Nə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-büləndOluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Maqta — the closing couplet bearing the poet’s pen name. Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,Zahirən lalə otağında qonaq-qarəsi var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets