Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür,Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür.
Həvayi-eşq sərdə, xatirində vəsl sevdası,Dilində əzbəri-yarü cinan ölmək nə müşküldür.
Tamaşayi-camalından nəzərlər olmaya xali,Nizami-xəttü xalı xoşnişan ölmək nə müşküldür.
Kəlamı, nitqi, ləfzi xoş, dili şirin, üzü xəndan,Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür.
Çəkə həsrət görənlər, görməyənlər arizusunda,Ola dillərdə vəfi hər zaman, ölmək nə müşküldür.
Keçib peykan bağrından, düşüb məcruh sərgəştə,Ola al qanına qəltan ölmək nə müşküldür.
Verə qürbətdə can, yanında yarü həmdəmindən yox,Qala könlündə hər sirri nihan, ölmək nə müşküldür.
Təkəllümdən düşüb dil, tabü taqət qalmayıb canda,Gözü yollarda qalıb bizəban ölmək nə müşküldür
Tamam olmaz yüz il şərh eyləsəm bu dərdi-bidərman,Qəribü bikəsü bixaniman ölmək nə müşküldür.
Maqta — the closing couplet bearing the poet’s pen name. Neçə növrəs cəvani-sərəfrazından cüda, həsrət,Vidadi, xəstə düşmək, natəvan ölmək nə müşküldür.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-olum-heqdendir-emma-novcevan-olmek-ne-muskuldur
Use ← → keys to move, R for a random poem
More by this author
Dəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
DurnalarQatar-qatar olub qalxıb havaya,Nə çıxıbsız asimana, durnalar!
DüşərSeyri-gülşən etsən, ey gül’üzarım,Bülbül oxur, bağlar sədayə düşər.
Ey hymdəmim, səni qanə qərq elərEy həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
Poems by other poets · Separation
Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi