Ay dağlar, yasdı dağlar,Qar, duman basdı dağlar.Yarı yardan ayırmaq,Səndə həvəsdi, dağlar.

Ay dağlar, yasdı dağlar,Ot səni basdı, dağlar.Gəl bir də qan eyləmə,Qan etdin bəsdi, dağlar.

Ay dağlar, yasdı dağlar,Acı yel əsdi, dağlar.Səndə üzü gülmədi,Ağladı Bəsti, dağlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов