Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə,Dövlətli olan yerdə cəsarət edə fəhlə,Asudə nəfəs çəkməyə halət edə fəhlə,Yainki hüquq üstə ədavət edə fəhlə,Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun?Axır nə səbəb söz deməyə qüdrətin olsun?Əl çək, bala, dövlətlilərə xidmətin olsun,Az-çox sənə verdiklərinə minnətin olsun!...Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Dövlətli, amandır, özünü salma bəlayə,Fəhlə sözü həqq olsa da, baxma o sədayə,Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,Öz şənini puç eyləmə hər bisəru payə!..Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Aldanma, fəqirin olamaz əqli, zəkası,Çün yoxdur onun sən kimi pakizə libası,Yox sərvəti, yox dövləti, yox şalı, əbası,Var köhnə çuxası, dəxi bir təkcə qəbası…Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

İstərsən əgər olmağa asudə cəhanda,Ta olmayasan qəmlərə aludə cəhanda -Fəhlə üzünə baxma bu bihudə cəhanda,Öz fikrini çək, ol dəxi fərsudə cəhanda,Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Gör millətinin dərdini, axtarma dəvasın,Əl çəkmə yetimin başına, kəsmə sədasın,Zinhar qoyub dəhrdə bir xeyr füqərasın…Yad eyləmə, şad eyləmə millət füqərasın…Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate