دوستی را یگانه شو با دوستاز صفا چون دو مغز در یک پوست

Dostluqda dost ilə bir ol, səmimi!Bir qabıq içində cüt ləpə kimi.

دوستی کز برای دین نبوددل بر آن دوستی امین نبود

Dostluq din yolunda olmasa, gerçək,Ona əmin olmaz heç zaman ürək.

تا میان دو دوست فرقی هستهم‌چنان در میانه زرقی هست

Bir fərq görünərsə dost arasında,İkiüzlülük var arada onda.

اندرین کار یار باید، یارچونکه بی‌یار بر نیاید کار

Bu işdə yar olmaq, dost olmaq gərək!Yarsız iş aşmayır dünyada, gerçək.

تا ترا قصد و اختیار بودیار، مشنو، که با تو یار بود

Nə qədər bir qəsdin, bir təmənnan var,İnanma yar olsun onda sənə yar.

چون پی اختیار خود باشییار کس نی، که یار خود باشی

Nə qədər öz arzun dalınca getsən,Qeyrə yox, özünə yar olarsan sən.

دوست را پند گوی و پند پذیرپیش او خرد باش و خرده مگیر

Dosta öyüdlər ver, öyüd al ondan,Ona irad tutma, ancaq heç zaman.

این محبان، که شهرهٔ شهرنداز محبت تمام بی‌بهرند

Şəhərin şöhrəti olan bu dostlar,Məhəbbət yolundan düşmüşlər kənar.

دوستی از پی تراش کنندیار از بهر نان و آش کنند

Onlar qırxmaq üçün dostluq edirlər,Çörəkçün, aş üçün əldən gedirlər.

از جفا با تو دوست دیر شونددوست گیرند و زود سیر شوند

Dar gündə səninlə gec dost olarlar,Dost olar, tezcə də doyarlar, aşkar.

پی مال تواند، چون ببرندپایمالت کنند و غم نخورند

Onlar var dostudur, alsalar əgər,Səni məhv edərlər, qəm də çəkməzlər.

گر درم هست با تو در سازندتا ترا از درم بپردازند

Dir əmin olarsa, dostun olacaq,Bu yolla dirhəmi səndən alacaq.

بدهی لوت، چشمشان با تستندهی، جنگ و خشمشان با تست

Yem versən, gözləri olacaq səndə,Hirslənib coşacaq yem verməyəndə.

دوستی ز امن و استواری خاستامن چون نیست دوستی ز کجاست؟

Dostluq etibardan, vəfadan törər,Nə dostluq etibar olmasa əgər?!

هم ز احوال دوستان مجازرو نماید ترا حقیقت باز

Bu məcazi dostlar sənə, aşikar,Həqiqi sirlərin üzünü açar.

هر که این دوستی به سر نبردراه از آن دوستی به در نبرد

Bu dostluqda möhkəm olmasa hər kəs,O, dostluq yolunda bir yana getməz.

ظاهر و باطنیت باید چستتا به پایان بری تو عهد درست

Zahirin, batinin düz olsun gərək,Əhdi pozmayasan ta axıradək.

از سر بندگی به روز الستچون به پیمان دوست دادی دست

Bəndəlik eyləyib ələst günü sən,Dost verən qədəhi götürüb içsən,

بر دلت هر چه بگذرد جز دوستبعد از آن عهد کرد کار تو اوست

Könlündən nə keçsə o dostdan kənar,Bundan sonra Tanrın elə o, olar.

بر نخستینه عهد باید بودوندران جد و جهد باید بود

İlk əhdə vəfadar olasan gərək,Sonra çalışasan sərf edib əmək.

تا به پایان بری سخن، باریکه در آن روز گفته‌ای: آری

Ta ona verdiyin o vədəni sən,Çalışıb yerinə düz yetirəsən.

تا تو این عهد را وفا نکنیروی در قبلهٔ صفا نکنی

Bu əhdə sən vəfa etməsən, düzü,Səfa qibləsinə çevirmə üzü.

ایزد «اوفوا بعهد کم» فرمودآدمی عهد را وفا ننمود

“Ey insan, vəfa et əhdə”, – dedi Haqq,İnsan eşitmədi bu sözü ancaq.

از کلام ار وفا پژوه کسست« کلبهم باسط ذراع» بسست

Kim əhdi pozdusa, eşitsin bunu:“Qapıya döşədi itlər qolunu”.

کلب کو در ره وفا زد گامخرقه پوشد ز پوست در بلعام

İt vəfa yoluna düşdüsə əgər,Bələmdə dəridən xirqə geyinər.

به وفا سگ چو ز اسب شد ممتازگشت در روی او بلند آواز

Vəfada it atdan yaranmış üstün,Atdan şöhrətlidir o, bax bununçün.

بی‌هنر خود سگی بدان تا سهچون شود با همای هم‌کاسه؟

Vəfasız bir itdir hünərsiz insan,O, həmqədəh olmaz hümayla bir an.

پارسایان، که با وفا جفتنداز زن پارساش به گفتند

Vəfaya cüt olan təmiz adamlarVəfanı ismətdən üstün tutarlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love