Khosrow and Shirin, chapter 3
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
خبر داری که سیاحان افلاکچرا گردند گِرد مرکزِ خاک
در این محرابگه معبودشان کیستوزین آمد شدن مقصودشان چیست
چه میخواهند ازین محمل کشیدنچه میجویند ازین منزل بریدن
چرا این ثابت است آن منقلب نامکه گفت این را بجنب آن را بیارام
قبا بسته چو گل در تازهروییپرستش را کمر بستند گویی
مرا حیرت بر آن آورد صد بارکه بندم در چنین بتخانه زنار
ولی چون کرد حیرت تیزگامیعنایت بانگ بر زد کای نظامی
مشو فتنه برین بتها که هستندکه این بتها نه خود را میپرستند
همه هستند سرگردان چو پرگارپدیدآرندهٔ خود را طلبکار
تو نیز آخر هم از دست بلندیچرا بتخانهای را در نبندی
چو ابراهیم با بت عشق میبازولی بتخانه را از بت بپرداز
نظر بر بت نهی صورت پرستیقدم بر بت نهی رفتی و رستی
نموداری که از مه تا به ماهیستطلسمی بر سر گنج الهی است
طلسم بسته را با رنج یابیچو بگشایی به زیرش گنج یابی
طبایع را یکایک میل در کشبدین خوبی خرد را نیل در کش
مبین در نقش گردون کآن خیال استگشودن بندِ این مشکل محال است
مرا بر سرّ گردون رهبری نیستجز آن، کاین نقش دانم سرسری نیست
اگر دانستنی بودی خود این رازیکی زین نقشها دردادی آواز
ازین گردندهگنبدهای پرنوربه جز گردش چه شاید دیدن از دور؟
درست آن شد که این گردش به کاریستدرین گردندگی هم اختیاریست
بلی در طبع هر دانندهای هستکه با گردنده گردانندهای هست
از آن چرخه که گردانَد زنِ پیرقیاس چرخ گردنده همان گیر
اگر چه از خلل یابی درستشنگردد تا نگردانی نخستش
چو گردانَد ورا دست خردمندبدان گردش بمانَد ساعتی چند
همیدون دورِ گردون زین قیاس استشناسد هر که او گردونشناس است
اگر نارد نمودار خداییدر اصطرلابِ فکرت، روشنایی
نه ز ابرو جستن آید نامهٔ نونه از آثار ناخن جامهٔ نو
بدو جویی، بیابی از شَبَه نورنیابی چون نه زو جویی ز مه نور
ز هر نقشی که بنمود او جمالیگرفتند اختران زان نقش فالی
یکی ده دانه جو محراب کردهیکی سنگی دو اصطرلاب کرده
ز گردشهای این چرخ سبکروهمان آید کزان سنگ و از آن جو
مگو ز ارکان پدید آیند مردمچنان کهارکان پدید آیند از انجم
که قدرت را حوالت کرده باشیحوالت را به آلت کرده باشی
اگر تکوین به آلت شد حوالتچه آلت بود در تکوین آلت
اگر چه آب و خاک و باد و آتشکنند آمدشدی با یکدگر خوش
همی تا زو خط فرمان نیایدبه شخصِ هیچ پیکر جان نیاید
نه هر ایزدپرست ایزد پرستدچو خود را قبله سازد، خود پرستد
ز خود برگشتن است ایزدپرستیندارد روز با شب همنشستی
خدا از عابدان آن را گزیندکه در راه خدا خود را نبیند
نظامی جام وصل آنگه کنی نوشکه بر یادش کنی خود را فراموش
Göyün səyyahları, bilirsən neçinDaim dolanırlar başına yerin?
Bu mehrabda kimə səcdə edirlər?Nə üçün bu qədər gəlib-gedirlər?
Onların bu işdən nədir istəyi?Bu mənzil kəsməkdən nədir diləyi?
Neçin yer sabitdir, ulduzlar səyyar?Kim ona "get" dedi, buna "tut qərar"?
Ulduzlar don geyib rəngə boyanmış.Sanki ibadətə hazır dayanmış.
Heyrət məni yüz yol edirdi vadar,Belə bütxanədə bağlayım zünnar.
Lakin heyrət coşub daşdığı zamanQeybdən səs gəldi: - Nizami, dayan!
O bütlərə məftun olma, düşün bir,Onlar özlərinə pərəstiş etmir.
Hamısı pərgartək olub sərgərdan,Gəzirlər, onları kimdir yaradan?
Qüdrətli əlinlə, qalxıb yerindən,Bağla bütxanənin qapısını sən.
Bütü İbrahimtək oxşa, əzizlə,Ancaq bütxanəni ondan təmizlə,
Bütə nəzər salsan surətpərəstsən,Xilas olmaq üçün bütü tapda sən.
Balıqdan Ayadək nə varsa əyanAllah xəznəsinə tilsimdir, inan.
Zəhmətlə sındırıb bağlı tilsimi,Altında taparsan xəznə gün kimi.
Görünən varlığı milə çək özün,Zənginləşsin ağlın, açılsın gözün.
Əbəsdir axtarmaq sirrini çərxin,Bu müşkülü açmaq çətindir, çətin.
Yol göstərmir çərxin sirrinə bir kəs,Ancaq o nəqşlər deyildir əbəs.
Açılmalı olsa bu sirlər əgər,Saysız varlıqlardan biri səslənər.
Fırlanan işıqlı o günbəzlərdənHərəkətdən başqa nə görəcəksən?
Boş-boşuna deyil bunca hərəkət,Bir məqsədi vardır onların, əlbət.
Hər bir hərəkəti törədən vardır,Ağıllı insana bu aşikardır.
Qarı cəhrəsinə bax, qiyas apar,Fələk çərxini də bir hərlədən var.
Başlanğıc hərəkət olmasa əgərHərəkət edərmi bir cəhrə məgər?
Hərəkət verərsə ona bir insan,O da hərlənəcək yəqin bir zaman.
Kainat özü də belə dövr edir,Gövhər tanıyana aydındır bu sirr.
Qüdrətdən dünyaya buyruq olmasa.Şüura hikmətin nuru dolmasa,
Bil, nə qələm yeni bir mətləb yazar,Nə də dırnaq tikər yeni bir paltar.
Sən ondan diləsən, şəvə nur salar,Onsuz yəqin bil ki, Ay nursuz qalar.
O hər bir nəqşəyə vermiş bir camal,Ulduzlar onlardan götürmüşdür fal.
Biri on arpanı eləyib mehrab,Biri iki daşa deyir üstürlab.
Bu iti hərlənən çərx də, müxtəsər,Arpa və daş kimi nəticələnər.
Sən demə rükndən yaranmış insan,Ulduzdan yaranmış çünki bu ərkan,
"Hər şeydən üstündür səbəb" deyirkənO böyük qüdrəti sən kiçildirsən.
Varlığın əvvəlki əgər səbəbsə,Bəs səbəb pünhandır neçin hər kəsə?
Əgər od, su, torpaq, bu əsən küləkBir yerə toplaşsa uyğun gələrək,
O böyük tanrıdan olmasa fərman,Məlumdur ki, gəlməz vücuda bir can.
Sitayiş edərsə özünə bir kəs,Ona yaradanın qulu deyilməz.
Hər "inandım" deyən inanır məgər?Xudpəsənddir "qiblə mənəm" deyənlər.
Gündüzlə gecə heç birgə olarmı?Onları bir yerdə görən heç varmı?
Elə bir abidi sevir yaradan -Keçə allah üçün öz varlığından.
Nizami, özünü unudanda sən,Vüsal badəsini başa çəkərsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-3
Use ← → keys to move, R for a random poem
More by this author
Yes, Majnún wept and shook; and nowWhat answer could he frame, and how?
Layla and Majnun, chapter 37Majnún's distracted state was not unknownWhere to the wretched kindness could be shown;
Layla and Majnun, chapter 38O'er Majnún's spirit, long in darkness cast,A fitful gleam of homeward feeling passed;
Layla and Majnun, chapter 39Selim again the maniac's haunts explored,Again supplied his frugal board,
Poems by other poets
Zalım kəfsin min başı var, min rəngi var dunyada,Hər an başqa cilvə ilə uz gostərir bir əda.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.