Tala-tala ağ buludlar,Karvan bağla, Löyə yeri.Sən ağlama, mən ağlaram,Ağı deyə-deyə yeri.

Acçınqıla çatar ağla,Düzül qatar-qatar ağla.Oyanmaz, yar yatar ağla,Ahım qalxdı göyə, yeri.

Çox ağlar, Bəsti qəribdi,Fələkdən zülüm görübdü,Meylini saza veribdi,Bir də qəmli neyə, yeri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости