Page 2 of 4 · 25%

– Bir çox bədbəxtliklər vardır ki, – dedim, – böyük bir səadətin başlanğıcıdır. Buna siz əmin olun. Sizin konsulxana vasitəsilə iş tapmağınıza gəldikdə, bu barədə Təbrizə qədər danışmağa vaxtımız vardır. Hələlik bütün fikri bir tərəfə buraxıb nahar yeməyinə başlamalıyıq.

Qız daha danışmadı, səhərdən bir şey dilinə dəymədiyindən naharı iştahayla yedi və sonra mənə təşəkkür edərək:

– İndi siz də rahat olun! – dedi. – Axşam stansiyaya gedəcəyikmi?

– Gedərik, heç də düşünməyin, onlar bu gecə gələrlər. Birlikdə Təbrizə gedərik, rahatlığınız üçün də qüvvəm çatınca, imkan daxilində çalışaram.

Rus qızı şad bir ürəklə otaqdan çıxıb getdi, mənsə rahat olmaq üçün çarpayıya uzandım. Ancaq rahat ola bilmirdim, qızın haqqında düşünürdüm. €Bu cür qadınlar nə üçün axı mənə rast gəlir? – deyə fikirləşir, öz-özümə gülür və istehza edirdim. – Mən istəməsəydim bununla tanış da olmazdım, avtomobildə məndən başqa da adamlar var idi. Nə üçün də qızı onların öhdəsinə buraxmadım? Qızın öz dediyinə görə atası çar zabitidir, sevib ərə getmək istədiyi və onu təhqır edən adam da zabitdi. Bəs mən nə fikirlə bunu özümə bağladım?

Yalnız özü olsa, yenə də dərd yarıdır, özündən başqa iki nəfər də bu axşam gələcəkdir. Əcəba, mən Culfaya çar zabitinin ailəsini təmin etmək üçünmü gəldim?

Mən çarpayıda uzandığım zaman bəzən də özümə təskinlik verərək belə düşünürdüm: «Mən amerikalı qız miss Hanna ilə də bu cür tanış oldum. O zaman yenə də mən özümü məzəmmət edirdim, lakin nəticədə amerikalı qızdan azmı istifadə etdik? Qız bizə azmı yaxşılıqlar elədi? Rus qızı Ksenya Pavlovna da gözəl və bacarıqlı bir qızdır. O da Təbrizdə işsiz qalmayacaqdır. O da mənim bu kiçik yaxşılıqlarımı unutmazə.

Lakin bu düşüncələr yenə də məni sakit edə bilmirdi, heç bir şey olmasa da, mənim bu üç qadını yanıma salıb Təbrizə aparmağımın özü gülünc bir iş idi. Hələ Məşədi Kazım ağa və Nina da mənə güləcək və başqa cür düşünəcəklərdi.

Mən indi özümün qadınlar barəsində zəif olduğuma inanmışdım, onlar məni çox tez ələ ala bilirdilər. Eyni zamanda mən özümün qadınlara olan hörmətimi də xatırlayırdım, çünki bir çoxları təhqir olunmuş və ehtiyac içərisində qalmış qadınlara mənim qədər əhəmiyyət verməz və qeydlərinə qalmazdı.

Mən öz dərdini açıb deyən və məndən imdad gözləyən bir qızı köməksiz qoysaydım, onun göz yaşlarını nəzərə almayaraq başımdan rədd etsəydim, nə qədər vicdan əzabı çəkəcəkdiml Çünki o da bir insandır. Onun da şərəfi, onun da mənliyi, onun da başqaları kimi izzət-nəfsi və başqa insanlar kimi arzusu və əməli vardır. Heç şübhəsiz ki, mən bu qıza kömək versəm, heç bir kəsin məni məzəmmət etməyə və üstümə gülməyə ixtiyarı yoxdur. Mənim bu qız haqqında göstərəcəyim hər bir kömək vicdani bir vəzifədir, kömək vermək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq tam mənası ilə insanlıq sifətini itirmək deməkdir.

