Heç yerdə, heç zaman qış gecəsini,Bahar gecəsinə tay görməmişdim.Ömrümdə bu qədər sayrışan ulduz,Bu qədər işıqlı Ay görməmişdim.

Səhərin qəlbinə dəyməsə sözüm,Bu vaxta ən nurlu səhər deyərdim.Ulduza göylərin payına düşənƏvəzi tapılmaz şəhər deyərdim.

Fəsillər bir yerdə tutarmı qərar,Nə qış əylənəcək, nə yaz qalacaq.O gecə nurlu bir xatirə kimi,Mənim yaddaşımda bəyaz qalacaq!

1976, 17 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets