Gödəkcə
Dostum! Moskvada, iki il qabaq,Qarlı bir qış günü bir evə dolduq.Dostlar, tanışlar da məclis quraraq,Üstünə yüngüllük, gülüb şad olduq.Mən soyuqlamışdım o axşam bir az,Sənsə ərk eləyib danladın məni.Dedin ki, bu qədər soyuqluq olmaz,Özünə baxmırsan… Doğrudan da sən.Elə bil canının lap düşmənisən!Sonra əynindəki bir gödəkçəniMənə bağışladın o məclisdəcə.Üstəlik bir söz də dedin o gecə:"Biz heç… Qoy şairə soyuq dəyməsin!"O ürəkdən gələn mehriban səsinİndi də, indi də xatirimdədir…Əzəldən qaydadır eldə, obada,Dostluğun töhfəsi bir çöp olsa da,Anlayan bilər ki, mənası nədir.İndi qış günləri şaxtada, qardaƏlimdə tüfəngim çöllər gəzirəm.Arabir yol azıb qasırğalarda,Bir işıq axtarıb ellər gəzirəm.Gah şər qanşanda, gah da dan üzüSazaq qılınc kimi kəsəndə məni,Geyirəm verdiyin o gödəkçəni,Elə bil gül açır Mil, Muğan düzü.Bəzən Bakıda da xəzri əsəndə,Elə ki, qəflətən xəstələnirəm,Elə ki, qorxudur məni sətəlcəm,Uşaqlar deyinib, həmdəm küsəndə,Geyirəm verdiyin bu gödəkçəni.Bu ceyran dərisi bir loğman kimiDavasız, dərmansız sağaldır məni.Xeyirxah, mehriban bir insan kimi,Hər zaman, hər yerdə anıram səni…
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-godekce
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.