غصهٔ آسمان خورم دم نزنم، دریغ من
غصهٔ آسمان خورم دم نزنم، دریغ مندر خم شست آسمان بسته منم، دریغ من
چون دم سرد صبحدم کآتش روز بردهدآتش دل برآورد دم زدنم، دریغ من
بین که پل جفا فلک بر دل من شکست و مناین پل آب رنگ را کی شکنم، دریغ من
برکنم از زمین دل بیخ امل به بیل غمخار اجل ز راه جان برنکنم، دریغ من
هستم بادِ گشته سر از پی نیستی دوانهستی هر تنم ولی نیست تنم، دریغ من
دیدهای آنکه چون کند باد ز گرد پیرهنبادم و گرد بیخودی پیرهنم، دریغ من
هر چه من آورم ز طبع آب حیات در دهنتف دل آتش آورد در دهنم، دریغ من
آب ز چشمهٔ خرد خوردم و پس ز بیم جانسنگ به چشمهٔ خرد درفکنم، دریغ من
جم صفتان ز خوان من ریزه چنند، پس چراموروش از ره خسان ریزه چنم، دریغ من
سنگ سیاه کعبه را بوسه زده پس آنگهیدست سفید سفلگان بوسه زنم، دریغ من
تاجورم چو آفتاب اینت عجب که بیبهابر سر خاک عور تن نور تنم، دریغ من
پیش حیات دوستان گر سپرم عجبتر آنککز پس مرگ دشمنان در حزنم، دریغ من
کو سر تیغ تا بدو باز رهم ز بند سرکز جگر پر آبله چون سفنم، دریغ من
من چو گلم که در وطن خار برد عنان از آنرستم و کورهٔ سفر شد وطنم، دریغ من
چون به زبان من رود نام کرم، ز چشم منچشمهٔ خون فرو دود بر ذقنم، دریغ من
چشم کرم گریست خون، گفت که یاس من نگرزانکه خزان وصل را یاسمنم، دریغ من
آه برآمد از جهان گفت مرا که ریگ خورنیست گیاهی از کرم در چمنم دریغ من
Nuş edərəm fələk qəmin ağlamaqdan, yazıq mənə!
Çərxi-fələk kəməndinə bağlı qalan, yazıq mənə!
Odlu günəş doğar, sərin sübh nəsimini qovar,
Könlüm alovlanar, kədər verməz aman, yazıq mənə!
Qıldı fələk mənə cəfa, könlümü qırdı körpütək,
Mən bu su rəngli körpünü qırram haçan? Yazıq mənə!
Qəlbdən arzu rişəsin qəm beli ilə kəsmişəm,
Can yoluma əcəl töküb sanki tikan, yazıq mənə!
Yoxluğun arxasınca mən qaçmadayam külək kimi,
Mən yoxam, amma, hər vücud məndən əyan, yazıq mənə!
Yel necə göynəyin edər tozdan, haman o yel mənəm,
Göynəyim oldu varlığa təkcə nişan, yazıq mənə!
Ağzıma hər qədər gələr abi-həyat təbdən,
Ağzıma od salar yenə ahü fəğan, yazıq mənə!
Yanğımı əql çeşməsi söndürüb, indi qorxudan,
Əql bulağına atım daş bu zaman? Yazıq mənə!
Süfrəmin artığın yeyər Cəm kimilər, rəvamıdır,
Mənsə olum qarışqatək rizə yığan? Yazıq mənə!
Kəbədəki qara daşı öpmüşəm, indi mən necə,
Nakəsin ağ əlin öpüm? Çıxmadı can, yazıq mənə!
Tacım ilə Günəş kimi torpağı nüra çulğaram,
Lüt gəzərəm özüm, batar nura cahan, yazıq mənə!
Dostlarımın həyatına mən süpərəm, əcəb budur,
Düşmən ölərsə, həm mənəm mərsiyəxan, yazıq mənə!
Harda qalıb qılınc, kəsə başımı, ta olam xilas,
Dərdli ciyər qabarlanıb, oldu suhan, yazıq mənə!
Öz vətənimdə bir güləm, dövrəmi çulğamış tikan,
Qürbətə düşdüm, odlanıb, yandı tikan, yazıq mənə!
Gəlsə kərəm sözü dilə, gözlərim ağlayar mənim,
Cismimi qanda qərq edər əşki-rəvan, yazıq mənə!
Ağladı qan kərəm gözü, gör dedi qarə bəxtimi,
Yasəmənəm, qırıb, tökür badi-xəzan, yazıq mənə!
İnlədi bu cahan dedi: - Yox bu çəməndə gül, çiçək,
Verdi kərəm əli sənə qum, ye, dolan! - Yazıq mənə!
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-277
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,