Sharafnama, chapter 45
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بیا ساقی آزاد کن گردنمسرشک قدح ریز در دامنم
Gəl məni azad et, saqi, “yox” demə!Qədəhdən göz yaşı tök ətəyimə.
سرشگی که از صرف پالودگیفرو شوید از دامن آلودگی
Bir mey ver ki, olsun saf şirə kimi,Yusun hər çirkabdan əf-ətəyimi.
مکن ترکی ای ترک چینینگاربیا ساعتی چین در ابرو میار
Çapqınlıq etmə, ey Çin üzlü gözəl,Bir saat qaşına çin gətirmə, gəl!
دلم را به دلدارییی شاد کنز بند غم امروزم آزاد کن
Qeydimə qal mənim, qəlbimi şad et,Qüssədən bir günlük məni azad et!
اگر دخل خاقان چین آن توستمکن خرج را رود، باران توست
Xaqanın gəliri keçsə də ələ,Sel kimi axıtma, yağıştək xərclə.
بخور چیزی از مال و چیزی بدهز بهر کسان نیز چیزی بنه
Malından bir az ye, bir az ver, ancaqBaşqalar üçün də azacıq burax.
مخور جمله، ترسم که دیر ایستیبه پیرانهسر بَد بوَد نیستی
Yemə var-yoxunu, çox yaşayarsan,Yoxsulluq yamandır qocalan zaman.
درِ خرج بر خود چنان در مبندکه گردی ز ناخوردگی دردمند
Xərclə, ye, bərk tutma köhnə dünyanı,Xəsislik, ac qalmaq məhv edər canı.
چنان نیز یکسر مپرداز گنجکه آیی ز بیهودهخواری به رنج
Dağıtma əlində var isə sərvət,Bihudə yeməkdən çəkərsən zəhmət.
به اندازهای کن بر انداز خویشکه باشد میانه، نه اندک نه بیش
Xərclərkən ölçüdən gəl götürmə əl,Nə artıq, nə əskik - ortadır gözəl.
چو رشته ز سوزن قویتر کنیبسا چشم سوزن که در سر کنی
Sapın yoğun olsa incə iynədən,Çox iynə gözünü kor edəcəksən.
سخن را گزارشگر نقشبندچنین نقش بر زد به چینی پرند
Yazdığım tarixin nəqqaşı yenəBu naxşı vurmuşdur Çin ipəyinə:
کز آوازهٔ شه جهان گشت پرکه چین را در آمود دامن به دُر
Hər yerdə səs çıxdı: böyük İskəndər,Çin ətəklərinə səpdi dürr, gövhər.
شب و روز خاقان در آن کرد صرفکه شه را دهد پایمردی شگرف
Bu idi xaqanın fikri, həvəsi,Versin İskəndərə ayaq kirəsi.
ملوکانه مهمانییی سازدشجهان در سُمّ مَرکب اندازدش
Açsın bir şahanə ziyafət ona,Zər töksün atının ayaqlarına.
کشد پیشکشهای شاهانه پیشبه اندازهٔ پایهٔ کار خویش
Özünün adına, sanına görə,Şahanə hədiyyə çəksin hüzurə.
یکی روز کرد از جهان اختیارفروزنده چون طالع شهریار
Şahın bəxti kimi olduqca parlaq,Bir gözəl gün seçdi, qurdu təmtəraq.
برآراست بزمی چو روشن بهشتکه دندان شیران بر آن شیره هشت
Bir məclis bəzədi cənnətdən də şən,Şirəni axıtdı aslan dişindən.
چنان از می و میوهٔ خوشگواربرآراست مهمانیی شاهوار
Meyvədan, meydən, həm balıqdan, quşdan,Elə bir qonaqlıq düzəltdi xaqan,
که هیچ آرزویی به عالم نبودکه یک یک بران خوان فراهم نبود
Dünyada nə qədər gözəl nemət var,Basmışdı bağrına qızıl xonçalar.
گذشت از خورشهای چینی سرشتکه رضوان ندید آنچنان در بهشت
Çin xuruşlarından başqa, al-əlvan,Mislini cənnətdə görməmiş bağban.
ز شکر بسی پخته حلوای نغزبه بادام شیرینش آکنده مغز
Ləzzətli halvalar hazır olmuşdu,İçi qənd, badamla doldurulmuşdu.
طرائف نه زانسان که دنیاپرستیکی آورَد زان به عمری بهدست
Elə qablar vardı, gəzib arayanDünyada birini tapmazdı ondan.
جواهر نه چندان که جوهرشناسکند نیم آن را به سالی قیاس
O qədər cavahir gəlmiş ortayaKi, sərraf bir ilə almazdı saya.
چو شد خانهٔ گنج پرداختهبدانگونه مهمانیی ساخته
Həşəmətli şahın ziyafətinə,Sərf oldu böyük bir dolu xəzinə.
شه ترک با شهرگان دیاربه خواهشگری شد بر شهریار
Türk şahı xaslarla yola çıxaraq,Getdi İskəndəri çağırsın qonaq,
زمین داد بوسه به آیین پیشفزود از زمینبوسِ او قدر خویش
Torpağı öpdülər ayinə görə,Dəydi yer öpməkdən başı göylərə.
نیایشکنان گفت اگر بخت شاهکند بر سر تخت این بنده راه
Söylədi: “Bu uca bəxtin, ey sərvər!Taxtımın başına yol tapsa əgər,
سرش را به افسر گرامی کندبدین سر بزرگیش نامی کند
Tacıyla taxtını əziz edərdi,Məni bu şərəflə çox böyüdərdi”.
پذیرفت شه خواهش گرم اوبه رفتن نگه داشت آزرم او
Səmimi dəvəti şah qəbul etdi,Xaqana şərəflə hörmətçün getdi.
شه و لشگر شه به یکبارگیبران خوان شدند از سر بارگی
Ordu, şah birlikdə haman dəvətəBaş əyib atlandı o ziyafətə.
زمین از سر گنج بگشاد بندروا رو برآمد به چرخ بلند
Xəzinə ağzından açıldı yerlər,“Yol açın!” səsindən titrədi göylər.
سکندر چو بر خوان خاقان رسیدپی خضر بر آب حیوان رسید
İskəndər çatınca süfrə boyuna,Elə bil çatdı Xızr həyat suyuna.
یکی تخت زر دید چون آفتابدرو چشمهٔ در چو دریای آب
Qızıl bir taxt gördü, günəşdi, gerçək,Onda dürr çeşməsi dəniz suyutək.
به شادی بران تخت زرین نشستز کافور و عنبر ترنجی بهدست
Qızıl taxt üstündə oturdu şən-şən,Əlində bir turunc - kafur, ənbərdən.
جهانجوی فغفور بر دست راستبه خدمت کمر بست و بر پای خاست
Sağ əldə dünyanı yoxlayan fəğfur,Xidmətə baş əymiş, hüzurda durur.
نوازشکنانش مَلِک پیش خواندملکوار بر کرسی زر نشاند
Şah onu çağırdı, hörmətdir deyə,Oturtdu şah kimi qızıl kürsüyə,
دگر تاجداران به فرمان شاهبه زانو نشستند در پیشگاه
Başqa tacidarlar hörmətə görə,İskəndər yanında diz çökdü yerə.
بفرمود خاقان که آرند خوردز خوانهای زرین شود خاک زرد
Xaqan əmr eylədi: “Yeməklər gəlsin,Qızıl xonçalarda xörəklər gəlsin!”
فرو ریخت شاهانه برگی فراخچو برگ رز از برگریزان شاخ
Hər yandan töküldü şahanə yarpaq,Meynə yarpağıtək tökdü hər budaq.
دران آرزوگاه فرخار دیسنکرد آرزو با معامل مکیس
Fərxarə bənzəyən istək evindənTez hazır olurdu hər istənilən.
بهشتیصفت هرچه درخواستندبران مائده خوان برآراستند
Elə bil cənnətdir, arayan kimsəXonçada tapırdı hər nə istəsə.
چو خوردند هرگونهای خوردهانمودند بر باده ناوردها
İştahla yedilər o xuruşlardan,Hücumla şəraba açdılar meydan,
نشاط میقرمزی ساختندبساطی هم از قرمز انداختند
Qırmızı şərablar verdi qol-qanad,Qırmızı rənglərdən qurdular büsat.
نشسته به رامش ز هر کشوریغریب اوستادی و رامشگری
Çalmağa oturdu, bütün dünyadanSeçilmiş ən məşhur oxuyan, çalan.
نوا ساز خنیاگران شگرفبه قانون او زان برآورده حرف
Ən incə oxucu səslər ucalır,Ozanlar rəsmiylə oxuyur, çalır.
بریشم نوازان سغدی سرودبه گردون برآورده آواز رود
Çalanlar başladı süğdi nəğməsi,Göylərə ucaldı sazların səsi.
سرایندگان ره پهلویز بس نغمه داده نوا را نوی
Vardı pəhləvicə o qədər çalanNəğməyə yenilik verirdi hər an.
همان پایکوبانِ کشمیرزادمعلقزن از رقص چون دیوباد
Rəqs edən kəşmirli gözəllər durur,Oynarkən yel kimi mayallaq vurur.
ز یونانیان ارغنونزن بسیکه بردند هوش از دل هر کسی
Elə çalğıçılar gəlmiş Yunandan,Ağlını itirir eşidən insan.
کمر بسته رومی و چینی به همبرآورده از روم و از چین علم
Rum və Çin xidmətə bel bağlayaraq,Bəzədi Rumdan və Çindən bir bayraq.
در گنج بگشاد چیپال چینبپرداخت از گنج قارون زمین
Xəzinə ağzını açınca xaqan,Qarun xəznəsində yer oldu pünhan.
نخست از جواهر درآمد به کارز دراعه و درع گوهر نگار
Əvvəlcə saçdı çox cavahir, gövhər,Daş-qaşa tutulmuş gözəl geyimlər.
ز بلور تابنده چون آفتابیکی دست مجلس بهتری چو آب
Büllurdan büsatı Günəşdən parlaq,İncəlikdə sudan təmiz və yumşaq
ز دیبای چینی به خروارهاهم از مشک چین با وی انبارها
Çin ipəklərindən bir neçə xalvar,Müşk ilə, ənbərlə dolu bir anbar.
طبقهای کافور با بوی مشکز کافورِ تَر بیشتر عود خشک
Kafurlu təbəqdən ətr almış hər yan,Quru ud artıqdı təzə kafurdan,
کمانهای چاچی و چینی پرندگرانمایه شمشیرها نیز چند
Çaçi kamanlarla çini ipəklər,Bir neçə qılınc da ona bərabər.
تکاور سمندان ختلی خرامهمه تازهپیکر، همه تیزگام
Bir ilxı yorğa at, görkəmli, oynaq,Yel kimi yeriyən, gövdəsi parlaq,
یکی کاروان جمله شاهین و بازبه چرز و کلنگ افگنی تیزتاز
Göylərdə durnanı, sarı ovlayanLaçınla qızılquş, böyük bir karvan.
چهل پیل با تخت و برگستوانبلند و قویمغز و سخت استخوان
Qırx fil öz taxtıyla uca, qüvvətli,Sümükləri möhkəm, vücudu ətli.
غلامان لشگر شکن خیل خیلکنیزان که در مرده آرند میل
Bir dəstə qara qul - cəbhələr yenən,Ayüzlü kənizlər - ölü dirildən.
چو نزلی چنین پیش مهمان کشیدجز این پیشکشها فراوان کشید
Çəkdi bu şeyləri şah hüzurinə,Bunlardan başqa çox şey verdi yenə.
پس از ساعتی گنج نو باز کرداز آن خوبتر تحفهای ساز کرد
Yenidən başqa bir xəzinə açdı,Ondan da dəyərli bəxşişlər saçdı.
خرامنده ختلی کش و دم سیاهتکاورتر از باد در صبحگاه
Verdi o, quyruğu qara bir köhlən,Səhər küləyindən iti yeriyən.
رونده یکی تخت شاهنشهینشینندش از پویه بیآگهی
Yürüyən, şahanə bir təxti-rəvan,Üstündə tərpənməz əsla oturan,
سبق برده از آهوان در شتاببه گرمی چو آتش به نرمی چو آب
Qaçmaqda ceyrandan iti, həm oynaq,Atəşdən qızğındı, sudan da yumşaq.
به صحرا ز مرغان سبک خیز تربه دریا در از ماهیان تیزتر
Çölün quşlarından çox yüngül uçan,Dənizdə balıqdan iti oynayan,
به چابک روی پیکرش دیوزادبه گردندگی کُنیَتش دیوباد
Qaçarkən qorxunc div sanırdı görən,Elə bil doğulmuş divlər nəslindən,
به انگیزش از آسمان کم نبودصبا مرد میدان او هم نبود
Qalmaz tərpənişdə göylərdən geri,Olmaz dan yeri də bu meydan əri.
چنان رفت و آمد به آوردگاهکه واماند ازو وهم در نیمراه
Meydanda elə bir cövlanı vardı,Xəyalı o, yarı yolda qoyardı.
فرس را رخ افکنده در وقت شورفکنده فرس پیل را وقت زور
“Fərəsi” “rüx” ilə ayaqdan salır,“Fərəs”lə “Fil”i də cəbhədən alır.
چو وهم از همه سوی مطلق خرامچو اندیشه در تیز رفتن تمام
Bir qorxu saçardı onun surəti,Yerişi ən incə xəyaldan iti.
سمندی نگویم سمندر فشیسمندر فشی نه سکندر کشی
Qorxmazdı səməndər kimi atəşdən,Səməndər demirəm, İskəndər çəkən.
شکاری یکی مرغ، شوریده سرز خواب شب فتنه شوریدهتر
Bir ovçu quş verdi fitnəylə dolu,Röyalı gecədən daha qorxulu.
چو دوران درآمد شدن تیز بالشدن چون جنوب آمدن چون شمال
Çərx kimi dolanır açarkən şəhbal,Gəzişi cənubdu, çıxışı şimal.
عقابینِ پولاد در چنگ اوعقابان سیهجامه ز آهنگ او
Polad yay keçirmiş tunc dırnaqlara,Əzmindən qartallar geyinmiş qara.
بسی خون گرو کرده در گردنشعقابین چنگ عقاب افکنش
Boynunda çox qan var, hər quşa yağı,O qartal ovlayan yaylı caynağı.
جگر سای سیمرغ در تاختنشکارش همه کرگدن ساختن
Görüncə simürğün bağrı sızıldar,Çöllərdə kərgədan edərdi şikar,
غضنباک و خونریز و گستاخ چشمخدای آفریدش ز بیداد و خشم
Acıqlı, qaniçən, qorxu bilməyən,Haqq onu yaratmış zülümdən, kindən.
طغان شاه مرغان و طغرل به نامبه سلطانی اندر چو طغرل تمام
Toğruldur quşların şahı bu Toğan,O da Toğrul kimi ölkəyə sultan.
کنیزی سیه چشم و پاکیزه رویگل اندام و شکر لب و مشگبوی
Qaragöz bir kəniz - ənbər qoxulu,Gülüzlü, dodağı şəkərlə dolu.
بتی چون بهشتی برآراستهفریبی به صد آرزو خواسته
Cənnətdə bəzənmiş bir sənəmdir bu,Edər o fitnəni könül arizu.
خرامنده ماهی چو سرو بلندمسلسل دو گیسو چو مشکین کمند
Yürüyən bir aydır o sərv ağacı,Müşkün bir kəmənddir cüt qara saçı.
بر و غبغبی کاب ازو میچکیدبر آتش بر آب معلق که دید؟
Su kimi lətifdir o çənə, buxaq,Atəşdə suyu kim görmüş baş-ayaq?
رخش بر بنفشه گل انداختهبنفشه نگهبان گل ساخته
Üzü bənövşəyə qızıl ül atır,Gül üzdə bənövşə keşikçi yatır.
سهی سرو محتاج بالای اوشکر بنده و شهد مولای او
Uca sərv möhtacdır onun boyuna,Şəkər bir bəndədir, bal dostdur ona.
کمر بستهٔ زلف او مشک نابکه زلفش کمر بست بر آفتاب
Müşk onun zülfünə bağlamış kəmər,Zülfü də Günəşə köləlik edər.
سخنگوی شهدی شکر پارهایبه شهد و شکر بر ستمگارهای
Bir şəkərparədir, şirin söhbətdir,Dodağı şəkərçün bir fəlakətdir.
بلورین تن و قاقمی پشت اوبه شکل دُمِ قاقم انگشت او
Arxası sincabdır, bədəni büllur,İncə barmaqları xəz quyruğudur.
ز سیمین زنخ گویی انگیختهبر او طوقی از غبغب آویخته
Ağ, lətif çənəsi gümüşdən nişan,Ona bir tuğ asmış gül buxağından.
بدان طوق و گوی آن مه مهرجویز مه طوق برده ز خورشید گوی
Çənəyə, buxağa vermiş yaraşıq,Günəşdən top qapmış, Aydansa işıq.
ز ابرو کمان کرده و ز غمزه تیربه تیر و کمان کرده صد دل اسیر
Qəmzədan ox çəkmiş, qaşından kaman,Bu ox, bu kamanla ovlamış yüz can.
چو می خوردی از لطف اندام ویز حلقش پدید آمدی رنگ می
Boğazı o qədər ağ, lətifdir ki,İçərkən görünür şərabın rəngi.
هزار آفرین بر چنان دایهایکه پرورد از انسان گرانمایهای
Dünyada sağ olsun elə bir dayə,Bir gözəl bəsləmiş - tən edir Aya.
نزد بر کس از تنگ چشمی نظرز چشمش دهانش بسی تنگ تر
Dar gözü kimsəyə salmaz bir nəzər,Ağzı dar gözündən daha dar dilbər.
تو گفتی که خود نیست او را دهانهماننام او نیست اندر جهان
Elə bil ağız yox, yaranmış yoxdan,Ona “taysız gözəl” demiş ad qoyan.
رسانندهٔ تحفهٔ ارجمندبه تعریف آن تحفه شد سربلند
Dəyərli töhfələr təqdim eyləyənFəxr ilə öyməyə başladı şən-şən:
که این مرغ و این بارگی وین کنیزعزیزند و بر شاه بادا عزیز
“Budur at, ovçu quş və gözəl kəniz,Əzizdir, bunları sən də tut əziz.
نه کس بر چنین خنگ ختلی نشستنه مرغی چنین آید آسان به دست
Nə kimsə belə at minmişdir hələ,Nə belə bir quşu keçirmiş ələ.
به گفتن چه حاجت که هنگام کارهنرهای خود را کنند آشکار
Deməyə nə hacət, bir zaman gələr,Hər biri göstərər böyük bir hünər.
کنیزی بدین چهره هم خوار نیستکه در خوبرویی کسش یار نیست
Gülüzlü kənizdir belə bir gözəl,Gözəllikdə yoxdur özünə bədəl.
سه خصلت در او مادر آورد هستکه آنرا چهارم نیاید به دست
Anadangəlmədir onda üç xislət,Onun dördüncüsü tapılmaz, əlbət:
یکی خوبرویی و زیبندگیکه هست آیتی در فریبندگی
Birinci, gözəldir, bərabəri yox,Can alır, cənnətdə belə pəri yox.
دویم زورمندی که وقت نبردنپیچد عنان را ز مردان مرد
İkinci, güclüdür, həm də döyüşkən!Qaçmaz döyüş günü mərd kişilərdən.
سه دیگر خوش آوازی و بانگ رودکه از زهره خوشتر سراید سرود
Üçüncü, yox səsdə ona bir bədəl,Şən, şaqraq nəğməsi Zöhrədən gözəl.
چو آواز خود بر کشد زیر و زاربخسبد بر آواز او مرغ و مار
Gözəl səs dalınca pəstdən, ucadan,Nəğməsindən yatar həm quş, həm ilan”.
جهانجوی را زان دل آرام چستخوش آوازی و خوبی آمد درست
İskəndər bəyəndi, haqq verdi ona,Xoş səsi, gül üzü gəldi xoşuna.
حدیث دلیری و مردانگینپذیرفت و بود آن ز فرزانگی
Qadında mərdliyə vermədi qiymət,Bu işdə azacıq düşündü, əlbət.
سمن نازک و خار محکم بودکه مردانگی در زنان کم بود
Tikanlar bərk olur, çiçəklər incə,Qadında igidlik az olur məncə.
زن ار سیمتن نی که رویین تنستز مردی چه لافد که زن هم زنست
Vücudu geyinsə kəskin poladı,Mərdlikdə payı yox, qadındır adı.
اگر ماهی از سنگ خارا بودشکار نهنگان دریا بود
Çaxmaq daşı olsa suda balıqlar,Dənizdə nəhəngə olacaq şikar.
ز کاغذ نشاید سپر ساختنپس آنکه به آب اندر انداختن
Yararmı kağızdan qayrılsın qalxan,Atılsın dənizə, suya sonradan.
گران داشت آن نکته را شهریارزنان را به مردی ندید استوار
Padşahı bu fikir etmədi təmin,Qadını mərdlikdə görmədi mətin.
بپذرفتنش حلقه در گوش کردچو پذرفت نامش فراموش کرد
Özünə qul etdi qəbul etməklə,Sonradan adını unutdu belə.
چو آن پیشکشها پذیرفت شاهشد از خوان خاقان سوی خوابگاه
Gözəl bəxşişləri alaraq ondanYatağa çəkildi İskəndər xaqan.
سحرگه که طاوس مشرق خرامبرون زد سر از طاق فیروزه فام
Məşriqin tovuzu o səhər erkən,Başını ucaltdı firuzə göydən,
دگر باره شه باده بر کف نهادبرامش در بارگه برگشاد
Yenidən qədəhi padişah aldı,Yenidən dərgaha çalğı səs saldı.
بسر برد روزی دو در رود و میدگر باره شد مرکبش تیز پی
İki gün işrətlə baxdı keyfinə,Yerişə başladı, yel atı yenə.
سوی بازگشتن بسی چید کاربه گردندگی گشت چون روزگار
Qayıtmaq üçün şah verincə qərar,Dolanışı kəskin, iti ruzigar,
پریچهره ترکی که خاقان چینبه شه داد تا داردش نازنین
Xaqanın verdiyi türküzlü kənizPadşahın yanında olmadı əziz.
از آنجا که شه را نیامد پسندچو سایه پس پرده شد شهربند
Nədənsə xoşuna gəlmədi bu qız,Kölgətək pərdədə buraxdı yalqız.
برافروخت آن ماه چون آفتابفرو ریخت بر گل ز نرگس گلاب
Parladı Günəştək o toxtamış Ay,Gözündən gül üzə axıtdı bir çay.
به زندان سرای کنیزان شاههمیبود چون سایه در زیر چاه
Kənizlər evində şam kimi söndü,Bir quyu içində kölgəyə döndü.
یکی روز کاین چرخ چوگانپرستز شببازی آورد گویی به دست
Çövkana pərəstiş edən bu dövranƏlə top keçirdi gecə oynundan.
سکندر که از خسروان گوی بردعنان را به چوگانی خود سپرد
Şahlardan top qapan böyük hökmüranCilovu çövkana buraxdı bir an.
در آمد به طیارهٔ کوهکنفَرَس پیلبالا و شه پیلتن
Qalxdı dağlar yaran gəmiyə birdən,Fil atın üstünə mindi filbədən.
علم بر کشیدند گردنکشانپدید آمد از روز محشر نشان
Ucaltdı bayrağı boyun çəkənlər,Qiyamət başladı, göründü məhşər.
ز لشگر که عرضش به فرسنگ بودبیابان به نخجیر بر تنگ بود
Ordunun olurdu eni bir ağac,Ceyranla dolmuşdu bütün çöl, yamac.
ز صحرای چین تا به دریای چندزمین در زمین بود زیر پرند
Çindən Cəndə qədər hey başdan-başa,Yer-göy bürünmüşdü ipək qumaşa.
سپه چون در آمد به عرض شمارگزیده در او بود پانصد هزار
Ordunun sayına çatdı hökmüran,Var idi beş yüz min adlı pəhləvan.
پس و پیش ترکان طاووسرنگچپ و راست شیران پولاد چنگ
Qabaqda, arxada tovuzrəng türklər,Sağ, solda poladqol aslanlar gedər.
به قلب اندرون شاه دریا شکوهسپه، گرد بر گرد دریا چو کوه
Ordunun qəlbində durmuş hökmüdar,Sahildə dağ kimi dəmir külahlar.
بجز پیلزوران آهنکلاهچهل پیل جنگی پس و پشت شاه
O dəmir külahlı ərlərdən başqa,Qırx filə söykənmiş həm ön, həm arxa.
هزار و چهل سنجق پهلویروان در پی رایت خسروی
Qarşıda ucalmış şahın sancağı,Min igid əlində tutmuş bayrağı.
کمرهای زرین غلامان خاصچو بر شوشهٔ نقره، زرِ خلاص
Xas qullar belində qızıldan kəmər,Ərinmiş saf qızıl çubuğa bənzər.
وشاقان جوشنده چون آب سیلز هر سو جنیبتکشان خیل خیل
Gözəl, gənc igidlər coşurdu seltək,Hər yandan çəkirdi minlərcə yedək.
ندیمان شایسته بر گرد شاهکه آسان از ایشان شود رنج راه
Yolun zəhmətini qat-qat azaldanNədimlər bürümüş onu hər yandan.
خرامان شده خسرو خسروانطرفدار چین در رکابش روان
Şövkətlə tərpəndi Rum şəhriyarı,Yanınca gedirdi Çin hökmüdarı.
شهنشه چو بنوشت لختی زمیناشارت چنین شد به خاقان چین
Elə ki, yolları ölçdü bir qədər,Xaqana işarə etdi İskəndər:
که گردد سوی خانهٔ خویش بازبه اقلیم ترکان کند ترکتاز
Durmayıb mülkünə qayıtsın yenə,Cilovu çevirsin türk ölkəsinə.
جهانجوی را ترک بدرود کردبه آب مژه روی را رود کرد
Şah ilə görüşdü, ayrıldı xaqan,Üzünü islatdı kirpik suyundan.
عنان تافته شاه گیتینوردز صحرا به جیحون رسانید گرد
O dünya dolaşan atını sürdü.Qoşunla Ceyhuna doğru yürüdü.
چو آمد به نزدیک آن ژرفرودبفرمود تا لشگر آید فرود
Elə ki, yetişdi o dərin çaya,Dincəlmək əmrini verdi orduya.
بر آن فرضه جایی دلافروز دیدنشستن بر آنجای فیروز دید
O yerdə sevimli bir çəmən gördü,Enməkçün münasib bir məskən gördü.
طناب سراپردهٔ خسرویکشیدند و شد میخ مرکز قوی
Kəndirlər çəkildi, çadır quruldu,Mərkəzin sütunu qüvvətə doldu.
ز بس نوبتیهای گوهرنگارچو باغ ارم گشت جیحون کنار
Gövhərlə işlənmiş o çadırlardanCeyhunun sahili oldu gülüstan.
چو شه کشور ماورالنهر دیدجهانی نگویم که یک شهر دید
Mavəraünnəhri görüncə guya,Bir şəhər demirəm, gördü bir dünya.
از آن مال کز چین به چنگ آمدشبسی داد کانجا درنگ آمدش
Nə qədər var-dövlət almışdı ÇindənQaldığı yerlərdə dağıtdı şən-şən.
بناهای ویرانه آباد کردبسی شهر نو نیز بنیاد کرد
Şənləndi o yerdə viranə yerlər,Yenidən saldırdı bir neçə şəhər.
سمرقند را کادمی شاد ازوستشنیده چنین شد که بنیاد ازوست
Səmərqənd ki, dünya sevinir ona,Deyirlər, İskəndər etmişdir bina.
خبر گرم شد در خراسان و رومکه شاهنشه آمد ز بیگانه بوم
Rumda, Xorasanda yayıldı xəbər:Getdiyi yerlərdən döndü İskəndər.
به هر شهری از شادی فتح شاهبشارتزنان بر گرفتند راه
Padişah zəfərlə gəlmişdir deyə,Xalq çıxdı yollarda şənlik etməyə.
به شکرانه رایت برافراختندبه هر خانهای خرمی ساختند
Toy-bayram başlandı, ucaldı bayraq,Hər yerdə, hər evdə şənlik quraraq.
فرستاد هر کس بسی مال و گنجبه درگاه شاه از پی پایرنج
Varlılar səpdilər varı, dövləti,Göndərdi padşaha ayaq zəhməti.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-45
Use ← → keys to move, R for a random poem
More by this author
A just ruler saw a tyrant in a dream.He said to him: “How did God treat thee, the tyrant, on the night of thy death on account of thy tyranny?”
The Treasury of Mysteries, chapter 22Oh thou, whose judgment is the ruler of all who have life; oh thou, whose foot is the jewel of crowned kings,If thou art a king, seek a royal palace; if thou art a gem, seek the divine crown.
The Treasury of Mysteries, chapter 23Whilst hunting, the horse of Nushirvān carried him far away from the royal retinue.The only companion of the king was his minister; the king and the minister were alone together.
The Treasury of Mysteries, chapter 24For a moment, oh master who art garbed in trailing robes, throw away the whole world.Do not injure, be the comfort of the afflicted. For an hour, leave thy greatness behind.
Poems by other poets · Praise
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Nə lütfdür yenə kim, buldu səbzədən gülzar?Nə lütfdür yenə kim, buldu səbzədən gülzar?Nə feyzdir yenə kim, saldı bağa badi-bahar?
گذشت عهد نبوت و رسید دور ولایتنماند حاجت امت بمعجزات و بآیت
Ey gül, sənə dünyada bərabər yenə varmı?Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?