Sharafnama, chapter 52
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چو خورشید برزد سر از سبز میلفرو شست گردون قبا را ز نیل
Elə ki, ucaltdı günəş boynunu,Zülmətdən yudu bu çərxin donunu,
دگر باره شیران نمودند شورز گوران همه دشت کردند گور
Bir daha səsləndi qızmış aslanlar,Çölü ceyranlara etdilər məzar.
به غلغل درآمد جرس با درایبجوشید خون از دم کرنای
Ətrafa səs saldı zəng, boru, cərəs,Qan coşur kərənay aldıqca nəfəs.
ز فریاد شیپور و آواز کوسپدید آمد از سرخ گل سندروس
Fəryada gəldikcə şeypur ilə kus,Açılır qırmızı güldən Səndərus.
همان جودره سوی میدان شتافتکه در خود یکی ذره سستی نیافت
Yenidən meydana çıxdı o Codrə,Özündə görmədi süstlük bir zərrə.
دگر باره هندی چو شیر سیاهدرافکند ختلی به ناوردگاه
Qara aslan kimi atını təkrar,Meydanda oynatdı Hindi namidar.
یکی چابکی کرد با جودرهنمیرفت بر کار زخمی سره
Codrəyə üstünlük göstərdi hər an,Dəyərsiz yaralar vermədi ziyan,
هم آخر در ابرو یکی چین فکندسر جودره بر سر زین فکند
Nəhayət, qaşına bir düyün aldı,Codrənin başını yəhərə saldı.
برآورد از افکندنش کام خویشسپردش به نعل ره انجام خویش
Kam aldı vurmaqla düşmən boynunu,Atının nalına tapşırdı onu.
دلیرانه میگشت و میخواست مردتهی کرد جای از بسی هم نبرد
Meydanda dolaşdı o igid aslan,Bir çox pəhləvandan boşaldı meydan.
یکی نامور بود طرطوس نامبه مردی درآورده در روس نام
Vardı bir pəhləvan, adı da Tartus,Mərdliklə tanırdı onu hər bir rus.
چو سرخ اژدهائی به پیچندگیهمه بر هلاکش بسیچندگی
Sanki qıvrılırdı qırmızı ilan,Qarşıya kim çıxsa alar ondan can.
سوی هندی آمد چو سیلی به جوشکه از کوه در پستی آرد خروش
Hindiyə kükrədi kəskin yel kimi,Dağlardan tökülən coşğun sel kimi.
در آن داوریهای بیگانگینمودند بسیار مردانگی
Düşmənlə o qanlı toqquşmalardaMərdliklə heç biri qalmadı darda.
سرانجام روسی یکی حمله کردکزان عود هندی برآورد گرد
Nəhayət, rus birdən keçdi həmləyə,Hindinin tozunu sovurdu göyə.
بپرداخت از خونش اندام راچو میریخت بر سنگ زد جام را
Qanını canından çəkdi birbaşa,Axıtdı mey, camı çaldı bir daşa.
ز سر ترگ برداشت گفتا منمهژبری کزین گونه شیر افکنم
Atdı dəbilqəni, bağırdı: “MənəmQorxunc bir əjdaha, aslan yenənəm!
مرا مادر من که طرطوس خواندبه روسی زبان رستم روس خواند
Kim mənə qaş çatsa qürur edərək,Geyim yox, kəfənə bürünsün gərək.
کسی کو زند بر من ابرو گرهکفن به که پوشد به جای زره
Mənə Tartus adı vermişdir anam,Rusların Rüstəmi sayılır bu nam.
ز میدان نخواهم شدن باز جایمگر لشگری را درارم ز پای
Ordunu ayaqdan salmasam, inan,Dönmərəm geri bu qanlı meydandan”.
شه از کشتن هندی و زخم روسبپیچید بر خود چو زلف عروس
Hindinin ölümü şaha dəyərək,Qıvrıldı özünə gəlin zülfütək.
بران بود کارد عنان سوی جنگدگر باره در عزمش آمد درنگ
Atını meydana çapmaqdı fikri,Yenə də əzmindən tez döndü geri.
چپ و راست میدید تا از سپاهکه خواهد شد از کینه ور کینه خواه
Mənalı nəzərlə süzdü sağ-solu.Kim açar ordudan intiqam qolu?
روان کرد مرکب شتابندهایز پولاد چین برق تابندهای
Meydana at saldı igid bir nəfər,Çinli qılıncından çaxdı şimşəklər.
همایون سواری چو غرنده شیرتوانا و چابک عنان و دلیر
Coşğun aslan kimi bir uca atlı,Hünərli, ürəkli, şərəfli, adlı,
چنان غرق در آهن اندام اوکه بیدانه جز بر نفس کام او
Dəmirə batmışdı başdan-ayağa.Tək ağzı görünür nəfəs almağa.
به جولان زدن سرفرازی کنانبه شمشیر چون برق بازی کنان
Dolaşır meydanı baş ucaldaraq,Oynayan qılıncı şimşəktək parlaq.
از آن چابکیها که میکرد چستبرابر شده دست بدخواه سست
Ondakı cəldliyi düşmən görəliQaşının üstündə qurudu əli.
بران روسی افکند مرکب چو بادبه تیغ آزمائی بغل برگشاد
Ruslardan meydana səyirtdi bir at,Qılınc oynatmağa açdı qol-qanad.
چنان زد که از تیغ گردن زنشسر دشمن افتاد در دامنش
O kəskin qılıncla elə bərk vurdu,Düşmənin kəlləsi ətəkdə durdu.
از آن شیر دلتر سواری دگردرآمد به پرخاش چون شیر نر
Ondan ürəkli bir atlı pəhləvan,Erkək aslan kimi oxudu meydan,
به زخمی دگر هم سرافکنده شدچنین تا سری چند برکنده شد
Onun da başını yedi bir yara,Bir bəla kəsildi bir çox başlara.
فزون از چهل روسی کوه پشتبه آسانی آن شیر جنگی بکشت
Qırx nəfər o qaya arxalı rusdanAsanca öldürdü döyüşçü aslan.
بهر سو که میراند شبرنگ راز خون لعل کرد آهنش سنگ را
Hər səmtə dönürdü atı ahəstə,Rusdan yüzü ölər, yüzü də xəstə.
به هر حمله کانگیخت از هر دریفرو ریخت از روسیان لشگری
Hər yana edirdi həmlə bir kərə,Ruslardan bir ordu sərirdi yerə.
چو بر خون شتابنده شد نیش اونیامد کس از بیم در پیش او
Gördülər nizəsi susamış qana,Qorxudan çıxmadı kimsə meydana.
یکی حمله نیک را ساز دادعنان را به چابک عنان باز داد
Zəfərli bir həmlə edərək axdı,Yüyəni yelcilov ata buraxdı.
در آن حمله کان کوه آهسته کردصد افکند و صد کشت و صد خسته کرد
Dağ kimi hər səmtə düşürdü gözü,Yüzü yara alır, ölürdü yüzü,
شه از شیر مردیش حیران شدهبران دست و تیغ آفرین خوان شده
İskəndər heyrətlə öydü igidi:“Bu qola, qılınca eşq olsun!” - dedi.
بدین گونه میکرد پیگارهاهمی ریخت آتش در آن خارها
Hünərlə döyüşür, düşməyir dara,Alov yağdırırdı o tikanlara.
فلک تا نشد بر سرش مشگساینیامد ز آوردگه باز جای
Müşk, ənbər səpincə yerə qaranlıqO igid meydandan qayıtdı artıq.
چو در برقع کوه رفت آفتابسر روز روشن درآمد به خواب
Günəşi örtüncə dağların qaşı,Yuxuya gedərkən gündüzün başı,
شب تیره چون اژدهای سیاهز ماهی برآورد سر سوی ماه
Qara əjdahatək qaranlıq gecəBaşını balıqdan Aya çəkincə.
سیه کرد بر شیروان راه رافرو برد چون اژدها ماه را
Zülmətlər yolçunun yolunu tutdu,O qara əjdaha Ayı da uddu.
سوار شبیخون بر از تاختنبرآسود و آمد به شب ساختن
Atlı əl çəkmədi çalıb-çapmaqdan,Rahatlıqçın döndü geri pəhləvan.
به تاریکی شب چنان شد نهانکه نشناختن هیچکس در جهان
Qaranlıq içində oldu tez nəhan,Olmadı onu bir görən, tanıyan.
شه از مردی آن سوار دلیرگمان برد کان شیر دل بود شیر
İskəndər o atlı, qoçaq igidiBir aslan ürəkli aslan zənn etdi.
در اندیشه میگفت کان شهریارکه امروز کرد آنچنان کارزار
Deyirdi: “Doğrudan bu ər oğlu ərDöyüşdə mərdliklə göstərdi hünər.
دریغا اگر روی او دیدمیصدش گنج سربسته بخشیدمی
Görsəydim üzünü, igidliyinəVerərdim yüz başı bağlı xəzinə.
قوی بازوئی کرد و خلقی بکشتچو بازوی خویشم قوی کرد پشت
Bir bala kəsildi bu düşmən xalqa,Mənə öz qolumtək oldu bir arxa.
نبود آدمی بود شیر عرینکه بادا بران شیر مرد آفرین
Coşğun bir aslandı, deyildi insan,O igid aslana eşq olsun hər an!”
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-52
Use ← → keys to move, R for a random poem
More by this author
چو صبح از خواب نوشین سر برآوردهلاک جان شیرین بر سر آورد
Khosrow and Shirin, chapter 114تو کز عبرت بدین افسانه مانیچه پنداری مگر افسانه خوانی
Khosrow and Shirin, chapter 115ببین ای هفت ساله قرهالعینمقام خویشتن در قاب قوسین
Khosrow and Shirin, chapter 116چنین گفت آن سخنپرداز شبخیزکزان آمد خلل در کار پرویز
Poems by other poets
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.