Короткие
Bir könüldə qala bilməz bir sirr,Heç kəsin bilmədiyi sirr yoxdur.
QeyrətQüdrəti illər gətirir insana,Hörməti insan bəhərindən bulur.
Canlı türküSöyləməz türkü qartal, ancaq onunDağların zirvəsində seyrinə dal,
TaleTale deyilən şeyZənginlər üçün mey,
İbrətDünya olaylarıyla bir ibrət verir bizə,Dünya bugün məlallı, sabah qalmaqallıdır,
Yurd sevgisiAğlayar yurd deyə qürbətdə qalan dərddaşlar,Çağlayar yurd deyə yurddaşlar ilə yurddaşlar.
AynaKimsəni rədd eyləməz,Durmayanı əyləməz,
Alov, odTükənər ömrü suda,Alov aşiqdir oda,
HəyatınSevginin dadıdır dadı həyatın,Sevgisiz, ölümdür adı həyatın.
NeylərBir sürü ulağı ər oğlu neylər?Bir sürü ulaqdan bir at yaxşıdır!
Sədəf, inciYanır şəfəqləri yer üzərində,Varlıqda hər şeydən odur birinci.
DərdƏn ağılsız olanın da olur az-maz dərdi,İnsanın ağlı çoxaldıqca azalmaz dərdi.
Kiçik uluslarKiçik ulusların dərdi böyükdür,Böyük işğalçılar boynuna yükdür.
Qayğılı insanQəm yemə, qəlbini möhnət sarsa,Hər qəmin dəfinə fərman vardır.
İnsan aləmiİnsan eşqiylə şadlanar aləm,Aləmin zövqü insan aləmidir.
SevməzCanan səni sevməz deyə öz qəlbini yaxma,Şeir aşiqisən, çox da ki canan səni sevməz.
Yemək-içməkƏyyaşın xəyalı içmək, yeməkdir,Yemək əyyaş üçün içmək deməkdir.
Əziz dostDostsuz olan insanda vəfa olmaz, əziz dost,Dostun diləyi dosta cəfa olmaz, əziz dost!
YerləşməlidirBöyüyüb yavrular ərləşməlidir,Yurdda yumruq kimi birləşməlidir!
Kimsə bilməzİgid ərlər yenilməz ki!Nə sirdir, kimsə bilməz ki!
DəyməzRöyama girirsən hər gecə, ey gül,Səninlə görürəm gerçəkdə röya.
SuçluBorclu qalma, borclu qalmaq suçlu qalmaqdır, oğul,Ən böyük suç yer üzündə borclu qalmaqdır, oğul!
TəsəlliÖmür bəlli olmaz, gün bəlli olmaz,Hər kəsin ömründə yaş əlli olmaz!
YaxşıYaxşılıqdır gözəl insanların ancaq naxışı,Yaxşı insan gözəl olmuş, gözəl insan yaxşı...
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.