Uşaqlıq həyatımdan xatirələr
Contents
Page 1 of 7
Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu əmələ gəlir.
Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, tə’lim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya seminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərinə aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində kimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.
Kənd məişəti
Seyidli və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də bağ. Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Kürcüstan bağları kimi gələsən deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar.
Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyirlər.
Mən gözlərimi açdıqca özümü belə zənkin təbiət içində gördüm. O məni mərhəmətli qucağında yaşadarkən, həyatın ağır zəhərli hallarını, yetimlik, yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq, yenə də bağa qaçardıq. Çürbəçür meyvələr orada; çiçəklər, göy otlar orada; rənkin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi.
İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rənkin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva tikməyə məşğul olduqda, biz də onlarla bəhs edərək evçik tikib çiçəklərlə bəzərdik. Bu mövsümdə yetişməyə başlayan meyvələrə gəldikdə, biz onların dəyməyini gözləməzdik. Alça çiçəyini tökub bir balaca böyüyən kimi göy olmağına baxmayaraq, duz ilə yeyərdik. Sonra tut ilə kilas dəyməyə başlardı.
Yay fəslində ərik, kavalı, böyürtkən dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzkil, zoğal, alma, armud, qoz və qeyri meyvələr yığmağa məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq. Qar hər yeri bürüyən zaman biz bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa başlardıq. Top getdikcə irilənərək axırda boyumuzdan hündür olardı, daha yumalamağa küçümüz çatmazdı. Ya da qardan adam, heyvan heykəli qayırardıq. Lakin bu oyunun axırı ağlamaq olardı. Çünki üşümüş əllərimizi oda verdikdə sızıldamağa başlardı.
Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın tə’lim və tərbiyə rolu artır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşağın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab verib, onu sakit etmək lazımdır. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə bağımızda idim. Çırçırama arasız çırıldayırdı.
– Ana, o çırçırama nə deyir? – deyə sual etdim.
– Oğlum, o çırçırama deyir ki:
Qarışqaçıq – quruşqaçıq.
Mənə dedi, qarışqaçıq.
Dedi, dedi, dedi, dedi.
Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Çırçırama oxuyanda mən də ona qoşulub deyərdim:
– Qarışqaçıq – quruşqaçıq.
Mənə dedi, qarışqaçıq.
Dedi, dedi, dedi, dedi.
Səslərin ahənki çırçıramanın oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da çırçırama o sözləri deyirdi.
Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr «çik-çik» edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: «Çırrıt!» edərək səs saldı. Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum:
– Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər?
– Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir!
Doğrudan da bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum:
– Ana, bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi?
Anam gülərək dedi:
– Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş desin.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-usaqliq-heyatimdan-xatireler
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci pərdənin səhnəsi. Pərdə qalxdığda Səfdərqulu bəy görünür.*Səfdərqulu bəy** (saata baxır). İndi seçki gərək qurtara. Nəbi! Nəbi!..
Eşq və intiqamBeş pərdəli yeddi şəkildə faciə*İştirak edənlər
Birinci pərdəSəhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Poems by other poets
— Həsən:Göstərəndə qaşlarının tayını,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.