Sevginin gözüylə baxsan dünyaya,Ulduzu böyüdüb Ay görəcəksən,Çeşməni böyüdüb çay görəcəksən.İnsanı qaldırıb ucalıqlara,Bəndəni Allaha tay görəcəksən.

Damlada dəryanı tanıyacaqsan,Zərrədə dünyanı tanıyacaqsan.Bir ovuc torpaqda, bir damla suda,Bütöv bir cahanı tanıyacaqsan.

Sevginin gözüylə baxsan dünyaya,Qəlbində bir zərrə kin olmayacaq.Tanrının işığı yanan ürəkdə,Şeytan olmayacaq, cin olmayacaq.Dinlərin içində səndən ötəri,Sevgidən müqəddəs din olmayacaq.

Qayna çeşməsində, çağla selində,Qarış sularında, ax, gözəl olsun.Çirkin də görünər, gözəl də dünya,Sevginin gözüylə bax, gözəl olsun.

2001, 5 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love