The Treasury of Mysteries, chapter 27
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
پیرزنی را ستمی درگرفتدست زد و دامن سنجر گرفت
کای ملک آزرم تو کم دیدهاموز تو همهساله ستم دیدهام
شحنهٔ مست آمده در کوی منزد لگدی چند فرا روی من
بیگُنه از خانه بهرویم کشیدمویکشان بر سر کویم کشید
در ستمآبادِ زبانم نهادمُهر ستم بر در خانم نهاد
گفت: «فلان نیمشب ای گوژپشتبر سر کوی تو فلان را که کُشت؟»
خانهٔ من جست که «خونی کجاست؟»ای شه ازین بیش زبونی کجاست؟
شحنه بود مست که آن خون کندعربده با پیرزنی چون کند؟
رطلزنان دخلِ ولایت برندپیرهزنان را به جنایت برند
آنکه درین ظلم نظر داشتهستستر من و عدل تو برداشتهست
کوفته شد سینهٔ مجروح منهیچ نماند از من و از روح من
گر ندهی داد من ای شهریاربا تو رود روزِ شمار، این شمار
داوری و داد نمیبینمتوز ستم آزاد نمیبینمت
از ملکان قوّت و یاری رسداز تو به ما بین که چه خواری رسد؟!
مال یتیمان ستدن، ساز نیستبگذر ازین، غارت ابخاز نیست
بر پَلهٔ پیرهزنان ره مزنشرم بدار از پلهٔ پیرهزن
بندهای و دعوی شاهی کنیشاه نهای چونکه تباهی کنی
شاه که ترتیب ولایت کندحکم رعیت به رعایت کند
تا همه سر بر خط فرمان نهنددوستیاش در دل و در جان نهند
عالم را زیر و زبر کردهایتا تویی آخر چه هنر کردهای؟
دولت ترکان که بلندی گرفتمملکت از دادپسندی گرفت
چونکه تو بیدادگری پروریترک نهای، هندوی غارتگری
مسکن شهری ز تو ویرانه شدخرمن دهقان ز تو بیدانه شد
زآمدن مرگ شماری بکنمیرسدت دست، حصاری بکن
عدل تو قندیلِ شبافروز توستمونسِ فردای تو امروزِ توست
پیرزنان را به سخن شاد دارو این سخن از پیرزنی یاد دار
دست بدار از سر بیچارگانتا نخوری یاسج غمخوارگان
چند زنی تیر به هر گوشهای؟غافلی از توشهٔ بیتوشهای
فتح جهان را تو کلید آمدینز پی بیداد پدید آمدی
شاه بدانی که جفا کم کنیگر دگران ریش، تو مرهم کنی
رسم ضعیفان به تو نازش بودرسم تو باید که نوازش بود
گوش به دریوزهٔ انفاس دارگوشهنشینی دو سه را پاس دار
سنجر، کاقلیم خراسان گرفتکرد زیان کاین سخن آسان گرفت
داد در این دور برانداختهستدر پر سیمرغ وطن ساختهست
شرم درین طارم ازرق نماندآب درین خاک معلق نماند
خیز نظامی ز حد افزون گِریبر دل خوناب شده خون گری
Zülm edib bir qarıya çox uddurmuşdular qan,O da Sultan Səncərin tutaraq yaxasından,
Dedi ki: „Səndə insaf az görmüşəm, qulaq as,Səndənsə gördüyüm zülm əsla hesaba sığmaz.
Bir kefli darğa gəlib evimdə, məni söydü,Salıb təpik altına doyunca döydü, döydü.
Mən günahsız qarının saçlarına atdı əl,Üzü üstə sürüdü evdən çölə əlbəəl.
Camaat arasında söyüb məni, qudurdu,Evimin qapısına zülmün möhrünü vurdu.
Dedi „Ey qozbel qarı, söylə, filan gecədə,Filankəsi kim vurdu yaşadığın küçədə?“
Evimi çox axtardı, qatil hardadır, deyə.Ey padşah, bu həqarət sığarmı yerə, göyə?
Darğanın sərxoşluğu olmuş bu işə maya,Bəs niyə mən yazığı salır qısma-boğmaya.
Vilayəti soyurkən padşahın adamları,Cinayətkar olarmı bunda məgər bir qarı?
Bu zülmə əl atarkən xalq arasında darğaMənim ismətim, sənin ədlin düşdü ayağa.
Bu yaralı sinəmdən bir də axıtdılar qan,Özümü itirmişəm, qalmamışdır məndə can.
Ey şah! Dadə çatmasan, olar ürəyim kabab,Qiyamətin günündə çəkilər səndən hesab.
Ah, səndə nə ədalət, nə mərhəmət görürəm,Mən səndə sonsuz zülüm və əziyyət görürəm.
Rəiyyətə hər zaman kömək etməli padşah,Səndən xarlıqdır gələn bizə, ol bundan agah,
Bir hünər deyil almaq yetimlərin malını,Buna mərdlik deməzlər, düşün işin dalını.
Çapdırıb qarıları, öldürmə, gəl, acından,Onların, gəl, utan bir qar kimi ağ saçından.
Özün qulkən edirsən şahlıq iddiası sən,Zalımsan, ziyankarsan, axır ki, şah deyilsən.
Şah ölkənin işini nizama salsın gərək,Hər zaman rəiyyətin qeydinə qalsın gərək.
Ta ki, hamı hökmünə etsin hörmət, əysin baş,Könüllər onu bilsin özünə bir dost, sirdaş.
İşlərinlə aləmi alt-üst eyləmisən sən,Söylə, bir özlüyündə nə hünər göstərmisən?
Bir zamanlar türklərin çox yüksəkdi dövləti,Bəyənildi hər yanda ölkəsi, ədaləti,
Dağıldı şəhərlinin evi sənin əlinlə,Əkinçinin xırmanı dənsiz qaldı səninlə.
Ölümün dəhşətindən qorxub bir hesab apar,Növbə sənə də çatar, əlini eylə hasar.
Ədalət çırağındır yolunda, olma naşı,Bu gündür sabahın ən mehriban yoldaşı. —
Qarıları sözünlə şad et, sevdir özünü,Sən bu qoca qarının unutma, gəl, sözünü.
Çəkin, çarəsizlərin dağıtma var-yoxunu,Bəlkə o qəmlilərin yeməyəsən oxunu.
Sən ki, hər bir bucağa ox atırsan bu qədər,Acların qarğışından, söylə, qafilsən məgər?
Unutma ki, dünyanı fəth etməyə açarsan.Dünyada zülm etməyə sən ki yaranmamısan.
Sən hökmüdar olmusan, yetişəsən haraya,Daim məlhəm qoyasan vurulan hər yaraya.
Zəiflərin adəti sənə naz eləməkdir,Sənin vəzifən isə, onlara can deməkdir.
Hər zaman rəiyyətin diləyinə qulaq as,Ürəkdən məzlumların ürəyinə qulaq as“.
Xorasanı alandan sonra o, Sultan SəncərBu sözü asan bilib çəkdi çox böyük zərər.
Bu dövrdə nə insaf, nə də ədalət qalmış,Onlar uçub simurğun qanadında yurd salmış.
Abır, haya qalmadı tərk etdi bu çardağı,Əhdə vəfa atıbdır bu asılı torpağı,
Çox danışdın, qalx, yetər, bu şairlik ilhamıQana dönmüş qəlbinə qan qoymuşdur, Nizami!
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sirler-xezinesi-27
Use ← → keys to move, R for a random poem
More by this author
Come, cup-bearer! bring that golden cup,Which remains a token of Firidun and Jamshid (people of God).
Sharafnama, chapter 40Come, cup-bearer! that melted gold (the red wine) of senselessness),From which red sulphur (the elixir of gold) is made,
Sharafnama, chapter 41" After the name of the Holder of the sun and moon (God)," Towards whom is no way for reflection,
Sharafnama, chapter 42Come, cup-bearer! that water (ruddy) like the arghavan tree,From which the worn-out old man becomes young,
Poems by other poets · Praise
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,Könlümü bağrım bütün, səbrü qərarım var idi.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
انگشتری عدل تو ای دشمن بندشد پره نردبان بر این چرخ بلند
Ulu şahım, qılıncına söykənim!Xətainin ruhu qarşısında.*Şah Xətai, qüvvətimiz haçalanır,