بتا گل رخ تو کرده از بنفشه سپردو زلف تست دو جراره بنفشه سپر

ز تیر چشم تو ترسنده شد گل رخ توز مشگناب زره کرد و از بنفشه سپر

میان زلف تو و چشم تو نبرد افتادز حلقه آن مدد آورد و این ز تیر نفر

از آن شکسته شده است این دو حلقه هاش ببینکه چون هزیمتیان برفتاده است بسر

میان باغ بود سرو را همیشه مقامفراز چشمه بود نال را همیشه مقر

تراز بهر همان سرو باغ دارد یارمرا ز بهر همان نال چشم دارد تر

میانت را و تنم را پدید نیست نشاندهانت را و دلمرا پدید نیست اثر

تو آن یکی بفغان دانی و یکی بهوامن آن یکی بسخن دانم و یکی بکمر

طراز عنبر داری کشیده بر آتشسرشک باران داری نهفته بر شکر

نه شکر تو گدازد ز قطره باراننه عنبر تو فروزد ز تابش آذر

چرا پناه دل من بزیر زلف تو کردکه باشد از شب تاری نفور نیلوفر

همیشه کاخ من از عارض تو چون کشمیرهمیشه باغ من از قامت تو چون کشمر

چرا همی شوی از من تو بی گناه نفورچرا همی کنی از من تو بی بهانه حذر

مگر تو نیز شناسی که حاجب الحجاببمن نظر نکند چون بحاضران در

امین دولت و جان جهان ابومنصورکه اختیار نژاد است و افتخار گهر

بدو قوام جهانرا چو جسمرا بروانبدو نظام فلک را چو چشم را بنظر

نه او نماید رأی بدو نه عقل خطانه او پذیرد نام بد و نه آب صور

ایا خرد بتو نازنده چون روان بخردایا هنر بتو بالنده چون صدف بگهر

جهان عزیز هم از تست گرچه زوئی توصدف عزیر بدر است گرچه زوست درر

در امرهای تو عاصی شدن بود عصیانبفعلهای تو منکر شدن بود منکر

زیاد تیغ تو کردن روان شود پرخونز نام کف تو بردن دهان شود پر زر

حدیث کردن جنک تو هم بود مردیشمار کردن جود تو هم بود مفخر

دل سخا را نوری تن کرم را دلسر وفا را هوشی تن نعم را سر

وغای تو بدساز و سخای تو بد سوزدرفش تو صفدار و سنان تو صفدر

قمر گرامی باشد شب نخست بدانکبنعل اسب تو ماند شب نخست قمر

اگر نشان سنان تو بشنود خاقانو گر فروغ حسام تو بنگرد قیصر

یکی حسد برد از بنده ای که باشد کوریکی حسد برد از بنده ای که باشد کر

فروغ رأی تو مر سنگ را کند یاقوتنسیم کف تو مر خاک را کند عنبر

تو بر خلاف جهان آمدی بعلم و سخااگر همیشه جهان بوده برخلاف بشر

گهر گرامی بوده است از آن و دانا خوارز تو گرامی دانا شده است و خوار گهر

ایا بمردی ملکت گشای و دشمن بندو یا برادی گوهر فروش و مدحت خر

ز هر کسی بهمه جای بیشتر بودماگر بنزد تو هستم ز هرکسی کمتر

و گر براست نداری حدیث بنده همیگوا تو خواهی از شاعران بخواه ایدر

گرم بشعر کسی همسری تواند کردهر آن سخن که شنیدی ز من دروغ شمر

همیشه تا پی گردون بنیک باشد و بدهمیشه تا رخ اختر بخیر باشد و شر

ز بهر دولت تو باد گردش گردونبرای ملکت تو باد تابش اختر

Bənövşədən gül üzün, ey sənəm, edibdi süpər.İki hörük qoşa əfi kimi yanağın öpər...

Gözünlə zülfün arasında qopdu bir qovğa,O halqa saldı işə, bu oxu ona yeridər.

O qoşa zülfünə bir bax ki, halqalanmışdır,Bu rəsmdir, basılanlar başı aşağı düşər.

Məqamı sərvin həmişə səfalı bağda olar,Qamışsa, rəsm budur, batlağın yanında bitər.

Səni o sərv boyun xatirinə istər bağ,Mənim gözümsə qamış həsrətində yaş çiləyər.

Sənin belinlə mənim cismimin nişanı itib,Yox indi səndə ağız, məndəsə ürəkdən əsər.

Birindən ah, birindən fəğan məndə qalıb,Sənin birinə sözündür nişan, birinə kəmər.

Yanağının odunu ənbər ilə örtmüşsən,Axanda göz yaşın, örtər onu şəkər ləblər.

Nə ənbərin alışar şöləsindən atəşinin,Nə gözyaşı yağışından o şəkkərin əriyər.

Niyə sığındı sənin zülfün altına ürəyin,Sevərmi heç de qaranlıq gecəni nilufər?

Həmişə qəsrimi Kəşmirə döndərər çöhrən,Həmişə sərv boyun bağımı edər Keşmər...

Məgər çatıb sənə də bu ki, pərdədarbaşı,Mənə nədənsə edir başqa bir göz ilə nəzər?

Cahana, dövlətə candır, əmin Əbu Mənsur,Bütün sülalə onun varlığıyla fəxr eylər.

Cahan onunla, bədən ruh ilə qərar tutmuş,Fələk onunla tapar nəzm, nur ilə gözlər.

Başında pis fikir, ağlında bir xəta olmaz,Nə pis bir ad götürər, nə suda şəkil çəkilər!

Ağıl səninlə, şahım, əql ilə vücud öyünər,Sədəf gövhərlə əzizdir, səninlə elmü hünər!

Cahan yaratdı səni, sənsən izzətinə səbəb,Sədəf onunla əzizdir ki, bəsləmiş gövhər,

Sən əmr versən, əməl etməmək olar üsyan,Sənin əməllərini hər danan olar kafər.

Qılıncını yada saldıqda ruh qanla dolar,Əlindən ad çəkənin ağzı kimyaya dönər.

Sənin döyüşlərinin vəsfi də igidlikdir,Səxavətindən açan bəhs, həqqi var, öyünər.

Səxavətin ürəyi, nuru, qəlbisən kərəmin,Vəfa başında ağılsan, xeyir canında ciyər.

Ədavətində qənimsən, səxavətində kərim,Qılıncın səddi yarar, bayrağın qurar səflər.

Hər ay birinci gecə aypara, əziz tutular:Axı o, köhləninin ay nalına çox bənzər.

Eşitsə nizənin haqqında vəsflər xaqan,Qılıncını çəksən əgər görsə bərqini qeysər.

Birinci, kar quluna, sərvərim, həsəd aparar,İkinci, kor nökərin Halına min qibtə edər.

Düşərsə əzm işığın hər daşa, edər yaqut.Əlin nəsimi qara torpağı qılar ənbər.

Cahan xilafınasan elmdə, səxavətdə,Cahan həmişə olubdursa da xilafi-bəşər...

Sən ey sünurlar açan, düşməni salan bəndə,Verib də xəznəni bir mədhi eyləyən əzbər.

Əziz idi hamıdan, hansı yerdə olsaydım,Sənin gözündə nədən olmuşam belə bifər?

İnanmasan sözünə bəndənin, nə çox şair,Mənimlə azca tutuşdur və mərhəmət göstər!

Əgər biri mənə tay olsa şeir yazmaqda,Sənə nə ki, demişəm, bil, yalandır, ey sərvər!

Fələk həmişə edir dövr, yaxşısı, pisi var,Həmişə ulduz ilə üzləşər xeyir, ya şər.

Sənin səadətinin namına fələk dönsün,Həmişə şahlığını nura çulğasın göylər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring