Allaha ruşvət

Həmədan ölkəsində xud əlanVardı bir qəryə, xəlqi çox nadan.Necə var bizdə qəryeyi-Lahic,“La” bemənayi-hiç, “hiç” də hiç.Bir il ol qövmə qəht olur baran –Ki, qalırlar səfilü sərgərdan.Edir ol qövmi-zar cəmiyyət –Ki, gərək tanrıya verək rüşvət,Ta bizə göydən endirə baran.Bir qədər simü zər qılıb saman,Bağlayıb dəstmalə simü zəri,Verdilər kətxudayə simü zəri.Kətxuda azim oldu mövlayə,Düşdü biçarə kuhü səhrayə.Gəzdi səhrani zarü sərgərdan,Əldə rüşvət, özü xuda-cuyan.

**“Rəbbi ərni” deyib gəzirdi rəvan,Nagəhan bir səvarə oldu əyan.Demə kim, bir əmiri-şahsəvarEyləyibmiş o gündə əzmi-şikar.Əldə şahini-ahənin mixləb,İki tazi yanında tövqi zəhəb.Görcəyin ol əmiri-zişani,Tutdu heyrət o mərdi-nadani.Belə fikr etdi kim, xudadır bu,Dedi kim, dərdimə dəvadır bu.Yüyürüb səcdə qıldı ol kövdən,Dedi: – Ey xaliqi-zəminü zəmən!Məni göndərdi bir bölük füqəraƏrz edirlər ki, ey şəhi-vala,Bu qədər simü zərdi rüşvətimiz,Yoxdu bundan füzunə qüdrətimiz.Bizə barani-rəhmət eylə əta,Nari-qəht ilə yanmasın füqəra.Ol əlün üstə Cəbrəilə qəsəm,Bu iki şux Əzrəilə qəsəm.Bizi rəhmətdən eyləmə növmid,Qifli-məqsudə şəfqətindü kilid.Bildi kim, əqli yoxdu, müxtəsəri,Aldı, etdi qəbul simü zəri.Dedi: – Oldu qəbul rüşvətüvüz,Yaxşı niyyətdü, qorxma, niyyətüvüz.Bu gələn cümə biqüsuru gümanSizə inzal eylərəm baran.Şad olub gəldi ol fəqir, səhər,Verdi bu macəranı xəlqə xəbər.Dedi: – Gördüm xudayi-ərşi-bərin,Əlinin üstə Cəbrəili-əmin,İki Əzraili yanında əyan,Tizçəngalü ahənindəndan.Görcəyin səcdə eylədim bünyad,Eylədim rüşvətimi pişnəhad.Gərçi bir töhfeyi-mühəqqər idi,Leyk ikram ilə qəbul elədi.Ruzi-cümə o mənbəyi-ehsanBizlərə vədə eyləyib baran.Əzqəza, ruzi-cümə yağdı yağış,Mürtəfe oldu seyl yeddi qarış.Qəryə heyvanları həlak oldu,Xəlq tufanla zəhrəçak oldu.Dedilər: – Ol xudayi-biminnətHarda görmüşdü min tümən rüşvət?Pulu çox gördü, eylədi ifrat,Deyəsən ki, atıbdı həbbi-nişat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love