Khosrow and Shirin, chapter 2
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
به نام آنکه هستی نام ازو یافتفلک جنبش، زمین آرام ازو یافت
Bu qara torpağa sükunət verən,O sonsuz fələyə hərəkət verən,
خدایی کآفرینش در سجودشگواهی مطلق آمد بر وجودش
Dilimdə hər şeydən uca bir ad var.Bu ada bağlıdır bütün varlıqlar.
تعالی الله یکی بیمثلومانندکه خوانندش خداوندان، خداوند
Yaranmışlar ona səcdə edərəkHər an varlığına şahiddir, gerçək.
فلکبرپایدار و انجمافروزخرد را بیمیانجی حکمتآموز
Təkdir, misilsizdir, - kim deyil agah?Tanrılar da ona deyirlər allah.
جواهربخشِ فکرتهای باریکبهروزآرندهٔ شبهای تاریک
Göyləri xəlq edib yaraşıq verən,Saysız ulduzlara nur, işıq verən.
غم و شادی نگار و بیم و امیدشب و روز آفرین و ماه و خورشید
İnsan şüuruna hikmət öyrədən,İncə xəyallara sənət öyrədən.
نگهدارندهٔ بالا و پستیگوا بر هستی او جمله هستی
İncə fikirlərə çıraq yandıran,Zülmət gecələri işıqlandıran.
وجودش بر همه موجود قاهرنشانش بر همه بیننده ظاهر
Bizə qorxu, ümid, şadlıq, qəm verən,Günəşli və aylı bir aləm verən,
کواکب را به قدرت کارفرمایطبایع را به صنعت گوهرآرای
Bu yeri, bu göyü odur saxlayan,Onun varlığına şahiddir cahan.
مرادِ دیدهٔ باریکبینانانیسِ خاطرِ خلوتنشینان
İstəsə aləmi pozar, məhv edər,Varlıq varlığına şəhadət verər.
خداوندی که چون نامش بخوانینیابی در جوابش لن ترانی
Göydə ulduzlara şamildir əmri,Sənət incisiylə bəzər təbləri.
نیاید پادشاهی زوت بهترورا کن بندگی هم اوت بهتر
İncə bəbəyidir görən gözlərin,Ürək munisidir kimsəsizlərin.
ورای هرچه در گیتی اساسی استبرون از هر چه در فکرت قیاسی است
Mövcud əsaslardan ayrı sayaqdır,Bütün ölçülərdən xaric, iraqdır.
به جستوجوی او بر بام افلاکدریده وهم را نعلینِ ادراک
Onu fələklərdə axtarıb, budur,İdrak başmağını yırtmışdır şüur.
خرد در جستنش هشیار برخاستچو دانستش نمیداند چپ از راست
Onu əql axtardı huşyarlıqla, bax,Bu yolda özünü itirdi ancaq.
شناساییش بر کس نیست دشوارولیکن هم به حیرت میکشد کار
Qalxınca ortadan varlıq pərdəsi,Canlanar nəzərdə onun cilvəsi.
نظر دیدش چو نقش خویش برداشتپس آنگاهی حجاب از پیش برداشت
Tezlikdən, geclikdən hökmü uzaqdır,Zatı nə yüksəkdir, nə də alçaqdır.
مبرا حکمش از زودی و دیریمنزه ذاتش از بالا و زیری
Kainatın bütün hərfi səndədir,Varlığınsa onun lövhəsindədir.
حروف کائنات ار بازجوییهمه در توست و تو در لوح اویی
Yüz yarpağa ayrıl gül kimi sən də,Onun dağı olsun bəlkə sinəndə.
چو گل صدپاره کن خود را درین باغکه نتوان تندرست آمد بدین داغ
Qasid kimi gəldin ordan bura sən,Burdan keç ki, yenə ora yetəsən.
تو زآنجا آمدی کاین جا دویدیازین جا در گذر کآنجا رسیدی
Çox asan görünər dərk etmək onu,Lakin heyrət olar bu işin sonu.
ترازوی همه ایزدشناسیچه باشد جز دلیلی یا قیاسی؟
Böyük yaradanı duymağa meyarDəlildən, qiyasdan başqa nə olar?
قیاسِ عقل تا آنجاست بر کارکه صانع را دلیل آید پدیدار
Ağıl qiyas ilə çalışıb durar,Onu dərx etməkçün dəlil axtarar.
مده اندیشه را زین پیشتر راهکه یا کوه آیدت در پیش یا چاه
Düşüncənə daha yol vermə artıq,Qarşına dağ çıxar, ya da qaranlıq.
چو دانستی که معبودی تو را هستبدار از جستوجوی چون و چه، دست
İdrakın çatırsa vahid allaha,"Nədir və necədir?" - soruşma daha.
ز هر شمعی که جویی روشناییبه وحدانیتش یابی گوایی
İşıq axtardığın alovlu şamdanOnun təkliyinə sübut taparsan.
گه از خاکی، چو گل رنگی برآردگه از آبی، چو ما نقشی نگارد
Gah qara torpaqdan reyhan yaradır,Gah sudan bizimtək bir can yaradır.
خرد بخشید تا او را شناسیمبصارت داد تا هم زو هراسیم
Bizə ağıl verdi tanıyaq onu,Bəsirət verdi ki, tutaq yolunu.
فکند از هیأت نُه حرف افلاکرقوم هندسی بر تختهٔ خاک
O, göylərin doqquz hərfindən yerəHəndəsi rəqəmlər yazdı bir kərə.
نباتِ روح را آب از جگر دادچراغِ عقل را پیه از بصر داد
Verdi ruh otuna suyu ciyərdən,Ağıl şamına da yağı gözlərdən.
جهت را شش گریبان در سر افکندزمین را چار گوهر در برافکند
Altı yaxa açdı tərəflərə o,Dörd gövhər bəxş etdi qara yerə o.
چنان کرد آفرینش را به آغازکه پی بردن نداند کس بدان راز
Elə başlamışdır yaradılışa,Heç kəs bilib onu çıxmayıb başa.
چنانش در نورد آرد سرانجامکه نتواند زدن فکرت در آن گام
Hər işə elə bir son verər dərhal,Onu dərk etməyə acizdir kamal.
نشاید باز جست از خود خداییخدایی برتر است از کدخدایی
Özündə axtarma allahlığı sən,Yüksəkdir o, şahlıq və hakimlikdən.
بفرساید همه فرسودنیهاهمو قادر بود بر بودنیها
"Yox ol" desə, hər şey birdən məhv olar,Odur varlıqlara yenə səbəbkar.
چو بخشاینده و بخشندهٔ جودنخستین مایهها را کرد موجود
Səxavət bəxş edən, bəxş elətdirən,Odur ilk mayəyə dirilik verən.
به هر مایه نشانی داد از اخلاصکه او را در عمل کاری بود خاص
Hər mayəyə verdi ixlasdan nişan,Bir işə yarasın hər bir yaranan.
یکی را داد بخشش، تا رساندیکی را کرد ممسک، تا ستاند
Buna səxa verdi - bəxşiş paylasın,Onu xəsis etdi - daim pay alsın.
نه بخشنده، خبر دارد ز دادننه آن کس کاو پذیرفت، از نهادن
Nə bəxş edənin var bundan xəbəri,Nə də alan bilir bu qismətləri.
نه آتش را خبر کاو هست سوزاننه آب آگه که هست از جان، فروزان
Nə atəş bilir ki, yandırıcıdır,Nə də su bilir ki, dirilik saçır.
خداوندیش با کس مشترک نیستهمه حَمّالِ فرمانند و شک نیست
Tanrı şəriksizdir, təkdir, uludur.Bütün bu məxluqat onun quludur.
که را زهره، ز حمالان راهشکه تخلیطی کند در بارگاهش؟
Onun qullarından kimdə hünər varOnun düzümünü etsin xələldar?
بسنجد خاک و مویی بر نداردبیارد باد و بویی بر ندارد
Torpağı ölçən vaxt bir tük götürməz,Küləyə əmr etsə, ətrin gətirməz.
زهی قدرت که در حیرت فزودنچنین ترتیبها داند نمودن
Əhsən bu qüdrətə, hər kəsə bir-birİbrətli işləri açır, göstərir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-xosrov-ve-sirin-2
Use ← → keys to move, R for a random poem
More by this author
Oh thou, who art the glory of the essence of mankind, the sight of the eye of the world,The heaven which gives thee continual victory, is pregnant in its nine wombs with one secret of thine.
The Treasury of Mysteries, chapter 12I who am the singer of this new rose, am the melodious nightingale of thy garden.I live on the road of thy love; I ring a bell down thy street.
The Treasury of Mysteries, chapter 13The first movement of the Pen produced the first letter of the Word.When they drew back the curtain of non-existence, the first manifestation was the Word.
The Treasury of Mysteries, chapter 14Since ordinary unrhymed speech is as a gem to the jewellers,Remember this subtle point, see what a weighed subtlety would be when it is measured.
Poems by other poets
Sənsiz məndə dözüm yoxdur,Səndən özgə kəsim yoxdur,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim