Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü-cəlalı gərək olsun,İnsan olanın dövləti, malı gərək olsun,Hümmət demirəm, evləri ali gərək olsun;Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə,Sən dur ayaq üstə, demə bir söz ümərayə,Caiz deyil insanca danışmaq füqərayə,Dövlətlilərə kəndini yeksanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Fəqr ilə ğina əhlinə kim verdi müsavat?Mənadə də, surətdə də var bunda münafat,Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,Bu mümtənəi qabili-imkanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,Məqsud müsavat isə ayrılma ceyindən,Var nisbətin ərbabi-ğinayə nə şeyindən?Bir abbası gün muzdunu milyanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,Əmlak bizimdirsə, əyalət də bizimdir,Divan bizim, ərbabi-hökumət də bizimdir,Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Asudə dolanmaqda ikən dövlətimizdən,Azğınlıq edirsiz də hələ nemətimizdən,Boylə çıxacaqsızmı bizim minnətimizdən?Ehsanımızın küfrünü şükranmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!Ya bir usanırsan?!Əlminnətü-lillah,Odlara yanırsan?!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-fehle-ozunu-sen-de-bir-insanmi-sanirsan
Use ← → keys to move, R for a random poem
More by this author
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!")Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Millət şərqisi ("Qeyrət edib çalışdın, düşdün qabağa, millət!")Qeyrət edib çalışdın, düşdün qabağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Giley yaxud umu-küsü ("Get-gedə, "Zənbur" ağa, sən də çaşırsan deyəsən?!")GİLEY YAXUD UMU-KÜSÜ**Get-gedə, “Zənbur” ağa, sən də çaşırsan deyəsən?!
Poems by other poets
Özümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.