Var idi Baxərəzdə bir əhməq,Vəh, nə əhməq ki, əbləhi-mütləq.Bir zaman Bəlxdən gəlirdi bəri,Yıxılıb ta ki yolda öldü xəri.Çığırıb hərçi eylədi fəryad,Gördü fəryad eyləməz imdad.Növhədən eşşək olmadı zində,Dərisin soydu ol pərakəndə.Pustin saldı duşə, oldu rəvan,Hər kimi yolda gördü ol heyvanDedi ki, gördüz eşşəyimi gedən?Yetişibdirmi şəhrə indiyəcən?Dedilər: – Xeyr, görmədik eşşək,O deyərdi, yalan deyir bişək.Bir neçə aşinayə oldu düçar –Ki, tanırlardı anı hər necə var,Dedi: – Gördüzmü yolda bir eşşək,Rəngi qarə, uzun qulaqları şək?Cilddən eşşəyim çıxıbdır haman,Məndən əqdəm evə olubdu rəvan.Dedilər: – Bu hekayə böhtandır,Eşşəyin şəhrdə nümayandır.Səndən, ey bülhəvəs, küsübdür eşək,Yetişib şəhrə bil ki, indiyədək.Bilirik, biz küsüb gedib o əlil,Özünü qaziyə salıbdı dəxil.Şəhrə varid olan kimi dərhal,Qaziyə get bəyan elə əhval.Eşşəyinlə səni o əhli-fəlahSülh edib ta ki eyləsin islah.Varidi-şəhr olub gecə o cənab,Öz evin gəldi qıldı dəqqülbab.Pəsi-dərdən xitab eylədi zən,Dedi: – Ey qapını döyən, kimsən?Dedi: – Ey övrət, Əhmədəm, cüllah,Şövhərin, sahibi-himari-siyah.Fəthi-bab oldu çün ona hasil,Evinə Əhməd olmadı daxil.Dedi övrət ki, gəlsənə, a kişi!Dedi: – Çoxdur hələ kişinin işi.Hələ mən doğrudan ki, gəlməmişəm,Bir xəbərçün bu əzmi eyləmişəm.Dərisindən çıxıb himari-siyah,Yıxılıb yolda verdi can nagah.Leyk yolda neçə rəfiqi-kühənDedilər: – Eşşəyin küsüb səndən.Gedibən qaziyə düşübdü dəxil –Ki, onu saxlasın yanında bir il.Dedi övrət ki, doğrudur bu xəbər,Bilirəm, çünki ölməyibdir xər.Budur, evdə durubdur əfsarı,Düşmənin öldürə onun tarı.Olma divanə, ölməyib mərkəb,Get elə qazidən himarı tələb.Yanına saldı oğlun ol əbləh,Oldular kam üçün rəvaneyi-rəh.Dedi: – Ey nuri-didə, eyləmə şək,İnşaallah ki, sağdır eşşək.Bəlxdən ta ki gəlmişəm vətənə,Eşşək öldü, deyən yox idi mənə.Etmişəm hər kimi görəndə soraq,Dedilər hamı eşşəyindir sağ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets