Qocalar marşı ("Bir qocayam çaq nər kimi yaşaram")
Bir qocayam, çaq nər kimi yaşaram,Dörd arvadı bir-birinə qoşaram,Bir ildə üç-dördün alıb boşaram,Qoca kişi yalqız yatmaz...m!Barmağıma əqiq üzük taxaram,Saqqalıma çox-çox xına yaxaram,Hər yerdə bir arvad görsəm baxaram,Qoca kişi yalqız yatmaz...m!Oruc tutub, namazımı qılaram,Dəsmalımı göz yaşıma bularam,Huriləri virdimdə arzularam,Qoca kişi yalqız yatmaz...m!Bir mö’münəm, əba, qəba bürünnəm,Nəzərlərdə mələk kimi görünnəm,Bir uşaqçın illər ilə sürünnəm,Qoca kişi yalqız yatmaz...m!On yaşında uşaqların başına,Əl çəkərəm gah gözünə, qaşına,“Xod” verərəm gecə-gündüz maşına,Qoca kişi yalqız yatmaz...m!Axirətim, imanım var, dinim var,Ariflərnən ədavətim, kinim var,Bir xoruzam əlli yerdə hinim var,Qoca kişi yalqız yatmaz...m!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-qocalar-marsi-bir-qocayam-caq-ner-kimi-yasaram
Use ← → keys to move, R for a random poem
More by this author
Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
Amalımız, əfkarımız ifnayi-vətəndirAmalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,
SərhesabSəs ucalaşdı, qoymayın!Millət oyaşdı, qoymayın!
Ağlaşma ("Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!")Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!
Poems by other poets · Satire
Gəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Hüriyyəti-nisvanKeçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.