Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün

Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu günYeri vardır yazıla səfheyi-əflak üzrə.

Сеид Азим Ширвани1 мин
Hər günüm hicrində, şahim, bir qiyamət etmisən

Hər günüm hicrində, şahim, bir qiyamət etmisən,Bir bilirsənmi nələr ey sərvqamət etmisən?!

Сеид Азим Ширвани1 мин
Mən səni əğyarə mail sevməzəm mən edəli

Mən səni əğyarə mail sevməzəm mən edəli,Düşmənimdir ol ki, könlü hüsnüvə mail degil.

Сеид Азим Ширвани1 мин
Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar

Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar,Ol etdigi qəzəbləri həm eyni-naz imiş.

Сеид Азим Ширвани1 мин
Olmazam vəsl ilə asudə ki, həngami-vüsal

Olmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.

Сеид Азим Ширвани1 мин
Xublər könlümü istəllə ki, səndən alalar

Xublər könlümü istəllə ki, səndən alalar,Ey pəri, qoyma ki, özgə məni təsxir etsin.

Сеид Азим Ширвани1 мин
Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid

Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid,Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından.

Сеид Азим Ширвани1 мин
Vədeyi-didarı fərdayi-qiyamət söylədin

Vədeyi-didarı fərdayi-qiyamət söylədin,Səxt dilşadəm ki, hərgiz ol günün fərdası yox.

Сеид Азим Ширвани1 мин
Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi

Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi,Bu dərd o dərd degil kim, dəvapəzir olsun.

Сеид Азим Ширвани1 мин
Bir gecə hicran cəzasıyçün əgər məhşər günü

Bir gecə hicran cəzasıyçün əgər məhşər günüAlmaram ərz etsələr yüz hurü qılmani mənə.

Сеид Азим Ширвани1 мин
Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır

Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır –Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin.

Сеид Азим Ширвани1 мин
Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər

Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər,Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin.

Сеид Азим Ширвани1 мин
Bunca daş atma fələk, Seyyidi-divanəyə kim

Bunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.

Сеид Азим Ширвани1 мин
Yar hər namə ki, hər aşiqi-biyarə yazar

Yar hər namə ki, hər aşiqi-biyarə yazar,Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar.

Сеид Азим Ширвани1 мин
Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım

Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım,Gəldi kim, ondan sual eylərdim əhvalın sənin.

Сеид Азим Ширвани1 мин
Ta giriftarınam, eşqin məni dilşad etmiş

Ta giriftarınam, eşqin məni dilşad etmiş,Rəhmət ol şəxsə ki, əvvəl bunu bünyad etmiş.

Сеид Азим Ширвани1 мин
Cəmali-Yusifə Yəqub meylindən əyandır kim

Cəmali-Yusifə Yəqub meylindən əyandır kim,Kişi öz oğluna aşiq olarmış, yar olmazmış.

Сеид Азим Ширвани1 мин
Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə

Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdəAçarlar tutmağa, əl hər tərəfdən xəlq damanın.

Сеид Азим Ширвани1 мин
Nə yaxşı vəsldə namehriban idin mənə kim

Nə yaxşı vəsldə namehriban idin mənə kim,Zamani-hicrdə çox etmədi kəbab məni.

Сеид Азим Ширвани1 мин
İstəsən ey mələkül-movt ki, canım alasan.

İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.

Сеид Азим Ширвани1 мин
Həmdəmi-yar əgər fəriştə ola

Həmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.

Сеид Азим Ширвани1 мин
Əgər vüsalüvi həq xəlqə qismət etsəydi

Əgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.

Сеид Азим Ширвани1 мин
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı

Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!

Сеид Азим Ширвани1 мин
Seyyid o növ vermədi can dərdi-yardən

Seyyid o növ vermədi can dərdi-yardən –Kim, düşməni eşitcək onu şadman ola.

Сеид Азим Ширвани1 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.