لطف ملک العرش به من سایه برافکندتا بر دل گم بوده مرا کرد خداوند

Bu göylər şahının lütfü mənə sayə salıb hər an,O itmiş könlümə indi dübarə olmuşam sultan.

دل گفت له الحمد که بگذشتم از آن خوفجان گفت له الفضل که وارستم ازین بند

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,Nə yaxşı, - söylədi canım, - tükəndi möhnəti-zindan.

چون کار دلم ساخته شد ساختم از خودشیرین مثلی بشنو و با عقل بپیوند

Könül ki, oldu asudə, özümdən bir məsəl qurdum,Deyim, şirin məsəldir bu, qulaq as, ləzzət al ondan!

مردی به لب بحر محیط از حد مغربسر شانه همی کرد و یکی موی بیفگند

Gedib məğribzəminə, bir kişi dərya kənarında,Dararkan başını, bir tük yerə saldı o, başından.

برخاست از آنجا و سفر کرد به مشرقباد آمد و باران زد و جایش بپراکند

Köçüb sonra o Məğribdən, güzan Məşriqə düşdü,Külək əsdi, yağış yağdı, yarandı bir neçə tufan.

مرد از پی سی سال گذر کرد بر آنجایبرداشت همان موی و بخندید بر آن چند

Otuz il keçdi ol gündən, yenə səyyah gəlib qərbə,Haman yerdən götürdü öz tükün, oldu buna heyran.

حال تن خاقانی و اندیشهٔ ابخازاین است و چنین به مثل مرد خردمند

Buna Xaqaninin halı, onun Abxaza ezamı,Qəribə oxşayır. bir bax, necə dövr eyləyir dövran.

ابخاز حد مغرب و درگاه ملک بحرمسکین تن نالانش به مویی شده مانند

Olub Abxaz ona Məgrib, şahın dərgahı bir dərya,Zavallı canı bir tüktək düşüb qalmış ora nalan

آخر به کف آمد تن نالانش دگربارگر خصم بر این نادره می‌خندد گو خند

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,Ona məna edib, bir də gülərmi nanəcib düşman?

اکنون من و این نی که سر ناخن حور استکان نی که بن ناخن من داشت جهان کند

Olub indi mənə həmdəm səsi çaş-baş vuran bir ney,Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

اینک دهنم بر صفت گنبدهٔ گلاین گنبد فیروزه به یاقوت و زر آکند

Açılmış bir gül ağzıdır mənim ağzım bu gün yalnız,Bu dünyaya səpər yaqutü fıruzə o gül əlan.

خرسند نگردد به همه ملک ری اکنونآن دل که همی بود به خرسندی خرسند

Fəqət, əfsus ki, heç gülməz könül, Rey mülkü də olsa,O hər vaxt sadə bir sözlə olardı nəşəli, xəndan.

خاقانی و خاقان و کنار کُر و تفلیسجیحون شده آب کر و تفلیس سمرقند

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,O vaxt ki, Tiflisə Kürlə gələr Xaqani və xaqan.26.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise