Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa

Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.

Bu səbəbləri və bizim bütün işin tamamilə açıldığını, əsas müqəssirlərin və onların əlaltılarının, demək olar, hamısının danışdırıldığını, onların hər birisinin bizə aid olan işin bütün təfərrüatının öyrənildiyi barədə könüllü etirafını, xüsusilə mütəxəssis və hətta etibarlı mütərcimə ehtiyac qalmadığını və Zaqafqaziya Baş idarəsi mütərciminin olmasını tələb edən heç bir çox mühüm və zəruri dövlət sirri və işi olmadığı üçün mən Pyotr Martınoviçdən xahiş etdim ki, zati-alinizin icazəsi ilə mənim Tiflisə gəlməyimə razılıq versin. Lakin o, mənim səhhətimin doğrudan da pozulduğuna şübhə etdiyi və uzunmüddətli ezamiyyətdən və qurtarmaq bilməyən istintaqdan yaxamı qurtarmaq istədiyimi düşündüyü üçün (bu isə hər bir kəsə doğru görünə bilər) mənim xahişimlə razılaşmadı. Ona görə də mən zati-alilərinizin mərhəmətinə sığınıb acizanə xahiş edirəm, mənim Tiflisin özündə də faydasız olmayan həyatıma rəhminiz gəlsin. Orada mən Canişinin mülki və diplomatik dəftərxanalarına hər gün lazım oluram. Halbuki, hazırda mənim Pyotr Martınoviçin yanında gördüyüm işi qəza idarələrindəki çoxlu mütərcimlərdən hər bir adi mütərcim görə bilər (ona görə ki, bu yerlərdə hər bir dəftərxana işçisi və katibi azərbaycanca bilir).

Zati-alinizi cəsarətlə əmin edirəm ki, heç bir mütərcim, ya buralı olsun və ya çinli, Pyotr Martınoviç kimi adama kələk gələ bilməz; o hər bir işi öz istədiyi kimi edə bilir. Əgər zati-aliniz mənim Tiflisə buraxıldığım haqqında onun razılığını istəsəniz, mən onun qələminə və ağlına bələdəm: o istəməsə, fikirləşib elə səbəblər tapar və sizə bildirər ki, siz zati-aliləri mənim xahişimi yerinə yetirmək işində müşkülə düçar olarsınız...

Mənim burada artıq bir işim yoxdur, yalnız iqlim şəraiti və bizim dustaqların zıqqılığı məni əldən salır və ruhi dincliyimi sarsıdır. Tatarlar (azərbaycanlılar – H.M.) başqa mütərcimə əyilməzdilər, Ancaq onların mənə yolu var. İşin əvvəlində bu faydalı idi, indi isə tamamilə lazımsız və dözülməzdir. Mən hələ Pyotr Martınoviçin etibarını itirməmişəm, təkcə o mənim buraxılmaq haqqında xahişimdən narazıdır, bunu sadəcə işdən boyun qaçırmaq hesab edir. Ancaq, zati-ali, Allaha, bizim Qurana, peyğəmbərə and içirəm ki, bu qaçmaq deyildir, bu xahiş etməyə məni xəstə vəziyyətim vadar edir... Mən sizə hədiyyə olaraq ucaməqamlı knyaz Canişinin orada olduğum vaxt, avqustun 18-i və ya 19-da İran konsulunun evində mənə lütfən etdiyi təklifi yerinə yetirib, bu günlərdə burada yazdığım iki komediyanı gətirəcəyəm. Bu komediyalardan biri, ümid edirəm, zati-alinizin xoşuna gələcək və camaatı şad edəcəkdir.

Poruçik Mirzə Fətəli Axundzadə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qafqaz Canişini dəftərxanasının direktoru A.F.Kruzenşternə

Kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il*Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.

1 мин
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri

İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*

6 мин
Aleksandr Pavloviç Nikolaiyə

Ştabs-kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**4.V-1853-cü il, Tiflis Qafqaz təhsil dairəsinin hamisi, Qaf- qaz ölkəsi baş idarəsi Sovetinin üzvü,*

3 мин
Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

12 noyabr 1857-ci il, Tiflis*Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm.

1 мин

Стихи других поэтов