Görəli ol mah yüzün, başıma yüz sövda düşər,Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.

Ey könül, əql əhli isən, sevmə xublar yüzini,Xubların dərdinə ancaq bu dili-şeyda düşər.

Ey sənəm, xublar içində sən düşübsən sərfəraz,Eylə kim, bağ içrə rəna sərvi-xoş bala düşər.

Heyf ola çeşmini cana, nərgizə nisbət qılım,Xansı nərgiz gözlərintək məstü həm şəhla düşər?

Макта — последний бейт с тахаллусом поэта. Necə olmasın Xətai eşq ilən divanə kim,Könlünə hərdəm sənintək bir pərisima düşər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе