Page 2 of 2 · 50%

– Necə xətər-zad toxundurarlar?

– Düzü, indi Məmalik bizim qədim İran yenə də qaynar qazan qapağına dönübdür.

– Necə qaynar qazan qapağına?

– Belə qaynar qazan qapağına ki, bu yan Təbrizdə Şeyxin şurişi başlayıbdır, yuxarı Tehranda Qacar xanədanına rəxnə düşübdür! Belə görünür ki, İranda yeni bir papaqaldıqaç başlayacaqdır!

– Həm də görünür ki, köhnə üsul ilə məmləkəti idarə etmək də xeyli müşkül olacaqdır...

– Belə də görünür ki, şahənşahlıqdan fəzlə İrana daha güclü və müstəqil xanlıq-şahlıq vacibdir ki, ixtilalçı savalançılar kimilərini daha mətin qantada saxlamaq mümkün olsun! Yoxsa gədə-güdələr gündə burnumuza duzlu su dolduracaqlar! – deyə öz ümdə bığlarını eşə-eşə xırda nəvələrini də gətirdi. Məmalik xırdalarla görüşüncə kövrəldi, əyilib hər ikisinin üzündən öpdü:

– Mənim nuri-didələrim!

– Bax, görürsənmi, bizim büzürg xanın mərhəmətli ürəyini! – deyə Həlaku gəlini Ərmağana qocanın yaşaran gözlərini göstərdi. – Qohumluq, qan qarışıqlığı, xüsusən ortalıqda nəvə olmaqlığı belədir ha!

Ərmağan başını əyib təsdiq etdi, irəliyə gəlib atasının qolundan ikiəlli tutdu:

– Ata öz qonaqlarına icazə verərmi əndəruna daxil olsunlar?

– Nəyə görə möhtərəm qonaqlar belə tələsirlər?

– Qardaşımızı görmək, xan fərzəndini ziyarət etmək üçün!

– Rəiyyət qızından olan oğlanı qardaşlığa qəbul edən varmı?

– Sidq səmimiyyətim üçün, həm də evimizdəki nagüvara rəftarımıza görə, ürəkdən peşmançılıq çəkib bir Allahın müqabilində dönədönə Quran-məcidə qəsəm qıla bilərəm, ata!

– Ay Məmalik, ay Məmalik! – deyə Həlaku qoca qohumuna cavab verməyə macal vermədən öz şişpapaqlı başını buladı. – Bəyəm, neçə yol Qurana əl basıb, qəsəm qılarlar? – Bununla da Həlaku öz qohumuna dedi ki, bəs şübhəyə yer yoxdur, onların ürəyi əl içi kimi açıqdır. Məmalikin gümanına gedən dədə-baba ədavətindən onların ürəklərində də daha iz-toz qalmayıbdır. – Gərəkdir ki, şübhəni qovasan, şeytanı tapdayıb, içəri qurdu öldürəsən! – deyə Həlaku çal bığlarını əsdirə-əsdirə davam edib, qohumunu qabaqlayıb qınadı. – Düz tamam iyirmi ildən artıqdır ki, külli-İran xanları bizim ayrılmaz qohumluğumuza qibtə edirlər və heç bir düşmənin də yan-yörədən qıcanan dişləri bizə batmır!..

Məmalik xan istədi ki, “əlbəttə-əlbəttə” – deyib təsdiq etsin, ancaq bu barədə ürəyinin ziddinə çıxıb dinmədi. Ərmağan atasını əndəruna çəkdi. Məmalikin xırda nəvələri onlardan üzülmədi. Həlaku öz əyanları ilə birun tərəfdən ərklə imarətə qalxdı.

Məmalik xan qızının, nəvələrinin qabağına düşüb, balaca qapını açdı, onları içəridən güllüyə keçirdi.

– Ata, sizin növrəstə xanımınız, əndərun aləmində də olsa, mehmannəvazlıq göstərib qarşımıza çıxmır, – deyə Ərmağan bir an əvvəlki andının ziddinə olaraq qızarıb bozardı, ancaq tezcə də sinəsində alovlanan kini gizləməyə cəhd etdi. Atası isə qızının üzünə baxmadan yenə də atmacalı cavab verdi:

– Məhəmməd qızı Məhtaban, daha Ərmağan xanım kimi xan qızı deyildir ki, istiqbala çıxmağı, əziz qonaqları necə şirin dillə qarşılamağı bilsin!..

– Barı əziz atamız bir az əzəlki Quran qəsəmindən sonra da olsa, bizi həlakıların yanında sancmasın! – deyə Ərmağan işarə ilə atasına bildirdi ki, onun sevimli nəvələri hər necə xırda olsalar da, həm də Həlaku nəvələridir. Bilər-bilməz tünd danışıqları onlar burada Həlakuya, orada da Ərdahana, Ərşada, hətta qaradinməz Gurşada belə çatdıra bilərlər. Barı elə olsun ki, ata ilə qızının arasında olan ixtilaf bacardıqca pünhani olsun, bacardıqca başqaları bilməsinlər. – Əziz atamdan acizanə rica edirəm ki, məni assa da, kəssə də, tənhalıqda, təklikdə assın-kəssin!.. – deyə Ərmağan atasını ciddən xəbərdar etdi...

Məmalik tərəddüd içində ayaq saxladı. Ərmağan ətrafa hər necə diqqətlə göz gəzdirib, sözlü adam kimi boylansa da, atasının ömründə xoşlayıb, əhvalından razı olmadığı Sərəncamın adını dilinə gətirmədi. Demədi ki, bura anamın güzargahı idi. Bəs anam yuxarı imarətdə yox, bu birmərtəbəli otaqda keçinibdir!.. Ərmağan da qayınatası Həlaku kimi belə nəticəyə gəlmişdi ki, burada nə edəcəksə, pünhani edəcəkdi, məqamına qədər üzə açılışmayacaqdır, sinəsində gizlənən kin-küdurətini büruzə verməyəcəkdir!..

Ata ilə qızı əndərundan yuxarıya, imarətə qalxdılar. Məmalik, xanım otağının qapısını açdı:

– İzin olarmı?!

– Xan buyursun!..

– Ərmağan xanım öz balaca qardaşını görməyə təşrif gətiribdir, Məhtaban!..

– Buyursunlar! – deyə bənizi saralan, həyəcandan sinəsi qalxıb-enən Məhtaban yana çəkildi. Ərmağan xanım göz gəzdirə-gəzdirə içəri girib, beşiyin örtüyünü götürdü. Ata bir, ana ayrı qardaşının mışıltısını dərindən dinləyib, onun məsum sifətini süzdü. Ərmağanın xırda uşaqlarının körpəliyi ilə bu körpənin arasında nə qədər də bənzəyiş və müşabihət var idi!.. Ərmağan dönüb Məhəmməd qızı Məhtabanın boynunu bərk-bərk qucaqladı:

– Mən çox şadam, Məhtaban xanım!..

– Mən isə çox günahkaram Ərmağan xanım!

– Niyə, nə üçün?

– Nagüvara iş görmüşəm, xanım! İstər-istəməz Sərəncam xanımın yerinə günü gəlmişəm!

– Əsla! – deyə Məmalik, etiraza qalxmışdı. – Məhtabanı mən özüm gətirmişəm!

– Nəticəsinə mən şadam... Mən qoca atamın oğul yurdculu Məmalik atanı bağrıma basıram! – deyə Ərmağan beşiyi tərpədib körpəni oyatdı, qundağı ikiəlli qaldırıb, qucağına götürdü. Bir atanın iki övladının gözləri bir-birinə sataşdı. Bu gözlərin birisi məkrlə, birisi də məsumluqla dolu idi...

– Ata, indi sənin iki balan var! – deyə Ərmağan qalib gələn övladlıq hissi ilə hıçqıra-hıçqıra ağladı. – İndi bizim hər hansı düşmənimizə qarşı dura biləcək, məqamında layiqli cavab verə biləcək oğlumuz, varisimiz vardır!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 min
XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 min
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 min
XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

19447 min

Poems by other poets