Həzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin!

Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən

Acizanə ərizədir

Mən əvvəllər Qafqazın müsəlman mədrəsələrində oxumaqla məşğul olub, türk, fars və ərəb dillərini mümkün qədər öyrəndim və ondan sonra öz vətənim Şəki şəhərindən Tiflisə gəlib, burada rus dilini öyrəndim və böyük Rusiya dövlətinin xidmətinə daxil olub, Qafqaz sərdarlarının hüzurunda müsəlman dilləri mütərcimi vəzifəsinə təyin edildim. Xidmət zamanında belə mütaliə və tədqiqatdan uzaqlaşmadığıma görə köhnə islam əlifbasının çatışmaz cəhətlərini dərk edib, bu əlifbanı təzələməyə iqdam etdim və bu barədə xüsusi bir kitab yazdım. Bundan əlavə, müsəlman camaatının əksəriyyətinə məlum olmayan teatr tamaşaları fənnində altı pyes yazıb, bu sənətin şərtləri və qaydaları barədə gələcək təqlidçilər üçün yol göstərdim və habelə avropalıların üslubunda yazdığım bir hekayəni də “Təmsilat”a əlavə etdim.

Hazırda imperatornəsəb, nəsli yüksək şahzadə Qafqaz canişini həzrətlərindən iki aylıq icazə alıb yaşadığım Tiflis şəhərindən darülxilafeyi İstanbula gəlmişəm. Yeni əlifba kitabını bir cilddə, qeyd etdiyim sənət üzrə “Təmsilat”ı və hekayəmi də digər bir cilddə Həzrətsədarətpənahınızın qədəmlərinə nisar edib, xahiş edirəm ki, böyük mərhəmət üzündən tapşırasınız ki, onları Darülelmin məşvərət məclisində müzakirə etsinlər və əgər yeni əlifbanın faydası barədə kitabın müqəddiməsində yazmış olduğum dəlillərim və habelə “Təmsilat”ın faydası haqqında onların müqəddiməsində gətirdiyim sübutlar, eləcə də onların özü və hekayə Darülelmin məşvərət sahiblərinin nəzərincə ağlabatan görünərsə və mənim zəhmətim bəyənilərsə, bu xüsusda mənim əlimə bir kağız əta etsinlər ki, öz yaşadığım yerə qayıdım və o kağızın sayəsində öz həmməzhəblərim qarşısında fəxr edib, yeni əlifbanı Qafqazın müsəlman əhalisi arasında tətbiq etmək üçün böyük Rusiya dövlətinin köməyini almağa haqq qazanım və bütün əhl-əyalımla bərabər, həmişə islamın pənahı olan padşahın şövkətinin artması üçün Həzrətsədarətpənahın səadətinin bərqərar olması üçün duagu olum.

Bununla bərabər, sizə bunu da ərz etməyi özümə borc bilirəm ki, mənim “Təmsilat”ımın rus dilində tərcüməsi Rusiyada və Avropa ölkələrində nəşr olunmuş və onların tərifinə dair bir neçə məqalə çap olunaraq, Tiflisə gəlib çatmışdır. Onlardan biri Peterburqda, digəri Prussiyada çap olunmuşdur. Həmən iki mədhnaməni də cildlədib özümlə buraya gətirmişəm. Əgər Darülelmin məşvərət sahibləri istəsələr, nəzərdən keçirə bilərlər. İslam yazısının meydana gəlməsi barədə yazdığım bir tədqiqatı da yeni əlifbanın müqəddiməsinin məzmunu ilə əlaqədar olduğuna görə, həmin ərizəmlə sizə təqdim edirəm.

Sizə ixlası olan ərizəçi: mayor
Mirzə Fətəli Axundzadə
Məhərrəm ayı, 1280-ci il [VI-1863]
darül-xilafeyi-İstanbul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci məclis

ДЕЙСТВИЕ ВТОРОЕ(Сцена происходит на Хачмазских горах. На покатости горы разбиты две палатки в 50 шагах одна от другой; немного пониже от этих палаток устроен деревянный навес, под которым сделана кирпичная большая печь для расплавки различных металлов. К ней приделан и мех; возле нея лежат кучи разломанной меди, приготовленной для расплавки и превращения в серебро; около же одной палатки устроен балаган. Одну из палаток занимает сам Молла-Ибрагим-Халил, обладатель философского камня, другую ученик его, Молла-Гамид; в балагане же находится поклажа Дервиш-Аббаса, служителя первого. Десять часов утра. Молла-Ибрагим-Халил в простом костюме идет к палатке своего ученика, кличет его по имени; тот выходит и становится перед ним с почтительным видом).

18505 мин
Üçüncü məclis

ДЕЙСТВИЕ ТРЕТИЕ(Сцена происходит там-же Молла-Ибрагим-Халил утром сидит у себя в палатке, на молитвенном ковре, в полном форменном костюме, с чалмою на голове, с четками в руках, и продолжает чтение начатой утренней молитвы наизусть; пред ним, скрестивши руки на пояс, стоит Молла-Гамид, его ученик.)

18504 мин
Dördüncü məclis

ДЕЙСТВИЕ ЧЕТВЕРТОЕ(Сцена происходит там-же. Молла-Ибрагим-Халил, в тридцатый день утром, после первого свидания с Нухинцами, замечает вдали едущих Нухинцев и второпях надевает белый передник, засучивает рукава, в простом домашнем костюме, без чалмы, выходит из палатки и, стоя перед нею, кличет своего ученика Молла-Гамида; тот является и получает от него следующия приказания).

18506 мин
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur

Действующия лица:МУСЬЕ ЖОРДАН, ботаник, Парижанин, 40 лет.

18501 мин

Стихи других поэтов