CAVAN-QOCA– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?– Həmdülillah, necə görmüşdüsə Nuh1, oyləcədir!– Yeni məktəb açılıbmı vətən övladı üçün?– Az deyil Adəm açan mədrəsə əhfadı üçün!– Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?– Bə’zi sarsaq oxumuşlar oxuyur, mən oxumam!– Ölkənizdə açılıbdırmı qiraətxanə?– Tazələr açmış idi, qoyduq onu viranə!– Ac qarındaşlara infaq edilirmi, əmi can?– Onu görməzmi xuda, el niyə versin ona nan?!– Bivə övrətlərin əmri alınırmı nəzərə?– Canı çıxsın, o da getsin yenə bir tazə ərə!– Ittihad əmrinə dair danışırsızmı barı?– Danışır bir paramız2, leyk boğazdan yuxarı!– Sünniyü şiə təəssübləri ləğv oldumu ya?– Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!..– Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm…– Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!– Buna bax, ağzına bax, surəti-idbarına bax!– Başının şapqasına, etdiyi göftarına bax!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire