Səndən ötrü neçə müddətdi məlamət çəkirəm,Tiflsən, sən nə bilirsən ki, nə möhnət çəkirəm.

Çərxi-dəvvar ilə yerdən gögə vardır fərqim,O çəkə bilmədi, mən bari-əmanət çəkirəm.

İstəməzsən, dedim, ey mah, qübari-qədəmin?Dedi: rövşəndi bu, yerdən gögə minnət çəkirəm.

Pərdeyi çeşmimə mümkündü çəkəm surətüvi,Mərdümi-didə rüxün görməgə qeyrət çəkirəm.

Etdi ayineyi-rüxsarüvi axır tirə,Çəkdigim ahlərə indi xəcalət çəkirəm.

Yar olub özgələrə yar, çəkir zövqü səfa,Düşmüşəm mən quru böhtanlara töhmət çəkirəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dedilər öldürəcək yar səni, ey Seyyid,Tanrı şahiddi ki, bu xeyr işə həsrət çəkirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets