صیدگری بود عجب تیزبینبادیه‌پیمای و مراحل‌گزین

Bir ovçu vardı xeyli hünərli, uzaqgörən.O, dolanıb, gəzmişdi çox mənzil, səhra, çəmən.

شیرسگی داشت که چون پو گرفتسایه خورشید بر آهو گرفت

O ovçunun var idi şir sifətli bir iti,Yüyürürdü günəşin işığından da iti.

سهم زده کرگدن از گردنشگور ز دندان گوزن افکنش

Kərgədanlar qorxardı onun tərpənişindən,Vəhşi dağ öküzləri qurtarmazdı dişindən.

در سفرش مونس و یار آمدهچند شبانروز به کار آمده

Belə bir iti olan bir ovçunun nə dərdi!İt gecəli, gündüzlü yorulmadan işlərdi.

بود دلِ مهرفروزش بدوپاس شب و روزی روزش بدو

Candan bağlıydı ona günəş ürəkli ovçu,İt gecə gözətçiydi, gündüz çörək ağacı. —

گشت گم آن شیرسگ از شیرمردمرد بر آن دل که جگر گربه خورد

Birdən o şir kişinin yox oldu sevdiyi şir.Dedi: „Pişik ciyəri yeyib, it öldü, nədir?“

گفت در این ره که میانجی قضاستپای سگی را سر شیری بهاست

O yerdə ki qəza var, o yerdə ki, var yağı,Orda bir şir başına dəyər bir it ayağı.

گرچه در آن غم دلش از جان گرفتهم جگر خویش به دندان گرفت

İtin belə itməsi zərbə vurdu işinə,Ovçu səbr etdi, alıb öz canını dişinə. —

صابری‌یی کان نه به او بود کردهر جوِ صبرش دِرَمی سود کرد

Öz qüvvəsindən artıq səbr edərək, dayandı,Bir arpa qədər səbri bircə dirəm qazandı.

طنزکنان روبهی آمد ز دورگفت «صبوری مکن ای ناصبور

Birdən bir tülkü gəlib güldü, ağardı dişi,Dedi: „Səbr etmə daha, sən ey səbirsiz kişi,

می‌شنوم کان به هنر تک نماندباد بقای تو گر آن سگ نماند

Belə eşitmişəm ki, itin artıq sağ deyil,İt yoxsa da, sən var ol, yaşa, sözüm lağ deyil.

دی که ز پیش تو به نخجیر شدتیز تکی کرد و عدم‌گیر شد

Dünən ki, it səninlə səfərə, ova çıxdı,Sür’ətli getdiyindən, erkən də yoxa çıxdı.

اینکه سگ امروز شکار تو کردتا دو مهت بس بوَد ای شیرمرد

Ey şir kişi, sanma ki, bu ovu hər kəs elər,Ovladığın ov sənə düz iki ay bəs elər.

خیز و کبابی به دل خویش دهمغز تو خور‌، پوست به درویش ده

Dur, ürəyin istəyən yağlı bir kabab bişir,Dərini ver yoxsula, yeyib ətini ol şir.

چرب‌خورش بود ترا پیش ازینروبهِ فربه نخوری بیش ازین

Çox yağlı şey yemisən, bundan xəbərdaram mən,Ancaq bu gündən belə kök tülkülər yeməzsən.

ایمنی از روغن اعضای مارَست مزاج تو ز صفرای ما

Əlin bədənimizin çıxdı artıq yağından,Təbiətin qurtardı səfranın caynağından.

در وی ازو این چه وفاداری است؟غم نخوری این چه جگرخواری است؟»

Ondan ayrı gəzirsən, bəs sənin vəfan hanı?Qəmini çəkməyirsən, bəs səndə vicdan hanı?“

صیدگرش گفت «شب آبستن استاین غم یکروزه برای من است

Ovçu dedi: „Doğacaq, hamilədir bu gecə,Qəmimsə bir günlükdür, onu almıram vecə.

شاد بر آنم که درین دیر تنگشادی و غم هردو ندارد درنگ

Mən onunçün şadam ki, bu darısqal dünyadaGedəridir sevinc, qəm, birdir o da və bu da.

این‌همه میری و همه بندگیهست درین قالبِ گردندگی

Əmirlik və köləlik, bir dərindən düşün, bil,Ruzigarın dolanan, qəlibində yox deyil.

انجم و افلاک به گشتن دَرَندراحت و محنت به گذشتن دَرَند

Hər an hərlənməkdədir fələklə, səyyarələr,Beləcə keçib gedər həm rahatlıq, həm kədər.

شاددلم زانکه دلِ من غمی‌ستکامدن غم سبب خرمی‌ست

Ürəyimin kədəri mənə xoş gəlir artıq,Çünki qəmin gəlməsi gətirəcəkdir şadlıq.

گرگ مرا حالت یوسف رسیدگرگ نِیَم جامه نخواهم درید

Qurda bənzəyən itim yox oldusa Yusif tək,Ancaq mən qurd deyiləm, yırtmayacağam köynək.

گر ستدندش ز من ای حیله‌سازبا چو تو صیدی به من آرند باز»

Alsalar da əlimdən itimi, bil ki, yenə,Sənin kimi bir ovla qaytaracaqlar mənə“.

او به سخن در که برآمد غبارگشت سگ از پردهٔ گَرد آشکار

Bu sözü deyər, deməz yollar toza büründü,Toz pərdəsi içindən it aşikar göründü. —

آمد و گِردَش دو سه جولان گرفتنیفه روباه به دندان گرفت

İki-üç dəfə dönüb dolandı, sonra birdən,Dişi ilə yapışdı tülkünün dərisindən.

گفت «بدین خرده که دیر آمدمروبه داند که چو شیر آمدم

İt dedi: „Gecikmişəm, bağışla təqsirimi;Tülkü yaxşı bilir ki, gəlmişəm aslan kimi.

طوق من آویزش دین تو شدکنده روباه یقین تو شد»

Xaltam səbrinə bağlı olduğundan önündə,Tülkü titrəyib durur boynundan aslı kündə“.—

هرکه یقینش به ارادت کشدخاتم ِ کارش به سعادت کشد

Hər kəsin ki, yəqini düzlük, doğruluq olsa,Xoşbəxtliklə qurtarar hər işi, batmaz yasa.

راه یقین جوی ز هر حاصلینیست مبارک‌تر ازین منزلی

Sən hər hasildən gəzib yəqinlik yolu axtar,Söylə, dünyada bundan mübarək mənzilmi var?

پای به رفتارِ یقین سر شودسنگ به پندارِ یقین زر شود

Ayaq doğru yol getsə, ayaq olmaz, baş olar;Daş doğru bir fikirlə zər olar, daş-qaş olar.

گر قدمت شد به یقین استوارگَرد ز دریا، نَم از آتش برآر

Qədəmin doğruluqda möhkəm olsa, doğrusu,O zaman çıxararsan dənizdən toz, oddan su.

هر که یقین را به توکّل سرشتبر کرم «الرزق علی‌الله» نوشت

Yəqinliklə tanıtdı kim tanrıya özünü,Yazdı kərəmə: „Ruzi allahdandır“ sözünü.

پشهٔ خوان و مگسِ کس نشدهرچه به پیش آمدش از پس نشد

Olmadı zəhlətökən ağcaqanad və milçək,Qismətinə sevindi ürəklə şükr edərək:

روزی تو باز نگردد ز درکار خدا کن غم روزی مخور

Sənin ruzin qapından, əsla qayıtmaz geri,Qəm yemə, gör tanrının buyurduğu işləri.

بر در او رو که از اینان به اوستروزی ازو خواه که روزی‌ده اوست

Hamıdan o yaxşıdır, onun qapısında dur,Ruzini ondan istə, ruzi verən də odur.

از من و تو هرکه بدان در گذشتهیچکسی بی غرضی وا نگشت

Hər kəs ki, bizim kimi həmən qapıya getdi,Əliboş qayıtmadı, o hamını şad etdi.

اهل یقین طایفه دیگرندما همه پاییم گر ایشان سرند

Yəqin əhli başqadır, eşit sözümü, inan,Bizlər ayaq oluruq, onlar baş olan zaman.

چون سر سجاده بر آب افکنندرنگ عسل بر می ناب افکنند

Onlar səccadəsini sulara salan kimi,Qırmızı bir şəraba verirlər bal rəngini.

عمر چو یک‌روزه قرارت ندادروزی‌ِ صد ساله چه باید نهاد؟

Ömrün ki, nə qərarı, nə də bir vəfası var,Söylə, on illik ruzi yığsan, nə faydası var?

صورت ما را که عمل ساختندقسمت روزی به ازل ساختند

Yaradarkən əvvəldən bizim surətimizi,Ayırmışlar, yəqin ki, ruzi qismətimizi.

روزی از آنجات فرستاده‌اندآن خوری اینجا که ترا داده‌اند

Bil ki, sənə oradan göndəriblər ruzunu,Nə vermişlərsə burda yeyəcəksən, bil onu.

گرچه در این راه بسی جهد کردبیشتر از روزی خود کس نخورد

Yaranmışların çoxu çalışdı, etdi həvəs,Öz ruzisindən artıq yeyə bilmədi heç kəs.

جهد بدین کن که بر این است عهدروزی و دولت نفزاید به جهد

Yalnız din üçün çalış, tapşırığa əməl et!Cəhd eləməklə artmaz nə ruzi, nə də dövlət.

تا شوی از جملهٔ عالم عزیزجهد تو می‌باید و توفیق نیز

Olmaq istəsən bütün aləmdən əziz, yüksək,Sənin cəhdin gərəkdir, tanrıdan tofiq gərək,

جهد نظامی نفسی بود سردگرمیِ توفیق به چیزیش کرد

Nizamidə çalışmaq nəydi? Bir soyuq nəfəs,Tofiq istiliyidir onu eləyən bir kəs.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets