لطف ملک العرش به من سایه برافکندتا بر دل گم بوده مرا کرد خداوند

Bu göylər şahının lütfü mənə saya salıb olan.Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

دل گفت له الحمد که بگذشتم از آن خوفجان گفت له الفضل که وارستم ازین بند

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

چون کار دلم ساخته شد ساختم از خودشیرین مثلی بشنو و با عقل بپیوند

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;Sənə qoy söyləyim indi qəribə bir məsəl, canan.

مردی به لب بحر محیط از حد مغربسر شانه همی کرد و یکی موی بیفگند

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,Dararkən başını, bir tük yerə saldı o başından.

برخاست از آنجا و سفر کرد به مشرقباد آمد و باران زد و جایش بپراکند

Köçüb sonra o məğribdən, səyahət eylədi şərtə,Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

مرد از پی سی سال گذر کرد بر آنجایبرداشت همان موی و بخندید بر آن چند

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,Haman yerdən götürdü öz tükün, oldu buna heyran.

حال تن خاقانی و اندیشهٔ ابخازاین است و چنین به مثل مرد خردمند

Buna Xaqaninin halı, onun Abxaza ezamı,Necə də oxşayır, bir bax, necə dövr eyləyir dövran.

ابخاز حد مغرب و درگاه ملک بحرمسکین تن نالانش به مویی شده مانند

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya,Zavallı canı bir tük düşüb qalmış ora nalan.

آخر به کف آمد تن نالانش دگربارگر خصم بر این نادره می‌خندد گو خند

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

اکنون من و این نی که سر ناخن حور استکان نی که بن ناخن من داشت جهان کند

Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

اینک دهنم بر صفت گنبدهٔ گلاین گنبد فیروزه به یاقوت و زر آکند

Açılmış bir gül ağzıdır mənim ağzım bu gün yalnız,Bu dünyaya qızıl, yaxud səpər ol gül öz ağzından.

خرسند نگردد به همه ملک ری اکنونآن دل که همی بود به خرسندی خرسند

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də olsa,O hər vaxt sadə bir sözlə olardı nəşəli, xəndan.

خاقانی و خاقان و کنار کُر و تفلیسجیحون شده آب کر و تفلیس سمرقند

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,O vaxt ki, Tiflisə Kürlə gələr Xaqani və xaqan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise