Sahibsiz ailə
Page 4 of 4 · 75%
– Sabah Təbrizdən avtomobil müsafir gətirəcəkdir. Qriqor ağaya tapşırmışam, o, avtomobilin başqa müsafir götürməməsinə çalışacaqdır. Zənn edirəm ki, sabah yola düşə biləcəyik.
Yemək bitmişdi, kiçik qız gözlərini açmaqda çox çətinlik çəkirdi, çünki qadının dediyinə görə o neçə gündən bəri yuxusuz idi.
kkok
Culfadan qayıdıb Təbrizə gəldiyim zaman axşam idi. Maşını mehmanxananın qabağında saxladılar, çünki rus qadını ilə qızları mehmanxanada mənzil edəcəkdilər. Bu halda Arşak da gəlib çıxdı, məni maşında gördü, onu yanıma çağırdım, görüşdük, eyni zamanda rus qadınlarının təmin olunması işini də ona tapşırmışdım. Arşak mənim teleqramımı almadığını və mehmanxanaya təsadüfi gəldiyini danışdı. Mən qonaqları ona tapşırdım:
– Bunların simaları hələlik bəlli deyildir. Lakin mənim qonaqlarımdır. Onları mehmanxanaçıya tapşırarsan, hər bir xərcləri mənim öhdəmədir. Məşədi Kazım ağaya da tapşıracağam. cErmənistanpda onlar üçün mənzil hazırlasın, onlar toxunulmaz və rahat yaşamalıdırlar. Eşitdin ki?..
– Anladım. O barədə nigaran qalma. Nə vaxt görüşək?
– Lazımlı söhbətlərin var?
– Vardır!
– Axşam saat 10-da gələ bilərsənmi?
– Gələrəm. Bunları yerbəyer edənə qədər saat on olar.
– Eybi yoxdur. Bu da lazımdır. Ancaq Ninanın yanında ağzından bir söz qaçırmamalısanl
Arşak bu sözümdən əlini əlinə çalıb güldü. Mən də güldüm. Rus qadınları bundan şübhələnməsin deyə onlara Arşakın və mənim gülməyimiz barəsində izahat verərək dedim:
– Bu adam mənim ticarət yoldaşımdır. Sizin kim olduğunuzu soruşduqda mən «bacım və bacı qızlarımdım dedim. O inanmadı və dedi ki, görünür anan səni atan səfərdə olanda doğmuşdur, çünki sən heç də bacına oxşamırsan. Bunun üçün də güldük.
Bu sözümdən qadın da, qızları da güldü. Sonra da mən vidalaşıb ayrılarkən qadın tələsik soruşdu:
– Bizi tamamilə unudursunuzmu?
– Xeyr! Sizi unutmayacağam. Bu ağaya sizi tapşırdım, bütün məsarifiniz mənim öhdəmədir. Sizin üçün mənzil də tapacaqdır. Hər barədən əmin ola bilərsiniz. Özüm də görüşünüzə gələcəyəm, – deyərək ayrıldım.
Evə gəldikdə hava qaranlıqlaşmışdı. Məni Nina, Məcid, Məşədi Kazım ağa və Ələkbər yoldaş dəhlizdə qarşıladı. Bunların hamısı ilə bir-bir görüşdük. Yuyunub libasımı dəyişdim, çay otağına keçdim. Qabaqca yorğunluğumu unutmaq üçün Məşədi Kazım ağaya sual verdim:
– Məşədinin kefi necədir?
O, həmişəki adəti üzrə boynunu çiyninə qoydu və əllərini birbirinə sürtməyə başladı:
– Allah yoldaşın kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedi. – Nə üçün, işimiz yaman deyil. Yoldaşın vasitəsilə konsulxanadan götürdüyüm işlərdən beş-altı şayı çörək pulu çıxırdı.
Mən gülərək bir daha sual verdim:
– Məşədi Kazım ağa, burası bir az örtülü oldu, necə yəni beşaltı şayı?l Beş-altı şayı ilə sən ki, razı olmazsan. Burasını bir az açıq deyə bilməzsənmi? Sənin əlindən alan yoxdur ki?..
Məşədi Kazım ağa başını bir neçə kərə o tərəf-bu tərəfə çevirdi, özünəməxsus süni və amansızcasına güldü və əllərini daraqlayıb dedi:
– Hə da... beş-altı şayı çıxırdı, xərcləri ödəyə bilir... Əlhəmdülillah, inqilabımızın bərəkətindən namərdə möhtac döyülük, hərdənbir Nina xanımın və gəlinlərin məsarifi üçün sandığa da beş-altı yüz tümən qoya bilirəm.
– Demək ki, işiniz sazdır?
– Sazdır dedin qurtardı?l Amma bu işə əlli qurd göz dikibdir. Qorxuram ki, bir gün əlimi boşda qoysunlar. Siz öləsiniz, belə bir iş olsa, bağrım çatlar. Külfət başlı-başına qalar.
– Qorxmayın, elə iş olmaz. Nə qədər ki, mən Təbrizdəyəm həmin işi heç bir kəs sənin əlindən ala bilməz.
– Allah inqilabı bizə çox görməsin. Məni adam edib adamlar içərisinə çıxardı. Bilirsinizmi... mən inqilabçı olduğum üçün nə qədər şadlanıraml Uşaqlarım və Nina xanımın canı üçün, həqiqi inqilabçıyam.
Məşədi Kazım ağa elə düşünürdü ki, çar hökumətinin xəzinəsindən çıxan para çarın ata-babasından qalan xüsusi pulların hesabınadır. O, bütün pulların Rusiya kəndlisi və Rusiya fəhləsinin qabırğasından və alın tərindən çıxdığını bilmirdi. Lakin bununla bərabər, bu qazancın Məşədi Kazım ağanın əlində olması, başqalarının əlində olmasından məsləhət idi, çünki Məşədi Kazım qazancının az faizini də olsa, inqilab yolunda xərcləyirdi.
Gecə keçirdi. Yedik, içdik. Yatmaq üçün Nina öz Məcidinin otağına getdi, Məşədi Kazım ağa da xudahafizləşib qalxdı. Ələkbər yoldaşla mən oturub Arşakı gözləyirdik. Onunla Andranik paşanın Təbriz ermənilərindən könüllü yığmaq məsələsini müzakirə edəcəkdik.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-sahibsiz-aile
Use ← → keys to move, R for a random poem
More by this author
«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
XXIV. Esterin həbs edilməsiBolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
XXV. Bolşeviklər Həştərxana gedir«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov
XXVI. «Üçüncü Bahadır şah»Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.
Poems by other poets
Dərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,