Yerimdə uzanmış ikən insani vəzifələr, bəşəri münasibət, vicdani sövqlər haqqında çox düşündüm. Lakin kömək verəcəyim adamlar çar zabiti ailəsi olduğu üçün özümə başqa suallar da verirdim:

Məgər çar zabiti ailəsinə insani vəzifələr, bəşəri münasibətlər, vicdani sövqlər şəraiti daxilində kömək vermək və onları təmin etmək doğru bir hərəkətdirmi? Mübarizə apardığımız bir hökumət məmurunun ailəsinə qarşı mərhəmət göstərmək axmaqlıq və sinfi düşüncə zəifliyi deyildirmi? Bunun üçün bir firqə və bir qrupdan məzəmmət almasam belə, vicdan məzəmməti mənim üçün kifayət etməzmi? Hərgah bu kömək bir qızın göz yaşları ilə və köməksizliklə əlaqədar idisə, həmin bu qızın atası azmı göz yaşları görmüşdür? Bunlar möhtaclara kömək vermək əvəzində minlərlə ailələri ehtiyac içərisində qoyanlar deyildirmi?bə

Müxtəsər, yenə də nə qədər düşündümsə, bu suallara müsbət bir don geyindirməyi bacarmadım. Köməksiz qıza kömək etməməyi insafıma sığışdıra bilmirdim. Öz səhvimi düzəltmək üçün də imkan yox idi, çünki qıza söz verib: «Əlimdən gələn qədər kömək edərəmə,, – demişdim. Lakin bu birinci və əsas səhv deyildi, əsas səhvi Təbrizdən Culfaya gəldiyimiz zaman buraxmışdım, o zaman salam verib. salam almaqla kifayətlənsəydim, şübhəsiz ki, qız öz dərdlərini də mənə deyə bilməz və məni bu çıxılmaz vəziyyətdə qoymazdı.

Mən bunları düşündüyüm zaman belə bir qərara gəlirdim: umumiyyətlə, kişilər gözəl və gənc qadınlarla yol yoldaşı olduğu və yainki bir məclisdə oturduğu zaman özlərini ağıllı göstərməyə və bir ciilosofə kimi tanıtmağa çalışırlar. Yalnız mən belə deyildim, bir çoxlarını da qadınlara «həyat fəlsəfəsi və təbiət hadisələri barəsində uzun-uzadı danışanda görmüşəm. Gözəl qadın görürkən €filosofə kişilərin olmasının səbəbini anlaya bilmirdim.

Qadınların özü də bəzən kişilərin belə hərəkət etmələrinə haqq qazandırırlar. Onlar da rus qızının mənə c€Elədir, mənim peyğəmbərimlə dediyi kimi, fəlsəfədən, təbiətdən və ədəbiyyatdan dəm vuran kişilərə cpeyğəmbənə ləqəbi verirlər.

Axşam saat 10-a qədər məni yuxu aparmadı, başım ağırlaşdı. Nəhayət, qızla bərabər stansiyaya getmək lazım gəldiyini xatırlayib qalxdım, yuyundum, geyindim, qızla bərabər stansiyaya getmək üçün otağımdan çıxdım. Qızın da çoxdan bəri məni gözlədiyini gördüm.

O:

– Dincələ bildinizmi? – deyə soruşduqda mən:

– Bəli, bir az. Siz də dincələ bildinizmi?

– Mən, fəqət sizin himayənizə əmin olduğum üçün dincələ bildim, lakin bilmirəm onlar gələcəkdirmi?

– İndi dəmiryollarında sərnişin qatarlarına çox az yer verilir, qatarların hamısı qoşun və hərbi ləvazimat daşıyır, kim bilir, bəlkə də, öz təlaşları və bacarıqları nəticəsində gələ bildilər.

– Heç bilmirəm onlar gəlməsə mən nə edəcəyəm?

– Çöldə deyilsiniz ki? Bu gün gəlməzlərsə, bir gün sonra gələrlər.

– Artıq qalmaq imkanım yoxdur. Özünüz bilirsiniz ki, o alçaq məni çıxılmaz vəziyyətdə qoymuşdur. Şeylərimi satıb getmək məcburiyyətində qalacağam.

– O barədə düşünməyin, heç bir şeyimiz olmasa da, paramız vardır, sizin Təbrizə getməyinizə hər cür kömək edərəm.

Fayton çağırtdırdım, oturub stansiyaya yola düşdük. O öz şadlığını heç bir vəchlə gizlədə bilmirdi, əlimi tez-tez sıxır və razılıq edirdi.

Qatarın gəlməsinə çox qalırdı. Salonda oturduq, ikimiz də rahat olduqdan sonra çay sifariş verdim. Qırx dəqiqəyə qədər olan söhbətimiz yenə də gündüzkü söhbətlərin davamından ibarət idi. İndi də qız hadisə və təsadüflərdən başlamışdı: onların nə kimi bir xarici qüvvə ilə əlaqədar olduğunu isbat etməyə çalışırdı. Nəsib, qismət və taleyin müəyyən adarrlara məxsus olduğunu qeyd edirdi. O, insanların doğulmazdan əvvəl taleyinin müəyyənləşdiyini, hər kəs üçün xüsusi hadisələr yaradıldığı və hər insanın özünəməxsus bir taleyi olduğu fikrini başıma soxmaq istəyirdi. Qız sevgilisinin onu atmasının da bir xoşbəxtlik hesab etməyə başlamışdı, çünki sevgilisi onu atmasaydı, o heç vaxt mənə təsadüf edə bilməyəcək və mənim dostluğum nəticəsində xoşbəxt ola bilməyəcəkmişl Onun sevincindən yanaqları qıpqırmızı qızarmışdı, heç bir şey düşünməyirdi, o, fəqət mənimlə birlikdə oturub çay içdiyi dəqiqələri görə bilirdi.

Mən rus qızını çox diqqətlə dinləyir və bununla Ninanın və amerikalı qızın xasiyyətini müqayisə edirdim. Bu tamamilə başqa bir xasiyyət sahibi idi. Bu heç bir vaxt sabahı düşünməyirdi, sadəcə olaraq təsadüfi dəqiqələrin davamına inanırdı. Bununla Nina və amerikalı qızın xasiyyətləri arasında olan fərqlərdən birisi də özünün bir kişiyə gözəl və gənc bir qız kimi yox, sadə bir insan kimi yanaşması və özünü sevdirmək üçün zövqoyandırıcı söhbətlərə imkan verməməsi idi. Buna görə də mən özüm də Nina və amerikalı qızla birinci kərə tanış olduğum vaxt danışdığım mövzuları bu qız ilə danışmayırdım. Mən indi yəqin edirdim ki, qadınlara eşq elan etmək üçün lazım olan mövzuları qadınların özləri verirlər.

Məsələn, mən birinci kərə Ninaya «gözəl qız? dediyim zaman o bu sözümün həqiqi olub-olmamasını yoxlamaq üçün uzun-uzadı mövzular meydana ataraq, o sözü bir daha mənə təkrar etdirmək istəmişdi. Təbiidir ki, burası da qadın üçün bir növ nöqsan hesab edilə bilməzdi, qadının öz gözəlliyini qiymətləndirməsi təbii hallardan birisidir.

Təzə tanışım öz gözəlliyini və təbiətin ona verdiyi zənginliyi qiymətləndirə bilmirdi. Ona elə gəlirdi ki, əvvəlki sevgilisi bir qadın olaraq dəyərsizliyi səbəbinə onu başqa bir gözəl qadınla əvəz etmişdir, çünki o, hələ kişilərin müxtəlif və dəlicəsinə zövqləri ilə tanış deyildi. Gənc rus qızı kişilərin bəzən gözəl və namuslu qadınlardan ayrılıb pozğun bir qadınla yaşadığını görməmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXIII. Yeni hökumətin siması

«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson

3 min
XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 min
XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 min
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 min

Poems by other poets