الدن چیخارام زلف پریشانینی گورجک
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
الدن چیخارام زلف پریشانینی گورجکایشدن گیدرم سرو خرامانینی گورجک
Eldən çıxaram zülfi-pərişanını görgəc,İşdən gedərəm sərvi-xüramanını görgəc.
سوسیزلارا گر جان آخیدور چشمه حیوانمن جان ویریرم چشمه حیوانینی گورجک
Susuzlara gər can axıdur çeşmei-heyvanı,Mən can verərəm çeşmei-heyvanını görgəc.
گر باغلاماسون ایل گوزینی شرم عذارینجاندان کسیلور خنجر مژگانینی گورجک
Gər bağlamusan el gözünü şərmi-üzarın,Candan kəsilür xəncəri-mücganını görgəc.
ریحان که نزاکت توکولوردی قلمیندنخط تیره چکر زلف پریشانینی گورجک
Reyhan ki, nəzakət tökülürdi qələmindən,Xət tirə çəkər zülfi-pərişanını görgəc.
بلبل که گلون لعل لبیندن سوزآلیردیدیلی دولاشور غنچه خندانینی گورجک
Bülbül ki, gülün ləli-ləbindən söz alırdı,Dili dolaşır qünçei-xəndanını görgəc.
رضوان که بهشتین یمیشی گوزینه گلمزدیشلر الینی سیب زنخدانینی گورجک
Rizvan ki, behiştin yemişi gözünə gəlməz,Dişlər əlini sibi-zənaxdanını görgəc.
تردن خط ریحان ورقین پاک سیلیپدورنقاش گلستان خط ریحانینی گورجک
Yerdən xəti-reyhan vərəqin pak silibdir,Nəqqaşi-gülüstan, xəti-reyhanını görgəc.
گلرنگ اولور صبح اتکی قانلو تریندنخورشید عذار عرق افشانینی گورجک
Gülrəngi alur sübh iki xali-tərindən,Xürşidi-üzar möhriqi – əfşanını görgəc.
Maqta — the closing couplet bearing the poet’s pen name. مژگانی اولوب قانلو یاشیندان رگ یاقوتصائب لب لعل گهر افشانینی گورجک
Maqta — the closing couplet bearing the poet’s pen name. Mücgani alıb qanlu yaşından rəgi-yaqut,Saib ləbi-ləli göhər əfşanını görgəc.
Kitabxana.az · https://kitabxana.az/en/works/saib-turki-qezel-3
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Hərçənd düşdü eşqin odu canə, ey gözəlHərçənd düşdü eşqin odu canə, ey gözəl,Atəş vurubdu xərməni-imkanə, ey gözəl.
Dağlar havalı gənclikEy mənim sabahım, mənim bu günüm,Ey mənə canımdan, gözümdən üstün.
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,