Bir dərd məni köçür dedi dəftərə,yaz, kitab eylə,Min dərdi çəkdim canıma o dərdləri,qəmləri yazdım.

Talesizlər taleyinə ayna tutduqəmgin qələmim,Baxdım gözdəki yaşlara, kirpikdəkinəmləri yazdım.

Varlığı, yoxluğa çevirdi zamanınzəlzələsi,Vaxtın əlində çırpınan neçəbəxtikəmləri yazdım.

Kim bir az sevinc gördüsə qaçdı,uzaqlaşdı kədərdən,Mənsə mənə həmdərd olanhəmdəmləri yazdım.

Həsrətlə boylandım dərədəndağlara doğru,Zilə əllər yetişmədi, götürübbəmləri yazdım.

Ömrümə sevincin ömürsüz birdamlası düşdü,Zəlimxanı ağlatdı kədər nisgilləri,matəmləri yazdım.2000, 2 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate