Bir zəhmət yoludur və yol zəhməti.

که داند که این خاک دیرینه‌ دوربه‌هر غاری اندر چه دارد ز غور

Kim bilir bu köhnə, bu qoca dünyaNələr gizlətmişdir mağarasında.

کهن کیسه شد خاک پنهان شکنجکه هرگز برون نارد آواز گنج

Köhnə bir çuvaldır bu qat-qat torpaq,Xəzinə sevməyir səs-küy qoparmaq.

زر از کیسهٔ نو برآرد خروشسبوی نو از تری آید به جوش

Hər yeni kisədə qızıl səs verər,Yeni küp dolduqca xoş nəfəs verər.

که داند که این زخمهٔ دام و ددچه تاریخ‌ها دارد از نیک و بد

Kim bilir bu divlər yurduna dövranNə tarix yazmışdır yaxşı-yamandan?

چه نیرنگ با بخردان ساخته‌ستچه گردنکشان را سر انداخته‌ست

Nə aqil kəslərlə oynamış oyun?Nə dikbaş kəslərdən qoparmış boyun?

فلک نیست یکسان هم آغوش توطراز‌ش دو رنگ‌ست بر دوش تو

Bu fələk səninlə deyildir canbir,Tikdiyi libaslar iki rənglidir.

گهت چون فرشته بلندی دهدگهت با ددان دستبندی دهد

Gah səni fıriştə kimi yüksəldir,Gah bağlar qolunu divlərlə əlbir.

شبانگه به نانیت نارد به یادکلیچه به گردون دهد بامداد

Səni bir çörəklə anmaz gecələr,Bir qoğal bağışlar göyə hər səhər.

چه باید درین هفت چشمه خراسز بهر جوی چند بردن سپاس

Bu yeddi dəyirman başında neçin,Boynunu bükürsən bir arpa üçün?

چو خضر از چنین روزی‌یی روزه گیرچو هست آب حیوان نه خرما نه شیر

Xızrtək belə bir ruzini gəl at,Süd, xurma nə gərək, var abü həyat!

ازین دیو مردم که دام و دد‌ندنهان شو که هم‌صحبتان بدند

Bu vəhşi, yırtıcı, divxislət insanSəmimi dost deyil, uzaq ol ondan!

پی گور کز دشتبانان گم استز نامردمی‌های این مردم است

Hər maral ovçunun zülmündən qaçar,Yırtıcı vəhşidir hələ insanlar.

گوزن گرازنده در مرغزارز مردم گریزد سوی کوه و غار

Çöldə şux bir ceyran düşməyir ələ,İnsandan sığınır dağa, köhülə.

همان شیر کاو جای در بیشه کردز بد‌عهد‌ی مردم اندیشه کرد

Aslan ki ormanda etmişdir məskən,Qorxaraq gizlənmiş insan şərindən.

مگر گوهر مردمی گشت خردکه در مردمان مردمی‌ها بمرد

İnsanda insanlıq öləndən bəriİtmiş insanlığın parlaq gövhəri.

اگر نقش مردن بخوانی شگرفبگوید که مردم چنین است حرف

İnsanlıq nəqşini oxusan bir-bir,Bilərsən bugünkü insanlıq nədir.

به چشم اندرون مردمک را کلاههم از مردم مردمی شد سیاه

Bəbəyin qapağı neçin qaradır?İnsanlıq ölmüşdür, matəm saxlayır.

نظامی به خاموشکاری بسیچبه گفتار ناگفتنی درمپیچ

Nizami, susmağa adət et, ancaq,Deyilməz sözləri danışma, burax!

چو هم رستهٔ خفتگانی خموشفرو خسب یا پنبه درنه به گوش

Sən də kəs səsini, danışma daha,Yat, ya da pambıqla qulağın tıxa!

بیاموز ازین مهره لاجوردکه با سرخ سرخست و با زرد زرد

Lacivərd fələkdən ibrət al barı,Al ilə aldır bu, sarıyla sarı.

شبانگه که صد رنگ بیند به کاربر‌آید به صد دست چون نوبهار

Yüz rəngə boyanar gecələr baxsan,Bahartək gündüzə qurar gülüstan.

سحرگه که یک چشمه یابد کلیدبه آیین یک چشمه آید پدید

Günəşdən bir çeşmə doğunca səhər,O da bir çeşmənin rənginə girər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets