İçində
Çox gözəllər görmüşəm huri-qılman içində,Morulun xalqındadı, yoxdu cahan içində,Cəmisi hörmətlidi, yoxdu güman içində,Çox gəzmişəm, görməmişəm, cəmi insan içində.
Haqq veribdi Morula allı-güllü göyçəklər,Bahar, yaz fəsli gəlib, açılıbdı çiçəklər,Tökülübdü üzlərinə top qara birçəklər,Sözümdə yoxdu yalan, tamam əlvan içində,
Adamm canm alır şivə ilən nazları,Tamamı mədhə layiq gəlinləri, qızları,Alışıban gün kimi şəfəq saçır gözləri,Əylənib aşıq, xanəndə söhbəti san içində.
Kimisi söz söyləyir, sinəsinin halı var,Kimisinin üzündə hindi qara xalı var,Kimisi mələkzadə, ləblərinin balı var,Amanm əldən alıb qalmaz iman içində.
Fatma xanım şeydadı, Nabat bir can alandı,Gövhər ilə Cəvahir, Bayaz təzə cavandı,Həyat xanım huridi, Mələk xanım qılmandı,Əyləşib o gözəllər qaşı kaman içində.
Toyda bu Aşıq Söyün gör nə fəğan eylədi,Mən tərifi deyəndə, hamı can-can eylədi,Onlara səbəbkarlıq bircə canan eylədi,Əlləşib göylə-göylə, olub düxan içində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-semkirli-icinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xaso xanım*Başma döndüyüm, ay Aşıq Hüseyn,
Qarı ilə deyişməAşıq Hüseyn*Sənə qurban olum nənə,
Reyhan ilə deyişməReyhan*İki aşıq bir meydanda tapılsa,
Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəriAşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.Dedi:
Стихи других поэтов
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Güllərin nə günahıBir yol görən, min yol dönüb baxardı,Bu güllərin vaxtı vardı, əzizim.
Ömrüm xarab oldu heyKim dedi sana ki, çıxıb yoluma,Gənc yaşımda göndərəsən ölümə,
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.