Azərbaycan balası
Şair Nizaminin gözəl vətəni,Qoynunda bəsləyib böyütdü səni.Oxşadı alnını ulduzlu göylər,Açdı qucağını gül üzlü səhər.Bir yanda Xaçbulaq, bir yanda Qoşqar,Bizim dünya görmüş o qoca dağlar,Kəpəzin, Göy gölün təmiz havası,Qayalar döşündə qartal yuvası,O dağlar mülkünün min çoban səsi,Kəhriz başındakı çinar kölgəsiSənin qismətinə düşdü əzəldən;Sinədən söz qoşub şeir düzəldənEllər məclisində oturub-durdun,Könül tərlanını burdan uçurdun.
Aşıqlar saz tutub söz açan zamanDastanlar eşitdin qoç Koroğludan;Sıçrayıb Qır atın belinə qalxdın,Sel kimi kükrəyib, su kimi axdın,Misri qılıncını çaldın dörd yana,Düşmənə gəl dedin mərd-mərdana.İllər dolandıqca sən doldun yaşa,Gözəllər boyuna etdin tamaşa…Bir yerdə dincəlib durmadan bir anKeçdin dərələrdən, aşdın dağlardan,Gah qılınc oynatdın, gah nişan atdm,Turaclı çöllərdə sən at oynatdın.Sən də igidlərlə çıxıb sürəyə.
Toyların nəməri mənimdir deyə,Öz kəhər ürgəni çapdın dördnalaQoymadın nəməri başqası ala.O zaman köksünə sığmadı vüqar,Bizim dünya görmüş arif qocalarBarmaqla göstərdi səni o zaman,Qəhrəman dedilər sənə, qəhrəman!
Kənddə deyirlər ki, bir buğa varmış,O şiş buynuzilə adam vurarmış.Əlindən insanlar gələrmiş təngə,Kimsə girişməzmiş onunla cəngə.Naxır qayıdanda bir axşam çöldənÜz-üzə gəlmisən o buğayla sən:"Buğa, bu adətdən bir dəfə əl çək!Yenəmi əcəlsiz insan öləcək?".Buğa tüklərini qabardıb birdən,Səni buynuzlamaq, vurmaq istərkənBeyninə sıçramış qəzəbindən qan.Buğa nərə çəkib şığıyan zaman,Dartaraq heyvanın buynuzunu sənÇəkib çıxarmısan onu dibindən.Oxucum sormasın bu sözlər nədir,Nə deyim… bəlkə də bir əfsanədirQoy olsun, ellərdir yaradan bunu,Ellər sevəcəkdir öz mərd oğlunu.
O gün ki, dilləndi topların səsi,O gün ki, ölümün ilan nəfəsiYayıldı qəflətən ana torpağa.Sən Vətən eşqilə qalxdın ayağa…Sən Qızıl Orduya getdiyin zamanAlnından öpərək demişdi anan:"Get oğlum! Yoluna uğurlar olsun!Vətən məhəbbəti sənə yar olsun!Döyüşdə düşmənə arxa çevirsən.Südüm haram olsun sənə bu gündən!.."
Sən əsgər olduğun o vaxtdan bəriQaldı qulağında ana sözləri.Nə yağmur, nə yağış, nə boran, nə qar.Nə do fil xortumlu dəhşətli toplar,Nə düşmən hiyləsi, nə duman, nə çən.Nə də ki, başının üstündən keçənQara qarğaların ölüm xəbəriSəni qorxutmadı o gündən bəri.Üşütmə düşmədi canıma bir an,Güllələr çoyuyub keçdi yaxından…
Şöhrətin olmuşdur dillərdə dastan,Hünərlə yaradır şöhrəti insan.Adınla fəxr edir bizim yamaclar,Muğan çöllərində ötən turaclar.Adınla fəxr edir bizim analar,Göy gölün üstündə süzən sonalar.Adınla fəxr edir şeirlə sənət,ölməz qəhrəmanlıq, ölməz məhəbbət!Səndən aşıqlar da deyib coşurlar,Adına indidən dastan qoşurlar.
Oxu bu şerimi, al salamımı,Gözümdə qoymadın mənim kamımı…İnan ki, aləmdə nə qədər sağam,Sənin dastanını mən yazacağam.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-azerbaycan-balasi
Use ← → keys to move, R for a random poem